Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
400

Xalq artisti İlham Namiq Kamalın 70 illik yubileyi qeyd olunub

İyunun 12-də Akademik Musiqili Teatrda Xalq artisti, “Şöhrət” ordenli, professor İlham Namiq Kamalın anadan olmasının 70 illiyinə həsr edilmiş təntənəli yubiley gecəsi keçirildi.

Tamaşaçılarla dolub daşan yubiley gecəsində sənətkara sevgi nümayişi, arzuladığı alqış payı, gül çələngləri bir ayrı ovqat yaşatmış oldu. Yaşının yetmişində də şən, şux, şaqraq, yaratmaq eşqi ilə çağlayan aktyor tədbirə təşrif buyuranları da elə özü salamladı, qonaqlarını da bir-bir özü təqdim edib, təbriklərini qəbul etdi.

İlk olaraq mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev səhnəyə dəvət edildi.

Vaqif Əliyev sənətkara cansağlığı, yeni yaradıcılıq uğurları arzulayaraq nazir Əbülfəs Qarayevin yubilyara ünvanladığı təbrik məktubunu oxudu.

Məktubda görkəmli aktyorun uzunmüddətli sənət fəaliyyəti yüksək qiymətləndirilir, onun milli teatr sənətimizin inkişafına töhfə olan xidmətləri vurğulanır. Qeyd olunur ki, respublikanın tanınıb seçilən, dərin rəğbət bəslənilən sənətkarlarından biri olan İlham Namiq Kamalın 50 ildən artıq dövrü əhatə edən dolğun yaradıcılığı sənətsevərlərin qəlbində dərin iz buraxıb. Respublikamızın teatr ictimaiyyəti onun bu illər ərzində teatr səhnələrində yaratdığı obrazları maraqla qarşılayıb. Xalq artisti həmçinin “Qaynana”, “Uzun ömrün akkordları”, “Bəyin oğurlanması” və s. filmlərdə, televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb. “İnanıram ki, bundan sonra da qazandığınız bilik və təcrübəni bölüşəcək, milli mədəniyyətimizin inkişafında öz dəyərli xidmətlərinizi əsirgəməyəcəksiniz”, - deyə məktubda bildirilir.

Çıxışın ardınca benefis, müzikl formatlı yubiley gecəsinin bədii hissəsi başlandı. Aktyor səhnədə qurulan böyük monitorda nümayiş olunan obrazlar qalereyasından seçmələrin, foto və videokadrların  müşayiətində 70 yaşına hazırlanan “Məni görməmisiz?” monoloqunu səsləndirdi. Bir neçə dəqiqəlik monoloqda köhnə-yeni mətləblərə - sənət-sənətkar münasibətinə, yaratdığı obrazların hər birinə özündən bir pay verməsinə diqqət çəkdi. Obrazlarını sadaladıqca məntiqi düstur da yaratdı: aktyor səhnəyə sehrli qüvvə kimi baxıb, onu yüksəltdikcə, elə sənət də onu ucaldacaq.

Aktyorun əslində böyük mətləblərə ilmə atmaqla hördüyü səddin son cümləsi “Əslən Şamaxının Sarıtorpaq məhəlləsindən olan İlham Namiq Kamal oğlu düz 50 ildir ki, özündən çıxıb və hələ də geri qayıtmayıb” oldu. Tamaşaçı da elə onun ürəklə hayqırdığı geri qayıtmamasını alqışladı. Deməli, geri qayıtmayıbsa, hələ yeni obrazlara, fərqli sənət nümayişlərinə ümid var. Elə meydan da...

Gecə boyu aparıcı, iştirakçı, ifaçı kimi səhnədə olan yubilyar həyat və sənət dostlarının təbriklərini qəbul edib, xoş arzulara qanad verdi. Gah qardaşı, Xalq artisti Cəfər Namiq kamala qoşulub uşaqlığına, gah çalışdığı, 25 ildən artıq bir dövrü əhatə edən pedaqoji fəaliyyətinə, gah müxtəlif vaxtlarda çıxış etdiyi Akademik Milli Dram, Akademik Opera və Balet teatrlarının səhnələrində tərəf-müqabilləri ilə obrazlarına qayıtdı. Dünyasını dəyişmiş bənzərsiz sənətkarlar Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Yaşar Nuri ilə bir səhnədə yaratdığı obrazları bir də monitor səddindən izlədi.

