Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
956

İranın idarə rəisi Lənkəran teatrında olub

 

İran İslam Respublikasının Parsabad Şəhər Mədəniyyət İdarəsinin rəisi Qərib Mənuçehri Lənkəran Dövlət Dram Teatrında olub.  Hörmətli qonaq əvvəlcə teatrın inzibati binası, tamaşa zalı, geyim və dekorasiya sexləri ilə tanış olub, həmçinin yeni səhnə əsərinin məşq prosesini izləyib.

Yaradıcı kollektivlə görüşdə Qərib Mənuçehri Lənkəran teatrında yaradılmış şəraitdən məmnun qaldığını, aktyorların professionallıq səviyyəsinin onu valeh etdiyini bildirib:“Sizin kollektivin gücünə, potensialına hələ 10 il öncə - parsabadlı sənətçilərin şəhərinizdə, teatrınızın səhnəsində oynadıqları “Nəsimi” tamaşasından sonra bələd olmuşam. Üç ay əvvəl - iyunun sonlarında Parsabadda qastrol səfəriniz də yüksək səviyyədə keçdi. Siz öz istedadınızın coşğunluğu ilə iranlı teatrsevərlərin qəlbini fəth etdiniz”.

Lənkəran teatrının direktoru Tofiq Heydərov isə öz növbəsində Azərbaycan-İran mədəni əlaqələrinin getdikcə daha da sürətlə inkişaf etdiyini,  belə görüşlərin və qarşılıqlı əməkdaşlığn hər iki ölkə arasındakı mədəni əlaqələrin inkişafında xüsusi önəm daşıdığını diqqətə çatdırıb:”Biz sizin şəhərinizdə olduğumuz 3 gün ərzində tərəfinizdən əsl dostluq, qardaşlıq münasibətləri müşahidə etdik. Çıxışlarımız üçün yaratdığınız yüksək şəraitə və qonaqpərvərliyə görə bir daha minnətdarlığımızı bildirir və sizin sənətçilərinizin də yenidən səhnəmizdə tamaşa oynamaları üçün eyni şəraiti yaratmağı öhdəmizə götürürük”.

Lənkəran teatrının aparıcı səhnə ustası, Azərbaycanın Xalq artisti Qabil Quliyev də çıxışında Parsabad şəhərində qastrol səfəri zamanı onlara göstərilən diqqət və qayğıya görə iranlı qonağa təşəkkürünü çatdırıb.

 

XƏBƏRLƏR

22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb