Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1062

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Gürcüstanda səfərdə olub

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsi Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin kollektivi Gürcüstan Respublikası Tbilisi şəhərində fəaliyyət göstərən M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Mərkəzinin dəvəti, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin 100 illik yubileyi və 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə Gürcüstan Respublikasının Tbilisi və Marneuli şəhərlərində keçirilən tədbirlərdə konsert proqramları ilə çıxış edib.

Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi Leyla Əliyeva artıq bir neçə ildir ki, beynəlxalq əməkdaşlıq çərçivəsində Xırdalan şəhər 11 illik musiqi məktəbi ilə əməkdaşlıq etdiklərini diqqətə çatdıraraq, təşkil olunan tədbirlərdə məktəb kollektivinin böyük heyətlə iştirakına yaradılan şəraitə görə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə və şəxsən nazir cənab Əbülfəs Qarayevə minnətdarlığını bildirib.

Sonra tədbir konsert proqramı ilə davam edib. Tədbirdə məktəbin “Nağaraçılar” ansamblının çıxışı, xalq çalğı alətləri ansamblının ifasında Tofiq Quliyevin  və digər Azərbaycan bəstəkarlarının əsərləri, eləcə də, xanəndəlik sinfi şagirdlərinin ifasında muğamlar və xalq mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Tədbirin sonunda məktəbin direktoru əməkdar müəllim İkram Manafov səmimi qarşılanma və yüksək səviyyədə təşkilati şəraitin yaradılmasına görə təşəkkür edib.

Tədbirdə iştirak edən Marneuli şəhərinin meri-Temur Avazov, Marneuli bələdiyyəsinin sədri-Amiran Kevorqadze, Gürcüstanın Barış və Vətəndaş bərabərliyi məsələləri üzrə Dövlət Nazirinin müşaviri- Ayaz Məmmədov, Bölgə qubernatorunun müavini-Zaur Darğallı, Azərbaycanın Gürcüstandakı Səfirliyinin əməkdaşı-Fəxri Hacıyev və başqaları məktəb kollektivinə gələcək işlərində müvəffəqiyyətlər arzulayıblar.

XƏBƏRLƏR

16.07.2018 15:59
Azərbaycan Respublikasının mədəniyyət naziri Qazax şəhərində vətəndaşları qəbul edəcək
16.07.2018 15:48
Füzuli Dövlət Dram Teatrı 29-cu mövsümə yekun vurub
16.07.2018 15:01
“Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalının növbəti ünvanı Mingəçevir şəhəri olub
16.07.2018 14:49
Bakıda kitabxanaların əməkdaşlığı genişlənir
16.07.2018 09:10
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı xalqımızın mədəni irsinin təbliğinə xidmət edir
13.07.2018 17:55
Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin 33-cü Ümumdünya Konfransı Bakı şəhərində keçiriləcəkdir
13.07.2018 17:45
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 90-cı mövsümə “Leyli və Məcnun “ tamaşası ilə yekun vuracaq
13.07.2018 15:06
Mədəniyyətin inkişafı naminə elmi potensialın inteqrasiyası
13.07.2018 14:49
Mədəniyyət Nazirliyində Çin nümayəndə heyəti ilə görüş keçirildi
12.07.2018 18:55
Dövlət Xidmətinin rəisi Qəbələ Dövlət tarix-bədii qoruğunda olub
12.07.2018 17:56
Xüsusi qayğıya ehtiyacı olan sənətkarların seminar və sərgi təşkil olunub
12.07.2018 16:40
Azərbaycan Xalça Muzeyi dünyaca məşhur mütəxəssisləri Bakıya toplayacaq
12.07.2018 15:45
Mədəniyyət Nazirliyində regional mədəniyyət idarələrinin tabe rayonlar üzrə nümayəndələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi
12.07.2018 12:04
İyulun 12-də TÜRKSOY-un yaradılmasının 25 ili tamam olur
11.07.2018 18:53
Akademik Milli Dram Teatrı mövsümü “Qarabağnamə” tamaşası ilə yekunlaşdıracaq
11.07.2018 18:51
Kukla teatrı mövsümü başa vurur
11.07.2018 18:45
Sumqayıt Regional Mədəniyyət İdarəsinin müşavirəsi keçirilib
11.07.2018 17:57
Milli Kitabxanada Eleonora Borisovna Kantemirin “Dəmir qan. Dimitri Kantemir xanədanlığının 300 illiyi” adlı kitabının təqdimat mərasimi keçirilmişdir
11.07.2018 12:30
Akademik Milli Dram Teatrı mövsümü iyulun 14-də “Qarabağnamə” tamaşası ilə yekunlaşdıracaq
11.07.2018 12:20
Salyanda yeni “DAMA” art-studiyası yaradıldı
11.07.2018 12:16
Xüsusi qayğıya ehtiyacı olan insanlara ustad dərsləri və onların yaradıcı işlərindən ibarət sərgi keçiriləcək
10.07.2018 16:34
Mədəniyyət Nazirliyinin tabeliyindəki qoruqların fəaliyyətinə həsr olunan müşavirə keçirildi
10.07.2018 14:36
Şəmkir regional mərkəzdə səyyar seminar-treninqə start verildi
10.07.2018 14:23
Musiqili Teatrın dirijoru Beynəlxalq Festivalda iştirak edib
09.07.2018 18:22
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının 90 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
09.07.2018 18:08
Bərdə Regional Mədəniyyət İdarəsində müşavirə keçirilib
09.07.2018 18:03
Kanadanın Kvebek Milli Kitabxanası və Arxivinin direktoru Azərbaycan Milli Kitabxanasında olmuşdur
09.07.2018 12:50
Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin Bakıda 33-cü Ümumdünya Konfransı keçiriləcəkdir
09.07.2018 12:26
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Ağdam rayonu olub
09.07.2018 09:02
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı cəbhə bölgəsinin sakinləri tərəfindən maraqla qarşılanıb
06.07.2018 16:54
Sumqayıt Dövlət Dram Teatrının 50 illiyi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
06.07.2018 16:44
Mədəniyyət Nazirliyində aparılmış struktur islahatları və regional mədəniyyət idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirə keçirildi
06.07.2018 15:42
“Mədəniyyət naminə elm” layihə çərçivəsində növbəti tədbir