Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
633

Uşaq Filarmoniyasının “Şəms” Uşaq Xoru Bəstəkarlar İttifaqında çıxış edib

İyunun 7-də Azərbaycan Bəstəkarlar İttifaqında Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert təşkil olunub.

Konsertdə Dövlət Uşaq Filarmoniyasının “Şəms” Uşaq Xoru çıxış edib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə bildirib ki, bu dəfə yenidən uşaqlar növbəti konsert proqramı ilə çıxış edirlər. Bəstəkarlar İttifaqı uşaqlarla bağlı irəli sürülən təşəbbüsü sevə-sevə qəbul edib, uşaqları sevindirməyə çalışır və onlara dəstək olur. F.Əlizadə bəstəkarları uşaqlar üçün musiqi bəstələməyə çağırıb və bunun çox vacib olduğunu söyləyib. Bəzi bəstəkarlar var ki, uşaqlar üçün opera da yazıblar. Əlbəttə ki, bu, sevindirici haldır. Uşaqlar üçün musiqi çox vacib bir sahədir və uşaqların musiqiyə gəlişini hamı istəyir. “Təəssüf hissi ilə bildirirəm ki, əsərləri nəşr etmək üçün nəşriyyatımız yoxdur və bunun üçün hər dəfə Mədəniyyət Nazirliyinə müraciət edirik”, - deyə o əlavə edib.

Tədbirdə Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının direktoru, Uşaq Xor Kapellasının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Dilarə Əliyeva, tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Elnarə Dadaşova və Xalq artisti Azər Dadaşov çıxış edərək Azərbaycanda uşaq musiqisinin mövcud vəziyyətindən, görülən işlərdən söhbət açıblar. Natiqlər bu sahədə Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə aparılan işlərdən danışıblar.

Çıxışlardan sonra Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Şəms” Uşaq Xoru Ağabacı Rzayevanın “Qaranquş”, Oqtay Zülfüqarovun “Nənə” və Sərdar Fərəcovun “12 uşaq mahnısı” məcmuəsindən “Buratino”, “Dələ”, “Aşbazlar”, “Küpəgirən qarı” mahnılarını ifa etdilər.

Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdi, Beynəlxalq müsabiqə laureatı Əli Məmmədli Nuray Bayramovanın royalda müşayiəti ilə Əməkdar incəsənət xadimi Elnarə Dadaşovanın saz və piano üçün “Marş”nı sazda səsləndirib.

Tədbir Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində orta-ixtisas musiqi məktəb-studiyasının şagirdi A.Dadaşov adına Pianoçuların IV Beynəlxalq Müsabiqəsinin laureatı Humay Nəbiyevanın Xalq artisti Azər Dadaşovun ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr etdiyi “Piano və orkestr üçün “Poema”nı ifa etməsi ilə başa çatıb.

XƏBƏRLƏR

14.11.2019 14:28
Mərkəzi İncəsənət məktəbində “Uşaqlar gələcəyimizdir!” adlı tədbir keçirilib
14.11.2019 09:09
Polşanın Lodz şəhərində Azərbaycan cizgi filmləri nümayiş olunub
14.11.2019 09:07
“Haqq mənəm” tamaşasının premyerası olacaq
13.11.2019 16:52
Prezident İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13.11.2019 15:33
Mədəniyyət sahəsinin könüllüləri sırasına Azərbaycan Turizm və Menecment Universiteti də qoşulub
13.11.2019 15:29
Özbəkistanın Urgənc şəhərində Azərbaycan milli rəqslərinin təqdimatı keçirilib
13.11.2019 12:25
Milli Kitabxanada əlillər gününə aid sərgi açılıb
13.11.2019 11:22
Bakıda tanınmış bolqarıstanlı fotoqrafın sərgisi açılıb
13.11.2019 10:04
Azərbaycan komandası “Liqa smexa” mövsümünün ən yaxşı nömrəsinə görə kubok qazanıb
13.11.2019 09:03
Bakıda “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” mövzusunda konfrans təşkil ediləcək
12.11.2019 15:35
Bakıda VI “Alüminium” Beynəlxalq Müasir İncəsənət Biennalesi keçiriləcəkdir
12.11.2019 14:13
UNESKO-nun 40-cı Baş Konfransı işə başlayıb
12.11.2019 09:24
Almatıda Azərbaycan mədəniyyəti və ənənələri günü keçirilib
12.11.2019 09:21
Qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib
12.11.2019 09:12
Musiqili Teatrda mövsümün ilk premyerası – “Paris Notr-Dama ithaf”
12.11.2019 09:08
Azərbaycan-Özbəkistan dostluğuna aid sənədli film nümayiş etdirilib
12.11.2019 09:05
“Müəmmalı bir qətlin üç versiyası” növbəti dəfə “Yuğ” Teatrında
12.11.2019 09:02
“Müqəddəs Azərbaycan bayrağı” adlı musiqili ədəbi-bədii gecə təşkil edilib
09.11.2019 11:21
Filarmoniyada Yalçın Adıgözəlovun 60 illiyinə həsr olunmuş konsert keçirilib