Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1123

Sumqayıtda Xalq şairi Sabir Rüstəmxanlı ilə görüş keçirilib

Sumqayıt Regional Mədəniyyət idarəsinin dəstəyi, S.Vurğun adına Mərkəzi Kitabxananın təşkilatçılığı ilə Xalq şairi Sabir Rüstəmxanlı ilə oxucuların görüşü keçirilib.

Tədbiri giriş sözü ilə açan S.Vurğun adına Mərkəzi kitabxananın direktoru Yeganə Əhmədova şairi salamlayaraq dəvəti qəbul etdiyinə görə təşəkkürünü bildirib.

Tədbirin aparıcısı  şair Əşrəf Şəfiyev çıxış edərək Sabir Rüstəmxanlının yaradıcılığı və həyat yolu haqqında məlumat verib.

Sonra Xalq şairi Sabir Rüstəmxanlı çıxış edib. O, tədbirin təşkilatçılarına təşəkkür edərək belə tədbirlərin keçirilməsinin oxucular və yaradıcı adamlar üçün böyük əhəmiyyətindən danışıb. Şair çıxışında Azərbaycanın müstəqillik qazanması, milli ideologiya, Qarabağ problemi, Azərbaycan dilinə sevgi, dilin qorunması və digər məsələlərlə  bağlı fikirlərini bölüşüb.

“Gənclərimiz ləyaqətli vətəndaş kimi yetişməli, vətənpərvər ruhda tərbiyə olunmalıdır” deyən şair onları Azərbaycan ədəbiyyatından uzaqlaşmamağa, Azərbaycan yazarlarının əsərlərini mütaliə etməyə çağırıb. Həmçinin. “Ədəbiyyat əbədi işdir” deyən şair ədəbiyyata gəlişi, yazdığı “Gəncə qapısı” əsəri və “Cavad xan” filmi haqqında danışıb.

Daha sonra rejissor Rövşən Almuradlı, şairlər Rafiq Yusifoğlu, Gülnarə Cəmaləddin, Almaz Əliyeva, Xatirə Fərəcli və digərləri çıxış ediblər.

Sonda Sabir Rüstəmxanlı oxucuların suallarını cavablandırıb, tələbələrə tövsiyyələrini verib, müxtəlif illərdə yazdığı şeirlərini ifa edib.

XƏBƏRLƏR

20.08.2018 17:44
Daşkənddə Özbək ədəbiyyatının azərbaycanlı klassiki, şair, dramaturq, tərcüməçi Maqsud Şeyxzadə haqqında “İki xalqın qüruru” adlı sənədli film hazırlanır
20.08.2018 12:13
Azərbaycan muğamının “Xan”ı
17.08.2018 18:27
Müslüm Maqomayevin xatirəsi yad olundu
17.08.2018 11:34
Daşkənddəki universitetlərə Azərbaycanla bağlı kitablar hədiyyə edilib
16.08.2018 10:49
Müslüm Maqomayevin anadan olmasının 76 illiyinə həsr olunmuş mərasim keçiriləcək
16.08.2018 09:11
“Əl Fəcr” qəzeti: Qəbələ Beynəlxalq Musiqi Festivalının yüksək səviyyədə təşkili Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətidir
16.08.2018 09:02
Gülxar Həsənovanın 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
15.08.2018 14:53
“The Jerusalem Post” qəzetində X Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında məqalə dərc edilib
14.08.2018 16:11
Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan mədəniyyət müəssisələrində 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə bir sıra tədbirlər təşkil olunub
13.08.2018 16:44
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının sonuncu ünvanı Tovuz olub
10.08.2018 09:23
YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
09.08.2018 15:50
“Еuronews” telekanalı X Qəbələ Beynəlxalq Musiqi Festivalı haqqında süjet yayımlayıb
08.08.2018 14:48
“Yubileylər silsiləsi” layihəsi çərçivəsində növbəti videoçarx hazırlanıb
08.08.2018 11:29
X Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb
07.08.2018 12:47
Bakıda üçüncü İndoneziya mədəniyyət festivalı keçiriləcək
07.08.2018 12:27
Azərbaycan bəstəkarının əsərləri Balkan ölkələrinin səhnələrində səsləndirilib
06.08.2018 09:34
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Sumqayıt şəhəri oldu
06.08.2018 09:21
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Qusarda
03.08.2018 17:42
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin növbəti uğuru
03.08.2018 17:28
Maestro Niyazinin xatirəsi yad olunub
03.08.2018 10:16
Milli Kino Günü münasibətilə Bakıda təntənəli mərasim keçirilib