Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
287

Tokioda növbəti dəfə səslənən Azərbaycan musiqisi nümunələri alqışlarla qarşılanıb

Tokionun tanınmış əyləncə mərkəzlərindən olan Kakurazaka rayonunda yerləşən “U-MA - Live hous”da keçirilən “Azərbaycan musiqisi axşamı” tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Tokioda fəaliyyət göstərən “Musiqi evi”nin və yapon tarzən Kiyoşi Ohiranın təşəbbüsü ilə təşkil edilən konsertdə yerli musiqisevərlər, diasporumuzun nümayəndələri iştirak ediblər.

Artıq neçə illərdir ki, Yaponiyada yaşayan azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı Gülnarə Səfərovanın və yapon musiqiçi Kiyoşi Ohiranın tarda və sazda səsləndirdiyi milli musiqi nömrələri və bəstəkar mahnıları tamaşaçıların böyük marağına səbəb olub.

Əvvəlcə tədbir iştirakçılarına Azərbaycan, onun qədim və zəngin musiqi mədəniyyəti haqqında məlumat verilib. Qeyd edilib ki, Azərbaycan musiqisi çoxəsrlik inkişaf yolu keçib. Onun kökləri əsrlərin dərinliklərinə gedib çıxır. Bütün dünyada yaxşı tanınan Azərbaycan muğamının və aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyi xüsusi vurğulanıb.

Konsertdə Azərbaycan milli musiqisi nümunələri, bəstəkar mahnıları və caz musiqisi səslənib. “Dağların başı”, “Azərbaycan maralı”, “Bayatı -Şiraz”, “Sarı gəlin”, “Ay Laçın”, Tofiq Quliyevin “Özgə xəyal eyləmə”, Üzeyir Hacıbəylinin “O, olmasın, bu olsun” komediyasından mahnı, Qəmbər Hüseynlinin “Ay işığında”, Adil Gərayın “Yar gəldi” mahnıları, məşhur caz ustası Vaqif Mustafazadənin yaradıcılığından nümunələrin məharətli ifası tamaşaçıların alqışlarına səbəb olub. Kiyoşi Ohiranın sazda ifa etdiyi musiqi nömrələri də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Konsertin təşkilatçılarından biri, “Musiqi evi”nin yaradıcısı G.Səfərova bildirib ki, məqsədimiz qədim tarixi və zənginliyi ilə seçilən Azərbaycan musiqisini yaponlara daha yaxından tanıtmaqdır: “Yaponiyada Azərbaycan musiqisinə, mədəniyyətinə çox böyük maraq var. Siz özünüz də dinləyicilərin musiqiçilərin ifasını necə hərarətlə qarşıladığının şahidi oldunuz. Düşünürəm ki, həzin və gözəl musiqimiz tamaşaçılarda çox xoş hisslər doğurdu. Zəhmət çəkib gələnlərin hamısına minnətdarlığımızı bildiririk”.

XƏBƏRLƏR

19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran teatrı xarici səfərdən qayıdıb
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
14.08.2019 15:46
Milli Kitabxanada “Eşqin səsi” kitabının təqdimatı keçirilib
14.08.2019 12:49
Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb
14.08.2019 09:39
“Mənim yay tətilim-2019” rəsm müsabiqəsi davam edir
12.08.2019 14:39
Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib
12.08.2019 14:31
Nazir Əbülfəs Qarayev Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
10.08.2019 10:12
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çapdan çıxıb
09.08.2019 17:40
Mədəniyyət naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşdü
09.08.2019 11:30
ABŞ-da yaşayan soydaşımızla muzeydə musiqili görüş
08.08.2019 16:12
Vətəndaşlar mədəni xidmətlərin daha da yaxşılaşdırılması üçün təşəbbüskarlıq göstərirlər
08.08.2019 12:45
Mədəniyyət naziri və müavinlərinin regionlarda növbəti qəbulları keçirilib