Yubiley gecəsində aktyorun sənət dostları - xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, Azər Zeynalov, Xalq rəssamı Arif Əliyev, Əməkdar artist Gülüstan Əliyeva və başqaları sənətkara ürək sözlərini deyərək, sevgi, ehtiram nümayişlərini etdirdilər.

Gecədə Teatr Xadimləri İttifaqı, Mədəniyyət və İncəsənət Universiteti rəhbərliyi adından təbrik məktubları da oxundu, fəxri fərmanlar təqdim olundu.

Aktyorun çalışdığı Akademik Musiqili Teatrın aktyor truppasının təqdimatında İlham Namiq Kamal yaradıcılığının seçkin nümunələri səhnəciklərlə tamaşaçılara təqdim olundu. A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında hazırlanan “Bizim Don Kixot” tamaşasından səhnəcik də nümayiş olundu.

İstər səhnə plastikası, istər musiqili teatr aktyoru üçün vacib element olan səs tembri, istərsə də ifa manerası ilə hələ tədbirin əvvəlində verdiyi  sualına cavab da tapdı: 50 ildir özünü itirən İlham Namiq Kamal səhnədədir. Və elə nə yaxşı ki, səhnədədir....

XƏBƏRLƏR

23.07.2019 18:06
“Muzey əşyalarının daimi mühafizə portalı”na həsr olunan təqdimat – treninqin üçüncü mərhələsi keçirildi
23.07.2019 15:59
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
23.07.2019 15:16
Gədəbəydə metodiki tövsiyyələrin təqdimatı keçililib
23.07.2019 14:16
Mədəniyyət mərkəzləri filiallarının müdirlərinin peşə səriştələri artırılır
23.07.2019 14:15
Amerikada Firəngiz Əlizadənin yeni əsərinin dünya premyerası keçirilib
23.07.2019 12:20
Azərbaycan-Yaponiya ekspedisiyası tərəfindən Damcılı mağarasında tədqiqatlar davam etdirilir
23.07.2019 10:42
Sumqayıtın 70 illiyi münasibətilə Ağsaqqallar Şurasının üzvləri ilə görüş keçirilib
23.07.2019 10:36
Şəki Dövlət Dram Teatrı 139-cu mövsümə yekun vurub
22.07.2019 16:31
Musiqili Teatrda keçirilən müsabiqənin nəticələri açıqlanıb
22.07.2019 14:15
Azərbaycan Avropa Şurasının “Zeytun ağacları” beynəlxalq mədəni marşrutuna daxil edildi
22.07.2019 12:20
Nazir Əbülfəs Qarayev “Real” televiziyasına müsahibə verib
22.07.2019 11:30
Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
22.07.2019 11:02
Mədəniyyət naziri Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib
22.07.2019 10:32
Sumqayıt Dövlət Dram Teatrı 50-ci mövsümü başa vurdu
19.07.2019 16:10
Qubada keçiriləcək mətbəx festivalına azsaylı günlər qalıb
19.07.2019 16:10
“Grand Tourisme” qəzeti Şəki Xan Sarayından yazır
19.07.2019 15:11
“Sumqayıt Tələbələri” Ictimai Birliyi yeni layihəyə start verdi
19.07.2019 13:17
Əməkdar incəsənət xadimi Kəmalə Ağa qızı Ağayeva vəfat edib
18.07.2019 14:48
Bakı Uşaq Teatrı mövsümə yekun vurdu
18.07.2019 12:42
“Nəsimi poeziyasının nurunda” adlı dəyirmi masa təşkil olunub
18.07.2019 10:43
BMT təsisatlarına Azərbaycan haqqında kitablar hədiyyə olunub
18.07.2019 10:35
“Mortimer Reisemagazin” jurnalı Şəki Xan Sarayından yazır
17.07.2019 14:42
İrəvan Teatrı mövsümü “Ürəyində arzu tut” tamaşası ilə bağlayıb
17.07.2019 10:31
Ulu öndərin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Ağcəbədidə dəyirmi masa təşkil olunub
17.07.2019 08:34
Lənkəran teatrı 128-ci mövsümə yekun vurub