Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
498

İranın Astara şəhərində iki qonşu ölkənin mədəni əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

İran İslam Respublikasının Astara şəhərində Azərbaycan-İran mədəni əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub. Görüşdə Azərbaycan tərəfindən Lənkəran Dövlət Dram Teatrının direktoru Todiq Heydərov, İran tərəfindən Astara fərmandarlığının Fərhəng və İrşad İdarəsinin rəisi Əbufətəli Cavan, Rəşt şəhərindən Əliəhməd Nijad və digər rəsmi şəxslər iştirak ediblər. Müzakirələrdə qərara alınıb ki, Lənkəran və İran Astarası arasında mədəni əlaqələr qurulsun, iki ölkənin sənətçilərinin təcrübə mübadilələri keçirilsin, həmçinin həm Lənkəranda, həm də İran Astarasında iki ölkənin mədəniyyət xadimlərinin birgə iştirakı ilə teatr tamaşaları,  musiqili tədbirlər və rəsm rəsgiləri təşkil olunsun. İranlı telerejissor Xanım Gülməhəmmədi və kinorejissor Naderi Lənkəran rayonunun folklor qrupları, Azərbaycanın milli mətbəxi barədə sənədli film çəkmək arzusunda olduqlarını bəyan ediblər.

Görüş zamanı qərara alınıb ki, iki ölkə arasında mədəni əlaqlər dövlət səviyyəsində öz həllini tapsın və bu barədə razılaşma protokolu imzalansın.

XƏBƏRLƏR

22.09.2017 17:01
“Yarımçıq xatirələr” filmi Penitensiar Xidmətin Mühafizə Alayında nümayiş olundu
22.09.2017 16:57
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) Turizm üzrə İşçi Qrupunun 10-cu görüşü keçirilmişdir
22.09.2017 16:51
ATMU-da təhsil alan əcnəbi tələbələrlə görüş keçirilib
22.09.2017 16:00
“Molla Nəsrəddinin beş arvadı” Musiqili Teatrda
22.09.2017 15:09
“Xəzər” Universitetində Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Üzeyir Hacıbəyli alim, musiqişünas, ictimai xadim” mövzusunda konsert-konfrans keçirilib
22.09.2017 12:12
Mədəniyyət və turizm naziri Kürdəmirdə vətəndaşlarla görüşüb
22.09.2017 11:51
Musiqili Teatrda Bərdia Kiyarəsin məşqləri
22.09.2017 11:37
“Azərbaycan–Rusiya: dostluq qanadlarında” adlı festivalın qalibləri ilə görüş keçirilib
21.09.2017 17:22
Mingəçevir Dövlət Dram Teatrında Milli Teatrın 144-cü il dönümü münasibəti ilə yeni mövsümün açılış mərasimi olmuşdur
21.09.2017 15:18
Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsində müşavirə keçirilmişdir
21.09.2017 14:51
Novosibirsk Filarmonik Kamera Orkestrinin (Rusiya) kollektivi Sumqayıt şəhərində qonaq olub
21.09.2017 11:59
Lənkəranda yeni teatr mövsümü başlayıb
21.09.2017 11:36
Qaxda 46-cı teatr mövsümünün açılışı
21.09.2017 11:24
Azərbaycanın Xalq rəssamı Asəf Cəfərovun 90 illik yubiley sərgisi keçiriləcək
20.09.2017 17:37
Bakıda Novosibirsk Filarmonik Kamera Orkestrinin konserti olub
20.09.2017 14:06
Muğam Mərkəzində kamera musiqisi axşamı -“İki qəlbin dastanı”
20.09.2017 12:56
“Müasir dövrdə Üzeyir Hacıbəylinin səhnə əsərlərinin geniş coğrafiyası” mövzusunda elmi konfrans keçirildi
20.09.2017 11:51
Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsinin müəssisələrində kino mövsümünə start verilib
19.09.2017 17:17
Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Azərbaycanda Kino mövsümünün açılışı gününə həsr olumuş tədbir keçirilmişdir
19.09.2017 16:09
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Beynəlxalq diploma layiq görüldü
19.09.2017 14:49
V Bakı Beynəlxalq Kitab Sərgi – Yarmarkası çərçivəsində çoxsaylı tədbirlər keçiriləcək
19.09.2017 12:25
Ağdamda kino mövsümünün açılışı ilə bağlı müşavirə keçirilib
19.09.2017 12:18
“Mən Azərbaycan haqqında nə bilirəm” adlı esse yazı müsabiqəsinin qalibləri olan Özbək gənclər Azərbaycanda səfərdədir
19.09.2017 12:07
ATMU-da “İslam Həmrəyliyi ili”nə həsr edilmiş tədbir keçirilmişdir