Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
583

Respublika Gənclər Kitabxanasında “Tarixi abidələrimizi qoruyaq” adı altında dəyirmi masa keçirilib

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibəti ilə dəyirmi masa keçirildi.

Tədbiri Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının  elmi işlər üzrə direktor müavini Xalidə Musayeva giriş sözü ilə açaraq, əsas məqsədi insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdən ibarət olan bu günün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının təklifi üzrə YUNESKO tərəfindən 1983-cü ildə təsis olunduğunu bildirdi. Respublikamızın müxtəlif bölgələrində əsrlərlə mühafizə olunub bu günümüzün qiymətli incilərindən sayılan tarixi abidələr haqqında məlumat verdi.

Kitabxanın şöbə müdirləri Qənirə Mustafayeva, Yeganə Qarayeva və Tamella Məmmədova müvafiq olaraq, “Tarixi abidələr bizim milli sərvətimizdir” məruzəsi, Gəncə şəhəri, Ağdaş, Şuşa rayonlarının tarixi abidələri, qorunması, bərpası və “Bizim tarixi abidələr” mövzularında çıxışlar edərək öz fikirlərini bildiriblər.

Bakı Dövlət Universitetinin tələbəsi Leyla Zərbəliyeva  XIII əsrdə inşa edilmiş Şəki Xan sarayının dünya əhəmiyyətli  memarlıq abidəsi olması, hal-hazırda muzey kimi fəaliyyət göstərməsi mövzusunda çıxışından sonra bütün gəncləri tarixi abidələrimizi qorumağa səslədi.

Tədbirdə Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  tələbələri iştirak edirdilər.

Tədbirin sonunda “Tarixi abidələr, milli mədəniyyət” adlı kitab sərgisinə baxış keçirildi.

XƏBƏRLƏR

23.08.2019 16:56
Cəbrayıl və Füzuli rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir
23.08.2019 15:22
Ağstafada “Yurd yerlərimiz yolumuzu gözləyir” adlı anım tədbiri təşkil edilib
22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb