Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1358

V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb

Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında təşkil olunmuş V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mayın 3–də başa çatıb.

Böyük Britaniyanın Koventri Universitetinin İnam, Sülh və Sosial Əlaqələr Mərkəzinin icraçı direktoru, professor Mayk Hardi Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.

Tədbirin əhəmiyyətindən danışan alim deyib: "Forumun çox zəngin proqramı var. İki gün ərzində bizim müzakirə etdiyimiz məsələlər beynəlxalq əməkdaşlıq baxımından çox önəmli idi. Aparılan müzakirələr bizi yenidən bu məsələləri nəzərdən keçirməyə vadar edir. Dialoq çox önəmlidir. "Bakı Prosesi" bir daha sübut edir ki, əməkdaşlıq əlaqələri möhkəmləndirilməlidir. Bu istiqamətdə birlikdə çalışmalıyıq".

Forumda “Müxtəlifliyin idarə olunması: çoxsəviyyəli və çoxtərəfli əməkdaşlıq”, “Sülh naminə gənclər: şiddətli ekstremizmə qarşı əks qüvvənin formalaşdırılması” və “Miqrasiya, yerdəyişmə və insan təhlükəsizliyi” mövzularında üç əsas plenar sessiyanın keçirildiyini bildirən Mayk Hardi dünyada sülh və bərabərliyin, qarşılıqlı etimadın və anlaşmanın əldə olunmasında bu tədbirin böyük əhəmiyyət kəsb etdiyini söyləyib.

Bağlanış mərasimində çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev bütün iştirakçılara və tərəfdaşlara minnətdarlığını bildirərək 2 gün ərzində mühüm mövzuların müzakirə olunduğunu bildirib. O deyib: "Birinci dəfə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna 40 ölkə ilə başladıq. Hazırda isə bu Forumda 135 ölkə təmsil olunur. Forum müddətində çoxsaylı məruzələr dinlənilib, 20-dən çox müxtəlif tədbir, o cümlədən sessiya, dəyirmi masa və s. təşkil edilib. Habelə 30-dan çox beynəlxalq təşkilatın rəhbərləri bir otaqda əyləşərək müzakirələr aparıblar. Bütün sessiyalarda keçirdiyimiz hər məqam canlı şəkildə BMT veb-saytı vasitəsilə yayımlanıb".

Sonra BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Migel Anxel Moratinos, UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif, ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri və BMT-nin Dünya Turizm Təşkilatının icraçı direktoru Manuel Butler Halter çıxış edərək Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə, xüsusilə də Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edilib ki, Forumda sülh və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik məsələləri, qloballaşma dövründə mədəniyyətlərin qarşılıqlı təsiri və sintezi, sürətlə dəyişməkdə olan dünyada sivilizasiyalararası əlaqələrin əhəmiyyəti və etnik münaqişələrin qarşısının alınması, turizmin inkişafı və digər məsələlərə toxunulub. Həmçinin mədəni müxtəliflik üçün ictimai dəstəyin göstərilməsinə dair maraqlı təkliflər irəli sürülüb.

Sonda Əbülfəs Qarayev Forumun işində yaxından iştirak edən hər kəsə minnətdarlığını bildirib.

XƏBƏRLƏR

17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
14.08.2019 15:46
Milli Kitabxanada “Eşqin səsi” kitabının təqdimatı keçirilib
14.08.2019 12:49
Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb
14.08.2019 09:39
“Mənim yay tətilim-2019” rəsm müsabiqəsi davam edir
12.08.2019 14:39
Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib
12.08.2019 14:31
Nazir Əbülfəs Qarayev Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
10.08.2019 10:12
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çapdan çıxıb
09.08.2019 17:40
Mədəniyyət naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşdü
09.08.2019 11:30
ABŞ-da yaşayan soydaşımızla muzeydə musiqili görüş
08.08.2019 16:12
Vətəndaşlar mədəni xidmətlərin daha da yaxşılaşdırılması üçün təşəbbüskarlıq göstərirlər
08.08.2019 12:45
Mədəniyyət naziri və müavinlərinin regionlarda növbəti qəbulları keçirilib
07.08.2019 16:33
Mədəniyyət naziri Argentina və Avstriyanın ölkəmizdəki səfirləri ilə görüşüb
06.08.2019 17:51
İmadəddin Nəsimi - insanpərvərlik və azadlıq nəğməkarı