Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
719

Xalq artisti Gülxar Həsənovanın 100 illik yubiley tədbirləri keçiriləcək


2018-ci il dekabr ayının 10-da Azərbaycanın görkəmli opera müğənnisi, Xalq artisti, Gülxar İbrahim qızı Həsənovanın anadan olmasının 100 illiyi tamam olur.

Gülxar Həsənova uzun illər ərzində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində unudulmaz obrazlar yaradaraq tamaşaçı rəğbəti qazanmışdır. Muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı olan sənətkarın gənc ifaçıların hazırlanmasında özünəməxsus xidmətləri vardır. Azərbaycan Respublikası Prezidentinin “Gülxar Həsənovanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” müvafiq Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Tədbirlər planına uyğun olaraq cari il dekabrın 5-də saat 15.00-da Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Gülxar Həsənova-100” adlı tədbir təşkil olunmuşdur. Dekabrın 10-da Gülxar Həsənovanın doğum günündə saat 12.00-da İkinci Fəxri Xiyabanda onun məzarı ziyarət ediləcək, saat 19.00-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında sənətkarın 100 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcəkdir.

 

XƏBƏRLƏR

17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
14.08.2019 15:46
Milli Kitabxanada “Eşqin səsi” kitabının təqdimatı keçirilib
14.08.2019 12:49
Daşkənddə “Azərbaycanca – özbəkcə, özbəkcə – azərbaycanca” lüğəti işıq üzü görüb
14.08.2019 09:39
“Mənim yay tətilim-2019” rəsm müsabiqəsi davam edir
12.08.2019 14:39
Abşeronun “Xəzər ulduzları” mahnı və rəqs ansamblı Türkiyənin Qaradəniz bögəsində keçirilən festivallarda ölkəmizi uğurla təmsil edib
12.08.2019 14:31
Nazir Əbülfəs Qarayev Qurban bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib
10.08.2019 10:12
“Mədəniyyət.AZ” jurnalının yeni nömrəsi çapdan çıxıb
09.08.2019 17:40
Mədəniyyət naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə görüşdü
09.08.2019 11:30
ABŞ-da yaşayan soydaşımızla muzeydə musiqili görüş
08.08.2019 16:12
Vətəndaşlar mədəni xidmətlərin daha da yaxşılaşdırılması üçün təşəbbüskarlıq göstərirlər
08.08.2019 12:45
Mədəniyyət naziri və müavinlərinin regionlarda növbəti qəbulları keçirilib
07.08.2019 16:33
Mədəniyyət naziri Argentina və Avstriyanın ölkəmizdəki səfirləri ilə görüşüb
06.08.2019 17:51
İmadəddin Nəsimi - insanpərvərlik və azadlıq nəğməkarı