Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
382

İstiqlal Muzeyində II Dünya müharibəsi illəri ilə bağlı ekspozisiyada 100-ə yaxın eksponat nümayiş olunur

Azərbaycan İstiqlal Muzeyində yaradılan II Dünya müharibəsi illərində Azərbaycan xalqının fədakarlığını əks etdirən daimi ekspozisiyada 100-ə yaxın eksponat nümayiş olunur.

Muzey əməkdaşlarının gərgin əməyi sayəsində bu mövzuya həsr olunan 700-dən artıq eksponat toplanıb. Bunlar II Dünya müharibəsini əks etdirən orden və medallar, qəhrəmanların şəxsi əşyaları, fotoşəkillər, rəsm əsərləri, kitablardır.

Bildirilib ki, muzeydə dəfələrlə qələbənin yubileyinə, müharibə qəhrəmanlarının əziz xatirəsinə həsr olunmuş tədbirlər, sərgilər, açıq dərslər keçirilir. Moskvadakı Böyük Vətən müharibəsi muzeyində 2015-ci il aprelin 28-də “Birlikdə əldə edilmiş Qələbə” forumu çərçivəsində faşizm üzərində Qələbənin 70 illiyi ilə əlaqədar “Nasizmə qarşı mübarizədə birlikdə idik” adlı sərgi açılıb.

Azərbaycana həsr olunmuş ekspozisiyada Azərbaycan İstiqlal Muzeyinin fondlarından 47 eksponat nümayiş olunub.

Qeyd edilib ki, İstiqlal Muzeyi ötən il dekabrın 25-də Moskva Qələbə Muzeyi yanında Beynəlxalq Komitəyə üzv olub. Komitə II Dünya müharibəsində qələbəyə dair tarixi abidələrin qorunub saxlanılması və beynəlxalq mədəni maarifpərvərlik tədbirlərinin birgə təşkil olunması istiqamətində fəaliyyət göstərir. Əməkdaşlıq haqqında razılaşma və üzv olma memorandumu 1941-45–ci illər Böyük Vətən müharibəsi mərkəzi muzeyinin direktoru Şkolnin Aşy və Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi tərəfindən imzalanıb.

Moskva Qələbə muzeyi yanında Beynəlxalq Komitəyə muzeyimizin daxil olması bütün işlərin uğurla aparılması üçün yeni mərhələ olacaq.

 

XƏBƏRLƏR

17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
14.08.2019 15:46
Milli Kitabxanada “Eşqin səsi” kitabının təqdimatı keçirilib
14.08.2019 12:49
Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb
14.08.2019 09:39
“Mənim yay tətilim-2019” rəsm müsabiqəsi davam edir
12.08.2019 14:39
Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib
12.08.2019 14:31
Nazir Əbülfəs Qarayev Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
10.08.2019 10:12
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çapdan çıxıb
09.08.2019 17:40
Mədəniyyət naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşdü
09.08.2019 11:30
ABŞ-da yaşayan soydaşımızla muzeydə musiqili görüş
08.08.2019 16:12
Vətəndaşlar mədəni xidmətlərin daha da yaxşılaşdırılması üçün təşəbbüskarlıq göstərirlər
08.08.2019 12:45
Mədəniyyət naziri və müavinlərinin regionlarda növbəti qəbulları keçirilib
07.08.2019 16:33
Mədəniyyət naziri Argentina və Avstriyanın ölkəmizdəki səfirləri ilə görüşüb
06.08.2019 17:51
İmadəddin Nəsimi - insanpərvərlik və azadlıq nəğməkarı