Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
270

Türkiyənin Kastamonu şəhərində TURKSOY Daimi Şurasının növbəti iclası işə başlayıb

2018-ci il 18 dekabr tarixində Türkiyə Respublikasının Kastamonu şəhərində türkdilli ölkələrin mədəniyyət nazirləri Daimi Şurasının 36-cı Dönəm Toplantısı keçirilib. Tədbirdə Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin əməkdaşı iştirak edib.

Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, TÜRKSOY təşkilatının baş katibi Düsen Kaseinov, TÜRKSOY üzv ölkələrinin mədəniyyət nazirlərinin müavinləri və nümayəndə heyətlərinin rəhbər şəxsləri açılış nitqi ilə çıxış etdilər. Daha sonra 2018-ci ildə TÜRKSOY təşkilatının yaradılmasının 25-ci ildönümünün tamam olması münasibətilə türk mədəniyyətinin ınkişafında xidməti olan şəxslərə medallar təqdim edildi. Açılış mərasiminin ardınca TÜRKSOY-un 25-ci ildönümü münasibətilə kitab və rəsm sərgilərinin açılısı oldu.

Toplantının işçi sessiyasında TÜRKSOY-un 2018-ci il üzrə fəaliyyətinə dair hesabat və maliyyə hesabatı, həmçinin təşkilatın 2019-cu il üçün Tədbirlər Planı təsdiq edildi, 2018-ci il ərzində Kastamonu şəhərində keçirilən tədbirlər haqqında məlumat təqdim olundu.

TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 36-cı Dönəm Toplantısının qərarlarına əsasən Qırğız Respublıkasının Oş şəhəri 2019-cu il uzrə türk dünyasının mədəniyyət paytaxtı elan olundu.

Bununla yanaşı Azərbaycan və Türkiyənin təkliflərinə əsasən dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik və Aşıq Veysəlin anadan olmasının 125 illik yubileyləri münasibətilə 2019-cu il TÜRKSOY çərçivəsində İmadəddin Nəsimi və Aşıq Veysəl ili elan olundu.

İclasın sonunda TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 37-il  toplantısının 2019-cu ildə Qırğız Respublikasının Oş  şəhərinde keçirilməsi qərara alındı.

Sonda TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 36-cı toplantısının Qərarları və Yekun Bəyannaməsi imzalandı.

Toplantıdan sonra “Kastamonu – türk dünyasının mədəniyyət paytaxtı 2018” mədəniyyət ilinin bağlanış mərasimi keçiriləcəkdir. Konsertdə türk dünyasının incəsənət ustalarının iştirakı gözlənilir. Tədbirdə ölkəmizi Azerbaycan Dövlət Rəqs Ansamblının üzvləri təmsil edəcəkdir.

 

 

 

 

 

 

 

 

XƏBƏRLƏR

19.03.2019 17:35
Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib
19.03.2019 15:28
“Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 19 fevral tarixli 1506-VQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
19.03.2019 11:16
Mədəniyyət naziri Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət ictimaiyyətini təbrik edib
19.03.2019 10:10
“Yurdumuza Bahar Gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi keçirildi
19.03.2019 10:01
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti Hüseynağa Sadıqovun 105 illiyi qeyd olunub
19.03.2019 09:05
Mədəniyyət naziri Əbülfəs Qarayev media nümayəndələri ilə əməkdaşlığa görə Fəxri diploma layiq görülüb
18.03.2019 17:28
Bədii, sənədli və animasiya filmi ssenariləri müsabiqəsi elan olunub
18.03.2019 17:25
"Testene Art Baku" III Beynəlxalq İncəsənət festival – müsabiqənin Qala konserti keçirilib
18.03.2019 16:25
“Paris Notr-Dam kilsəsi” Akademik Musiqili Teatrında
18.03.2019 16:07
Mədəniyyət naziri “Gündəm” televiziya proqramının qonağı olub
18.03.2019 14:52
Masallıda Möhtəşəm Bahar Festivalı Keçirilir.
18.03.2019 14:39
Görkəmli xanəndə Xan Şuşinskinin xatirəsi anıldı
18.03.2019 14:22
Bərdə Regional Mədəniyyət İdarəsi Günərzi Qayğı Mərkəzində olub.
18.03.2019 10:18
Orta əsr musiqisi və alətləri tarixinə həsr olunmuş dəyirmi masa təşkil edilib
18.03.2019 10:15
Müasir İncəsənət Muzeyində Xalq rəssamı Qəyyur Yunusun yubiley sərgisi açılıb
16.03.2019 12:21
Bu gün caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin doğum günüdür
16.03.2019 12:19
Jurnalistlər “Sevgi və etiraz” sərgisi ilə tanış olub
16.03.2019 12:14
Bakı Milli Geyim evi “Ənənədən gələcəyə” adlı dəfiləni təqdim edib
16.03.2019 11:57
Xalq artisti, ustad xanəndə Xan Şuşinskinin məzarı ziyarət olunacaq
15.03.2019 17:43
Mədəniyyət naziri Əbülfəs Qarayev İSESKO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri ilə görüşdü
15.03.2019 17:16
Heydər Əliyev sarayında “Min bir gecə” baleti nümayiş etdiriləcək
15.03.2019 16:50
Ustad xanəndə Hacıbaba Hüseynovun xatirəsi yad olundu