Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
679

Respublika Gənclər Kitabxanasında “Milli qurtuluş, milli azadlıq” mövzusunda ədəbi-bədii gecə keçirildi

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 14 iyun 2019-cu il tarixində 15 iyun - Milli Qurtuluş Günü münasibəti ilə “Milli qurtuluş, milli azadlıq” mövzusunda ədəbi-bədii gecə keçirildi.

Tədbir ümummilli lider Heydər Əliyevin əbədi xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra başladı.

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyev tədbiri giriş sözü ilə açaraqMilli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əliyevdir.”-deyə vurğuladı.

Kitabxananın elmi işlər üzrə direktor müavini Xalidə Musayeva və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Yeni Dövr Azərbaycan Ədəbiyyatı İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xədicə İsgəndərli öz çıxışlarında Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin formalaşmasında ən mühüm nailiyyətlərin əldə edilməsində Heydər Əliyevin misilsiz xidmətlərinin müstəsna əhəmiyyəti haqqında bəhs etdilər.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun   Yeni Dövr Azərbaycan Ədəbiyyatı İnstitutunun aparıcı elmi işçisi, dosent Solmaz Həyatova, AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Sənan Həsənov çıxışlar edərək bu gün barədə öz fikirlərini səsləndirdilər.

Mədəniyyət Nazirliyi Mədəniyyət Üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin  sektor müdiri Samirə Cəlilova, AMEA-nın Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent  Hüseyn İbrahimov ulu öndər Heydər Əliyevin mədəniyyət sahəsində siyasəti, Azərbaycançılıq ideyaları, dövlətçilik ənənələri mövzusunda çıxış etdilər.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa Zülfiyyə Xədicə İsgəndərlinin “Xeyirxah ömrün işığı” poemasından bir parça və Xəlil Rzanın “Azərbaycan oxusun” şerini söylədi.

Tədbirdə həmçinin, Mədəniyyət Üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin  əməkdaşı Kəmalə Şahverdiyeva, AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşları Lalə Mehdiyeva, Leyla Həmidova, BDU-nun tələbələri iştirak edirdilər. Tədbir zamanı “Ümummilli lider Heydər Əliyev” adlı video slayd nümayiş olundu.

 Sonda  “Xilas günü,- Milli Qurtuluş” adlı kitab sərgisinə baxış keçirildi.

XƏBƏRLƏR

19.09.2019 16:07
Qobustan qoruğunda "Avropa İrs Günləri" qeyd olunub
19.09.2019 15:10
Nizami Kino Mərkəzində “Azərbaycanda Rusiya filmləri həftəsi”nin açılış mərasimi keçiriləcək
19.09.2019 12:53
Ölkəmiz MDB ölkələri Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olunur
19.09.2019 10:18
Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi
19.09.2019 10:03
Qarabağ Muğam Mərkəzində Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub
19.09.2019 09:02
Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
18.09.2019 19:29
Üzeyir Hacıbəyli dühası: "Xəlqilik, millilik, beynəlmiləllik”
18.09.2019 16:36
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019 15:50
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18.09.2019 15:45
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18.09.2019 14:31
Bakı Musiqi Akademiyasında Milli musiqi günü ilə bağlı mərasim keçirilib
18.09.2019 13:33
Ölkəmizdə Milli musiqi günü qeyd olunur
18.09.2019 10:12
Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb
18.09.2019 09:56
“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib
17.09.2019 18:21
Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü başlandı
17.09.2019 15:30
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda ali mükafata layiq görülüb
16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi
16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla