Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1253

V Dünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq müzakirə olundu

Aprelin 23-də V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakı şəhərində keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinə daxil olan dövlət qurumları nümayəndələrinin iştirakı ilə iclas keçirildi.

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Təşkilat Komitəsinin sədri Azərbaycan Respublikasının Mədəniyyət naziridir. Komitəyə nazirliklərin, dövlət komitələri və digər aidiyyəti qurumların rəhbər və məsul şəxsləri daxildir.

Bakı Konqres Mərkəzində keçirilən iclasda Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək hazırlıq işləri və qarşıda duran vəzifələr haqqında danışdı. Bildirdi ki, dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirməsi müstəqil dövlətimizin nüfuzundan xəbər verir.

Qeyd olundu ki, 2-3 may 2019-cu il tarixində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və İSESCO-nun birgə tərəfdaşlığı ilə keçiriləcək V Dünya Mədəniyyətlərarası Dialoq Forumu “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” mövzusuna həsr edilib.

Əbülfəs Qarayev vurğuladı ki, 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” 10 il ərzində müxtəlif qitələrdə yaşayan və fərqli etnik, mədəni, dini mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış və hörmət çərçivəsində səmimiyyət və qarşılıqlı hörmətə əsaslanan fikir mübadiləsi üçün qlobal platformaya çevrilib: “Dünya Mədəniyyətlərarası Dialoq Forumunun coğrafiyası çox genişlənib, tədbirə qoşulan qurumların sayı xeyli artıb. Budəfəki forumda Latın Amerikası ölkələrindən tutmuş Səudiyyə Ərəbistanı, Kolumbiya, Böyük Britaniya, Peruya kimi dövlətlərin təmsilçiləri iştirak edəcək. Ümumilikdə beşinci foruma 35 beynəlxalq təşkilat və 100-dən çox ölkəni təmsil edən nümayəndələr qatılacaq. Hazırda foruma qeydiyyat davam edir. Bir çox ölkələr xarici işlər və mədəniyyət nazirləri, parlament sədrləri səviyyəsində təmsil olunacaq. Forumun mövzusu UNESCO tərəfindən təsdiqlənib və müasir dünya üçün aktuallıq kəsb edir. Forum çərçivəsində panellərin bir çoxu iştirakçı qurumlar tərəfindən təşkil olunacaq. Tədbir BMT-nin televiziyası və rəsmi internet səhifəsi üzərindən canlı yayımlanacaq”.

Sonra iclas Təşkilat Komitəsinin görəcəyi işlərin müzakirəsi ilə davam etdi.

Qeyd edək ki, 5-ci Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində insan həmrəyliyini yaratmaq və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə yerli insanlara kömək etmək üçün (praktiki strategiya kimi) mədəniyyətlərarası dialoqun rolu öyrəniləcək. Bundan başqa, forumda mədəniyyətlərarası dialoq və insan ləyaqətini təbliğ etməklə inklüziv və davamlı cəmiyyətlərin qurulmasında dövlət, özəl və üçüncü sektoru təmsil edən təşkilatlar üçün ümumi yol xəritəsini hazırlamaq məqsədilə siyasi, iqtisadi, maliyyə, hərbi, humanitar və sosial təşkilatlar arasında sinerji və tərəfdaşlıq formalaşdırmaq üçün beynəlxalq təşkilatların və nazirlərin 2-ci yüksək səviyyəli görüşü keçiriləcək.

Xatırladaq ki, BMT baş katibinin təşkilatın Baş Assambleyasına ünvanladığı mədəniyyətlərarası və dinlərarası dialoq və sülh mədəniyyəti barədə (A/72/488) illik hesabatda (2017-ci il) “Bakı Prosesi” çərçivəsində bu günə qədər əldə olunan uğurlarla yanaşı, mədəniyyətlərarası dialoqun təbliği üçün əsas qlobal platforma kimi Dünya Mədəniyyətlərarası Dialoq Forumuna istinad edilib və tədbirin əhəmiyyəti vurğulanıb.

XƏBƏRLƏR

22.05.2019 13:57
Daşkənddə Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan konsert keçirilib
22.05.2019 09:43
“Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı Azərbaycanın şimal-qərb qapısı Balakəndə
21.05.2019 17:54
Azərbaycan Dövlət Uşaq Filarmoniyası binasının əsaslı təmir və yenidənqurmadan sonra açılışı oldu
21.05.2019 15:42
Bakıda ilk dəfə incəsənət əsərlərinin auksionu keçirildi
21.05.2019 15:40
Bolqarıstanlı mütəxəssis Xoreoqrafiya Akademiyasında ustad dərsləri keçib
21.05.2019 15:35
“Qartal yuvası” filminin təqdimatı keçirildi
21.05.2019 13:00
Xalça Muzeyində “Həyat gözəldir” adlı musiqili-ədəbi gecə təşkil ediləcək
21.05.2019 11:08
Qubada keçirilən “Oxu Bayramı” böyük maraqla qarşılanıb
21.05.2019 10:36
Respublika Gənclər Kitabxanasında Cəfər Cabbarlının 120 illiyi münasibəti ilə ədəbi-bədii gecə keçirilib
20.05.2019 17:45
Ağcabədidə Beynəlxalq Muzeylər Günü münasibət ilə “Açıq qapı” günü təşkil edilib
20.05.2019 17:14
“Zeytun ağacları” beynəlxalq mədəni marşrutunun ekspert qrupu ölkəmizdə səfərdədir
20.05.2019 16:32
Xaçmazda Muzeylər gününə həsr olunmuş tədbir keçirilib
20.05.2019 15:32
Astara Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Gününə həsr olunmuş tədbir keçirilib
20.05.2019 15:11
Mədəniyyət Nazirliyi ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığa dair birgə Fəaliyyət planı imzalandı
20.05.2019 14:58
Qax rayonunda fəaliyyət göstərən muzeylərdə “Açıq qapı” günü keçirilib
20.05.2019 14:36
Azərbaycan “Gənc ulduzlar-2019” Xeyriyyə Festivalında təmsil olunub
20.05.2019 14:18
Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə tədbir keçiriləcək
20.05.2019 14:15
UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçiriləcək sessiyasına hazırlıq müzakirə olundu
20.05.2019 12:39
Gənc Prezident təqaüdçülərinin iştirakı ilə konsert-festival keçiriləcək