Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
711

Quba Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin xatirə gününə həsr olunmuş “Əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilmişdir

04 dekabr 2018-ci il tarixində  Xaçmaz Regional Mədəniyyət İdarəsinin Quba Heydər Əliyev Mərkəzində 2018-ci il üçün nəzərdə tutulmuş iş planına əsasən ulu öndər Heydər Əliyevin xatirə  gününə həsr olunmuş “Əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masa  Quba Heydər Əliyev Mərkəzinin və Azərbaycan Dövlət Pedoqoji Universitetinin  təşkilatçılığı ilə keçirilmişdir.  Dəyirmi masa iştirakçıları ilk öncə Mərkəzdə ulu öndər Heydər Əliyevin   həyat və  fəaliyyətini , zəngin siyasi irsini əks etdirən eksponatlarla tanış olmuş, “Heydər Əliyev- xatirələrdə” tamaşa etmişdilər.

Dəyirmi masanı giriş sözü ilə  Mərkəzin direktoru E.Orucova açmış, ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

E. Orucova “Əbədiyaşar lider” mövzusunda məruzə ilə çıxış edərək qeyd etmişdir ki, ulu öndər Tanrı tərəfindən ona verilən ömrünü xalqına, milli dövlətçiliyin inkişafına həsr etmişdir. O, Azərbaycanın  müstəqilliyinin  və dövlətçiliyin əbədi olmasını  təmin etmiş,  ölkəmizi günü-gündən çiçəklənən və inkişaf edən bir diyara çevirmişdir. Bu gün ulu  öndər Heydər Əliyevin qurub yaratdığı dövləti onun siyasi varisi cənab  İlham Əliyev dünyanın inkişaf proseslərinə uyğun olaraq layiqincə idarə edir.

Daha sonra Azərbaycan Dövlət Pedoqoji Universitetinin Quba filialının müəllimi  Z.Muradov çıxış edərək əbədiyaşar şəxsiyyət olan Heydər Əliyevin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi illərdən danışaraq ulu öndərin sözün əsil mənasında böyük dövlətçilik və idarəçilik fəaliyyətindən söhbət açmışdır.

Dəyirmi masa iştirakçılarından K.Hüseynova, N. Niftəliyeva, Z.Qurbanov, T.İskəndərova  və başqaları çıxış edərək qeyd etmişlər ki, ulu öndərin xatirəsi Azərbaycanda həmişə yad ediləcəkdir.

 

XƏBƏRLƏR

23.08.2019 16:56
Cəbrayıl və Füzuli rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir
23.08.2019 15:22
Ağstafada “Yurd yerlərimiz yolumuzu gözləyir” adlı anım tədbiri təşkil edilib
22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb