Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
599

Quba şəhərində Ulu Öndərin xatirə günləri çərçivəsində xüsusi layihə həyata keçirildi

Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin rəhbərliyinin təşəbbüsü ilə əməkdaşlar Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasına həsr edilmiş xatirə günləri çərçivəsində Fəxri Xiyabanını ziyarət etmişlər.  İlk öncə Ulu öndərin məzarı üstə gül dəstələri qoymuş və müdrik dövlət xadiminə Allahdan rəhmət diləmişlər. Ziyarət zamanı  Kompleksin direktoru Tarix üzrə fəlsəfə doktoru Rəxşəndə  Bayramova Ulu Öndərin  məzarı önündə  nitq söyləyərək bildirmişdi ki, Müasir Azərbaycanın qurucusu və memarı olan Ulu Öndər Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi olmuşdur.  Bu dahi şəxsiyyət tarixi yazan və yaradan,  onu yönəltməyi bacaran, dövlət idarəçiliyi və siyasi fəaliyyəti nadir olan fövqəlbəşər  insan idi.

Sonra Kompleks əməkdaşları görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın məzarını ziyarət etmişlər.

Həmin gün Kompleks əməkdaşları son illərin ən gözəl memarlıq nümunələrindən biri sayılan Heydər Əliyev Mərkəzində  Azərbaycan tarixinin ümummilli liderin Heydər Əliyevin həyat və  fəaliyyətinin müxtəlif dönəmlərini əks etdirən maraqlı faktlar, foto, video materiallar və digər unikal eksponatlarla tanış olmuşlar.

 

 

XƏBƏRLƏR

19.09.2019 10:18
Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi
19.09.2019 10:03
Qarabağ Muğam Mərkəzində Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub
19.09.2019 09:02
Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
18.09.2019 19:29
Üzeyir Hacıbəyli dühası: "Xəlqilik, millilik, beynəlmiləllik”
18.09.2019 16:36
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019 15:50
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18.09.2019 15:45
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18.09.2019 14:31
Bakı Musiqi Akademiyasında Milli musiqi günü ilə bağlı mərasim keçirilib
18.09.2019 13:33
Ölkəmizdə Milli musiqi günü qeyd olunur
18.09.2019 10:12
Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb
18.09.2019 09:56
“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib
17.09.2019 18:21
Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü başlandı
17.09.2019 15:30
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda ali mükafata layiq görülüb
16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi
16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla
16.09.2019 12:45
Qoruqlarda "Avropa İrs Günləri" qeyd olunacaq