Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1240

Sumqayıtda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin tabe müəssisələrində ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.

Belə ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə klub müəssisələrinin birgə tədbiri keçirilib. N.Nərimanov adına Mədəniyyət Mərkəzində baş tutan tədbirdə "N" saylı hərbi hissənin heyəti, mədəniyyət işçiləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qonaqlar əvvəlcə Sumqayıt şəhər S.Vurğun adına Mərkəzi Kitabxana tərəfindən təşkil olunmuş kitab sərgisi ilə tanış olublar. Tədbirdə ulu öndərin həyat və fəaliyyəti haqqında geniş məlumat verilib, mədəniyyət sahəsində gördüyü işlər diqqətə çatdırılıb.

Sonra tədbir özfəaliyyət kollektivlərinin ifasında konsert proqramı ilə davam edib. Konsertdə gənc müğənnilər İbrahim Fərzəliyev "Torpağın səsi", Pənah Məmmədli "Yaşa Azərbaycan", Şəbnəm Xanmədova "Azərbaycan", Zaur Yusifli "Sən elə bir zirvəsən", Kamil Ağazadə "Nə gözəldir Azərbaycan" mahnılarını və aşıq Elməddin Məmmədli "Misri" aşıq havasını ifa ediblər.

*     *     *

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində də tədbirlər təşkil olunub. Mərkəzdə “Asan Könüllüləri” Təşkilatının Sumqayıt Regional "ASAN xidmət" mərkəzindəki nümayəndəliyi tərəfindən intellektual müsabiqə, 21 nömrəli körpələr evi-uşaq bağçasının hazırladığı tədbir, Sumqayıt şəhər 15, 19, 40 saylı orta məktəblərin və  Qubadlı rayon Mərdanlı kənd orta məktəbinin  şagirdlərinin ekskursiyası baş tutub.

XƏBƏRLƏR

23.08.2019 16:56
Cəbrayıl və Füzuli rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir
23.08.2019 15:22
Ağstafada “Yurd yerlərimiz yolumuzu gözləyir” adlı anım tədbiri təşkil edilib
22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb