Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
352

Respublikamızın bölgələrində regional mədəniyyət idarələrinin təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr edilən silsilə tədbirlər keçirilib

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əliyevdir.

Bu gün münasibətilə respublikamızın bölgələrində Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilmişdir.

Təşkil edilən tədbirlərdə müvafiq region üzrə icra hakimiyyətinin və regional mədəniyyət idarələrinin rəhbərliyi və nümayəndələri, şəhərlərdə (rayonlarda) çalışan mədəniyyət və təhsil işçiləri, ziyalılar və şəhər (rayon) sakinləri iştirak etmişdir.

Tədbirlərdə Milli Qurtuluş Günü barədə ətraflı məlumat verilmiş və bu günün əhəmiyyətini əks etdirən faktlar tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır.

Rəsmi hissədən sonra tədbirlər konsert proqramları ilə davam edib. Konsertlərdə Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, xalq mahnıları səsləndirilib, milli rəqslərimiz və musiqi alətlərimiz ifa olunub.

Tədbirlər iştirakçıların marağına səbəb olub, alqışlarla qarşılanıb.

XƏBƏRLƏR

17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
14.08.2019 15:46
Milli Kitabxanada “Eşqin səsi” kitabının təqdimatı keçirilib
14.08.2019 12:49
Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb
14.08.2019 09:39
“Mənim yay tətilim-2019” rəsm müsabiqəsi davam edir
12.08.2019 14:39
Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib
12.08.2019 14:31
Nazir Əbülfəs Qarayev Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
10.08.2019 10:12
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çapdan çıxıb
09.08.2019 17:40
Mədəniyyət naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşdü
09.08.2019 11:30
ABŞ-da yaşayan soydaşımızla muzeydə musiqili görüş
08.08.2019 16:12
Vətəndaşlar mədəni xidmətlərin daha da yaxşılaşdırılması üçün təşəbbüskarlıq göstərirlər
08.08.2019 12:45
Mədəniyyət naziri və müavinlərinin regionlarda növbəti qəbulları keçirilib
07.08.2019 16:33
Mədəniyyət naziri Argentina və Avstriyanın ölkəmizdəki səfirləri ilə görüşüb
06.08.2019 17:51
İmadəddin Nəsimi - insanpərvərlik və azadlıq nəğməkarı