Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
569

Qubada akademik Zərifə Əliyevanın anadan olmasının 96-ci ildönümü ilə əlaqədar konfrans keçirilib

24 aprel 2019-cu il tarixində Quba Heydər Əliyev Mərkəzində Quba Rayon İcra Hakimiyyəti,Quba Asan Xidmət Mərkəzi və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılıqı ilə görkəmli alim,akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-ci ildönümü ilə əlaqədar “Oftalmologiyanın tükənməz xəzinəsi” mövzusunda konfrans keçirilmişdir.

Konfrans iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini,zəngin siyasi irsini əks etdirən eksponantlarla tanış olmuş, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın yaradıcılığına həsr olunmuş kitab və foto şəkillərdən ibarət sərgiyə tamaşa etmişlər.

Konfransı giriş sözü ilə Mərkəzin direktoru E.Orucova açmış,ulu öndər Heydər Əliyevin və görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın xatirəsi bir dəqiqəlik sükütla yad edilmişdir.

Quba rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Anar Məmmədov tədbir iştirakçılarını Quba RİH-i adından salamlamış və qeyd etmişdir ki,akademik Zərifə xanım Əliyeva respublikamızda tibb elminin inkişafına mühüm tövhələr vermiş, onun elmi-pedoqoji və ictimai fəaliyyəti Azərbaycanda oftalmologiya elminin xəzinəsi olmuşdur.Zərifə xanım eyni zamanda Azərbaycanı bölgənin lider dövlətinə çevirən Prezidentimiz cənab İlham Əliyev qayğıkeş və xeyirxah anası olmuşdur.

Sonra Mərkəzin direktoru Elza Orucova“Oftalmologiyanın tükənməz xəzinəsi” mövzusunda məruzə ilə çıxış edərək qeyd etmişdir ki,Zərifə xanımın fitri istedada malik bir alim kimi yaşadığı ömrü,keçdiyi həyat yolu hər bir Azərbaycan vətandaşı,hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi,kamillik və müdriklik məktəbidir.Onun zəngin elmi irsi,oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar,qazandığı nailiyyətlər,yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.İndi ulu öndər Heydər Əliyevin və Zərifə xanımın xeyirxahlığı,millətinə, xalqına məhəbbəti,mənəvi saflığı,fədakarlığı ölkəyə rəhbərliyin daşlı-kəsəkli yollarında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Azərbaycanın I vitse- Prezidenti,Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində davam etdirilir.

Quba Asan Xidmət Mərkəzinin vətandaşların qəbulu sektorunun baş məsləhətçisi Xəyyam Şahbazov çıxış edərək qeyd etdi ki ulu öndər Heydər Əliyev və onun həyat yoldaşı Zərifə xanım Əliyeva sahib olduqları nəcib keyfiyyətləri,ali-mənəvi dəyərləri layiqli vətandaş kimi yetişdirdikləri övladlarına ötürmüşlər.Zərifə xanım Əliyevanın əziz xatirəsi həmişə qəlblərdə əbədi yaşayır.

Konfransda Quba tarix-diyarşünaslıq muzeyinin direktoru Məryəm Hacıyeva,Quba Heydər Əliyev Mərkəzinin bələdçisi Simnarə Əlihüseynova,Gənclər və İdman idarəsinin məsləhətçisi Aycamal Yaqubova,Quba Tibb kollecinin əməkdaşı Xəyalə Mirzəbəyova, Mərkəzin toxuma və əl işləri dərnəyinin rəhbəri İlhamə Nəcəfova,Quba mədəniyyət mərkəzinin əməkdaşı Təranə Həmzəyeva və başqaları çıxış edərək qeyd etdilər ki,Zərifə xanım Əliyeva yüksək həkimlik fəaliyyəti ilə yanaşı ölkəmizin ictimai-siyasi həyatında da yaxından iştirak etmiş,fəal bir ictimai xadim kimi böyük hörmət qazanmışdır.Ulu öndər Heydər Əliyevin ömür gün yoldaşı və Prezidentimiz cənab İlham Əliyevin qayğıkeş anası olmuş Zərifə xanım Əliyevanın xatirəsi hər birimiz üçün əzizdir.

XƏBƏRLƏR

22.05.2019 13:57
Daşkənddə Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan konsert keçirilib
22.05.2019 09:43
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Azərbaycanın şimal-qərb qapısı Balakəndə
21.05.2019 17:54
Azərbaycan Dövlət Uşaq Filarmoniyası binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı oldu
21.05.2019 15:42
Bakıda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirildi
21.05.2019 15:40
Bolqarıstanlı mütəxəssis Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib
21.05.2019 15:35
“Qartal yuvası” filminin təqdimatı keçirildi
21.05.2019 13:00
Xalça Muzeyində “Həyat gözəldir” adlı musiqili-ədəbi gecə təşkil ediləcək
21.05.2019 11:08
Qubada keçirilən “Oxu Bayramı” böyük maraqla qarşılanıb
21.05.2019 10:36
Respublika Gənclər Kitabxanasında Cəfər Cabbarlının 120 illiyi münasibəti ilə ədəbi-bədii gecə keçirilib
20.05.2019 17:45
Ağcabədidə Beynəlxalq Muzeylər Günü münasibət ilə “Açıq qapı” günü təşkil edilib
20.05.2019 17:14
“Zeytun ağacları” beynəlxalq mədəni marşrutunun ekspert qrupu ölkəmizdə səfərdədir
20.05.2019 16:32
Xaçmazda Muzeylər gününə həsr olunmuş tədbir keçirilib
20.05.2019 15:32
Astara Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilib
20.05.2019 15:11
Mədəniyyət Nazirliyi ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığa dair birgə Fəaliyyət planı imzalandı
20.05.2019 14:58
Qax rayonunda fəaliyyət göstərən muzeylərdə “Açıq qapı” günü keçirilib
20.05.2019 14:36
Azərbaycan “Gənc ulduzlar-2019” Xeyriyyə Festivalında təmsil olunub
20.05.2019 14:18
Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə tədbir keçiriləcək
20.05.2019 14:15
UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçiriləcək sessiyasına hazırlıq müzakirə olundu
20.05.2019 12:39
Gənc Prezident təqaüdçülərinin iştirakı ilə konsert-festival keçiriləcək