Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
177

Xoreoqrafiya Akademiyasinda QİÇS-lə mübarizəyə həsr olunmuş seminar keçirilib

Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) “Ümumdünya QİÇS-lə mübarizə günü”nə həsr olunmuş “Biz sağlam həyat tərzini seçirik” mövzusunda seminar keçirilib.

Tədbirdə AR Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin mütəxəssis həkimi Dilşad Mahmudova, Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları polis polkovniki İlhamə Qafarova, polis mayoru Kəmalə Ələkbərova, QİÇS-i törədən zərərli vərdiş və həyat tərzi mövzusunda ekranlaşdırılan “Mayak” filminin yaradıcı heyəti Azərbaycan Respublikasının Xalq artisti Məmməd Səfa Qasımov, filmin ssenari müəllifi Esmira Əyyub, BXA-nın professor-müəllim və tələbə heyəti iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan BXA-nın Tədris şöbəsinin müdir müavini Mirələskər Aslanov tədbir iştirakçılarına Ümumdünya QİÇS-lə mübarizə gününün tarixi, bu virusların törətdiyi xəstəliklərin ağır sosial-iqtisadi nəticələri və bununla bağlı ölkəmizdə görülən tədbirlər haqqında geniş məlumat verib.  Sonra isə çıxışı QİÇS-lə Mübarizə Mərkəzinin həkimi Dilşad Mahmudova davam etdirərək narkomaniya xəstəliyi, onun cəmiyyətə gətirdiyi bəlalardan, istifadəçilərinin qarşılaşdığı faciələrdən danışıb. D. Mahmudova narkomaniyanın keçici xəstəliklərin sürətlə yayılmasına səbəb olduğunu vurğulayaraq  gəncləri sağlamlıqlarını qorumağa, pis vərdişlərdən uzaq olmağa və bu sahədə aparılan maarifləndirmə işlərində yaxından iştirak etməyə səsləyib. Daha sonra polis mayoru  Kəmalə Ələkbərova da QİÇS və insan hüquqları, həmçinin həmin xəstəliklə mübarizə haqqında Azərbaycan Respublikası qanunlarının mühüm müddəalarını diqqətə çatdırıb.

Tədbirin sonunda BXA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru Sonaxanım İbrahimova çıxış edərək gəncləri sağlam düşüncəyə səsləyərək onları qeyri-sağlam vərdiş və hərəkətlərdən uzaq olmağa çağırıb.

Sonda mövzular ətrafında müzakirələr aparılıb və “Mayak” filmi nümayiş edilib.

XƏBƏRLƏR

22.01.2019 11:10
Bakıda ilk dəfə İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı keçiriləcək
22.01.2019 09:55
Azərbaycan Respublikasının mədəniyyət naziri Xızı şəhərində vətəndaşları qəbul edəcək
21.01.2019 16:44
Ofeliya Aslan Musiqili Teatrda yad ediləcək
21.01.2019 12:31
Şərqdə ilk opera yazan qadın bəstəkar
21.01.2019 11:43
Avey qoruğundakı Damcılı mağara düşərgəsinə yeni yol çəkilir
20.01.2019 17:36
20 yanvar faciəsinə həsr olunmuş “Əsir qadın” tamaşası nümayiş olundu
20.01.2019 17:34
Xalq artisti Firəngiz Əlizadənin “İntizar” operası nümayiş olunub
20.01.2019 13:51
Mədəniyyət Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
20.01.2019 12:20
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə tədbirlər keçirilib
19.01.2019 19:49
Filarmoniyada hüzn və qürur gününə həsr olunmuş anım tədbiri keçirildi
19.01.2019 16:57
Milli Dram Teatrında “Açıq qapı” günü keçiriləcək
19.01.2019 16:33
Sumqayıtda “20 Yanvar” faciəsinin 29-cu ildönümü münasibətilə tədbirlər keçirildi
19.01.2019 15:26
Azərbaycan xalqının qəhrəmanlıq və vətənpərvərlik günü - 20 yanvar hadisələri Özbəkistanda anıldı
18.01.2019 17:30
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib
18.01.2019 17:04
Sabirabaddda vətənpərvərlik mövzusunda tədbirlər keçirildi
18.01.2019 16:32
20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr edilmiş “Tarixiləşən Yaddaşımız” adlı tədbir keçirilmişdir.
18.01.2019 11:01
Daşkənddəki “Məhəllə” televiziya kanalında Azərbaycan mədəniyyətinə dair proqram yayımlanıb
18.01.2019 10:51
“Azadlıq aşiqləri günü-20 Yanvar” rəsm müsabiqənin yekun sərgisi açılıb
17.01.2019 18:13
Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.01.2019 16:42
Respublika Gənclər Kitabxanası tərəfindən “20 yanvar” faciəsinə həsr edilmiş tədbirlər keçirildi
17.01.2019 15:18
Milli Kitabxanada “20 yanvar – Ümumxalq hüzn və qürur günüdür” mövzusunda kitab sərgisi və filmin nümayişi keçirildi
17.01.2019 14:56
"Boqema" operasının tamaşasında opera ulduzları iştirak edəcəklər
17.01.2019 14:49
Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə həsr olunmuş filmin təqdimatı olub