Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
357

Xızıda Cəfər Cabbarlının xatirəsi anılıb

Xızıda Cəfər Cabbarlının ev-muzeyində görkəmli ədibin xatirəsi anılıb. Tədbir Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Xızı rayon Cəfər Cabbarlı ev-muzeyi və Bakı şəhər Cəfər Cabbarlı ev-muzeyinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirə ev sahibliyi edən Sumqayıt Regional Mədəniyyət idarəsinin Xızı rayon nümayəndəliyi üzrə baş məsləhətçisi Möhsün Bağırov və Bakı şəhər Cəfər Cabbarlı ev-muzeyinin direktoru Qəmər Bağırova belə tədbirlərin önəmindən danışıblar.

Sonra söz-sənət ustalarının, elm və incəsənət xadimlərinin, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbələrinin ədibin yaradıcılığı, zəngin ədəbi irsi, keşməkeşli həyat yolu ilə bağlı çıxışları dinlənilib.

Daha sonra şagirdlərin ifasında Cəfər Cabbarlının şeirləri səslənib.

Məşhur kamança ifaçısı, Xalq artisti Şəfiqə Eyvazova və qızı Mehri Əsədullayevanın, Əməkdar artist Rəşad İlyasovun ifasında Cəfər Cabbarlının sözlərinə yazılmış mahnılar, xalq və bəstəkar mahnıları, o cümlədən instrumental musiqi və muğamlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

XƏBƏRLƏR

23.08.2019 16:56
Cəbrayıl və Füzuli rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilmişdir
23.08.2019 15:22
Ağstafada “Yurd yerlərimiz yolumuzu gözləyir” adlı anım tədbiri təşkil edilib
22.08.2019 14:35
Daşkənddə azərbaycanlı alim Qulamhüseyn Əliyevin kitabının təqdimatı olub
22.08.2019 14:29
“Bir, iki – bizimki!” növbəti dəfə səhnədə...
21.08.2019 15:40
Bakıda “Salam” Beynəlxalq Yeniyetmə Kino Festivalı keçiriləcək
21.08.2019 10:52
“Şairə ithaf” adlı respublika rəsm müsabiqəsi davam edir
21.08.2019 09:00
Maestro Niyazinin xatirəsi anılıb
20.08.2019 15:43
“Cəhənnəm sakinləri” yenidən səhnədə...
20.08.2019 15:39
Nazir müavini Rafiq Bayramov Avrasiya Xalqları Assambleyasının nümayəndə heyəti ilə görüşüb
19.08.2019 16:53
Qazaxda Xalq şairi Mirvarid Dilbazinin xatirəsi anılıb
19.08.2019 16:23
Lənkəran Dövlət Dram Teatrı İranda “Adət-Ənənə” Milli Teatr Festivalında iştirak edib
19.08.2019 09:38
Bakı Uşaq Teatrının gənc artistləri Latviyada keçirilən müsabiqədə iştirak edirlər
17.08.2019 21:40
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb