Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1000

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin tabe müəssisələrində Xocalı faciəsinin 26-cı, Sumqayıt hadisələrinin 30-cu ildönümünə həsr olunmuş tədbirlər keçirilib

Sumqayıt Şəhərinin Tarixi Muzeyində YAP Sumqayıt şəhər Təşkilatının Qadınlar şurası ilə birgə tədbir keçirilib.  Tədbiri sözü ilə YAP Sumqayıt şəhər təşkilatı Qadınlar Şurasının sədri Nazilə Cəlilova açıb. 41 saylı məktəbin direktoru Leyla Əliyeva mövzu ilə əlaqədar məruzə edib. Daha sonra “Dostluq” mədəniyyət evinin bədii qiraətçilərinin ifasında şeirlər dinlənilib. Tədbirdə həmçinin, muzeyin fondlarında mühafizə olunan materiallar əsasında tərtib olunmuş “Xocalı…” adlı sərgi nümayiş olunub. Sərgidə Xocalı faciəsinin dəhşətlərini əks etdirən fotoşəkillər, sənədlər, kitab və jurnallarla yanaşı, Xocalı şəhidi Mələk Əyyubovanın şəxsi arxivindən materiallar, xarici jurnalistlərin Xocalıda gördükləri dəhşətlərdən bəhs edən çap məhsulları, sumqayıtlı rəssamların rəsm əsərləri da nümayiş etdirilib. Sərgidə həmçinin 2009-cu ildən etibarən Heydər Əliyev fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” Beynəlxalq kompaniyasının fəaliyyətini əks etdirən üç cildlik kitablar nümayiş olunub, muzey tərəfindən hazırlanmış və Xocalı faciəsinin bütün dəhşətlərini özündə əks etdirən slayd-şou təqdim olunub.

S.Vurğun adına Mərkəzi Kitabxana Qanunun Aliliyi Hüquq Resurs Mərkəzində “Bəşəri faciə, unudulmaz tarix” adlı dəyirmi masa keçirib. Tədbirdə 5 nömrəli orta məktəbin müəllim və şagird kollektivi iştirak edib. Tədbirdə Əməkdar jurnalist Rəhman Orxan, politolog Hacı Kamil Bədəlli, tarixçi və ilahiyyatçı Əkbər İsamyılov, şair Süleyman Hüseynov, MKS- nın direktoru Yeganə Əhmədova mövzu ilə əlaqədar öz fikirlərini bölüşüblər. Oxu zalının multimedia mütəxəsisi Sima Həsənova Sumqayıt hadisələri və Xocalı faciəsinə həsr edilmiş sərgidən biblioqrafik xülasə verib.

Sumqayıt Dövlət Rəsm Qalereyası Şəhər Mədəniyyət Evi ilə birgə “Əsrin faciəsi” adlı tədbir keçirib. Tədbirdə qalereyanın fondunda mühafizə olunan  və Sumqayıtın peşəkar rəssamalrının “Tarixin izləri” (Murad Balakişiyev), “Dərdli qadın” (Intiqam Cəfərov), “Şəhid anası” (Zakir Mehdiyev), “Xocalı”(Nigar Qurbanova), “Əbədi sükut” (Dilarə Xanlarova), “Gecə” (Tamara Aşurova), “Xocalı” (İbrahim Rzayev), “Qanlı Xocalı” (Hacıağa Nəzərov), “Xocalı” (Vaqif Nəzərov) asərləri nümayiş olunub. Tədbirdə Şəhər Mədəniyyət Evinin özfəaliyyət dərnəyinin üzvlərinin ifasında şeir və  musiqi nömrələri dinlənilib.

Sumqayıt şəhər F.Əmirov adına Uşaq musiqi məktəbində də soyqırım qurbanları anılıb. Tədbirdə Xocalı soyqırımı  haqqında tədbir iştirakçılarına geniş məlumat verilib. Sonra şagirdlərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub, Naib Zəkiyevin balabanda, Xatirə Məmmədovanın violində həzin ifaları dinlənilib

Q.Qarayev adına uşaq musiqi məktəbində keçirilən tədbirdə Mərkəzi Uşaq Kitabxanası tərəfindən təşkil olunan kitab sərgisi nümayiş olunub. Şagirdlərin ifasında şeirlər dinlənilib.

Niyazi adına Şuşa Şəhər Uşaq İncəsənət Məktəbində də Xocalı soyqırımının qurbanları anılıb. Tədbiri giriş sözü ilə məktəbin direktoru Mirkamil Ağamirov açaraq Xocalıda törədilən soyqırımı haqqında geniş məlumat verib. Daha sonra məktəbin fortepiano şöbəsinin müdiri Aygün Əsədova, müəllimlər: Etibar Əliyev, Rövşən Bayramov, Kəmalə Əsədova, Ellada Məmmədova, Şahnaz Abbasova və başqaları mövzu ilə əlaqədar çıxış ediblər. Daha sonra məktəbin şagirdləri: Aydan Rzayeva, Aysel Əlizadə, Aytən Məmmədova, Banu Əliyeva və digərlərinin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub. Sonda tədbir iştitakçıları məktəbin rəssamlıq şöbəsinin şagirdlərinin Xocalı soyqırımına həsr etdikləri rəsm əsərlərinin sərgisi ilə yaxından tanış olublar.

Bülbülcan adına Şuşa şəhər UMM-də keçirilən tədbirdə məktəbin kollektivi və valideynlər iştrak ediblər. .Məktəbin şagirdləri  Xoçalı qətliamı adlı kompozisiya ilə çıxış ediblər.

XƏBƏRLƏR

18.09.2018 18:30
Musiqinin müxtəlif janrlarında şah əsərlər yaradan dahi bəstəkar
18.09.2018 17:45
Ağdaşda Üzeyir Hacıbəylinin anadan olmasının 133-cü ildönümünə həsr olunmuş tədbir keçirildi
18.09.2018 17:40
Milli Kitabxanada “18 sentyabr - Milli musiqi günü” adlı geniş kitab sərgisinin açılışı keçirilmişdir
18.09.2018 14:51
Ölkəmizdə Milli musiqi günü qeyd olunur
17.09.2018 19:03
Musiqi xadimlərinin təltif olunması mərasimi keçirildi
17.09.2018 14:19
Bakı Xoreoqrafiya Akademiyasında yeni tədris ili başlayıb
17.09.2018 12:45
Moskvada 22 sentyabr 2018-ci il tarixində P.İ.Çaykovski adına konsert zalında Qara Qarayevin 100 illiyinə həsr olunmuş konsert proqramı keçiriləcəkdir
17.09.2018 12:19
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalının proqramı zəngindir
17.09.2018 11:36
Azərbaycan Respublikası mədəniyyət nazirinin Qusar şəhərində keçiriləcək növbəti qəbul vaxtı 25 sentyabr tarixinə dəyişdirilmişdir
17.09.2018 09:14
Akademik Milli Dram Teatrı yeni mövsümü “Qarabağnamə” tamaşası ilə açıb
17.09.2018 09:13
Yüksək fəxri adlara layiq görülmüş teatr xadimlərinə və aktyorlara vəsiqələr təqdim edilib
17.09.2018 00:00
C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı 137-ci mövsümünü “Soyqırımı tarixinin dastanı” tamaşası ilə açıb
14.09.2018 18:48
Mədəniyyət Nazirliyi Həmkarlar İttifaqının növbədənkənar iclası keçirildi
14.09.2018 15:34
Ümumdünya İrs Komitəsinin Bakıda keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirildi
14.09.2018 15:10
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı
14.09.2018 09:12
İndoneziya mədəniyyəti festivalının açılış mərasimi keçirildi
14.09.2018 09:10
Xalq artisti Arif Məlikova
13.09.2018 18:46
Əbülfəs Qarayev İndoneziyanın mədəniyyət və təhsil nazirinin başlıq etdiyi nümayəndə heyəti ilə görüşüb
13.09.2018 16:08
Nazir Əbülfəs Qarayev “Azərbaycan” qəzetinin kollektivini təbrik etdi
13.09.2018 10:11
Azərbaycanın Rus İcmasının Yanında Rus Mədəniyyət Mərkəzi ilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının gələcəkdə birgə əməkdaşlığı məqsədilə görüş
13.09.2018 09:09
Ölkəmiz Böyük Britaniyada "Unlimited" simpoziumunda təmsil olunub
12.09.2018 18:44
Bakıda İndoneziyanın müstəqilliyinin 73-cü ildönümü qeyd edilib
12.09.2018 12:16
Daşkənddə Azərbaycan və Özbəkistanın dövlət müstəqilliyinin 27-ci ildönümünə həsr olunmuş möhtəşəm konserti keçirilib
11.09.2018 17:13
Kukla Teatrının yeni mövsümü
11.09.2018 15:10
ICOM Azərbaycan Milli Komitəsi Braziliya Milli Muzeyinin direktoruna məktub ünvanlayıb
11.09.2018 15:07
Azərbaycanlı muğam ifaçıları Özbəkistanda keçirilən Beynəlxalq Muğam müsabiqəsində birinci yerə layiq görüldülər
11.09.2018 14:53
Üzeyir Hacıbəyli X Beynəlxalq Musiqi Festivalı
11.09.2018 10:43
Mədəniyyət Nazirliyi “Birpərdəli pyeslər” müsabiqəsini elan edir
11.09.2018 09:33
“Şahdağ” Qış-Yay Turizm Kompleksinin Müdiriyyəti Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verildi
10.09.2018 16:50
IX “START” Beynəlxalq Qısa Filmlər Festivalına film qəbuluna start verildi
10.09.2018 09:42
Lənkəran teatrının direktoru İranda keçirilən Beynəlxalq Meydan Tamaşaları Festivalından qayıdıb
08.09.2018 14:58
Azərbaycanda birinci Xalq Mahnıları Festivalı keçiriləcək
08.09.2018 14:56
Azərbaycan Aşıqlar Birliyinin növbəti layihəsinin təqdimatı olub
07.09.2018 17:30
Akademik Milli Dram Teatrı Azərbaycanı beynəlxalq teatr festivalında təmsil edəcək
07.09.2018 09:15
Özbəkistanda keçirilən beynəlxalq muğam sənəti forumunda ölkəmiz də təmsil olunur. Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir