Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
293

Xorvatiyada beynəlxalq festivalda Dövlət Mahnı və Rəqs Ansamblımız çıxış edib

Azərbaycanın Xorvatiyadakı səfirliyinin təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Xorvatiyanın Osiyek-Baranya vilayətində Beynəlxalq İpək Yolu Festivalında Dövlət Mahnı və Rəqs Ansamblımızın 11 nəfərlik rəqs qrupu iştirak edib.

Tədbirin əsas məqsədi müxtəlif xalqlar arasında dialoqun inkişafı və Böyük İpək Yolunun keçdiyi ölkələrdə formalaşmış unikal mədəniyyətlərin təbliğ edilməsindən ibarət olub. Festival çərçivəsində “İpək Yolu” ölkələrinin bədii filmlərinin nümayişi, eləcə də milli musiqi, rəqs, mətbəx və digər mədəni tədbirlər keçirilib.

Bu il keçirilən İpək Yolu Festivalında Azərbaycan incəsənət nümayəndələri ilə yanaşı Türkiyə, Rusiya, Çin, Qazaxıstan, İran, Monqolustan və Hindistandan sənətçilər qatılıblar.

Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs qrupu təşkil edilmiş konsert proqramlarında müxtəlif milli rəqslər təqdim ediblər və xorvat tamaşaçıları tərəfindən maraq və rəğbətlə qarşılanıblar.

Festival çərçivəsində Xorvatiyanın Turizm Nazirliyinin Dövlət katibi, Osiyek-Baranya vilayətinin rəhbərliyi və iştirakçı dövlətlərin səfirlərinin iştirakı ilə Osiyek Universitetində İpək Yolu ölkələrində turizm məsələlərinə həsr olunan dəyirmi masa keçirib. Tədbirdə ölkəmizin Xorvatiyadakı səfiri Fəxrəddin Qurbanov çıxış edərək Azərbaycanda son illər ərzində turizmin inkişafi üçün yaradılmış infrastruktur, turistlərin ölkəmizə gəlişinin asanlaşdırılması məqsədilə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində mühüm addımların atıldığını diqqətə çatdırıb.

Qeyd edək ki, 2018-ci ildə sözügedən festival Xorvatiyanın Zadar şəhərində keçirilib və Azərbaycanın Xorvatiyadakı səfirliyi bu festivalda “Əbədi ezamiyyət” filmi ilə iştirak edib.

XƏBƏRLƏR

23.07.2019 18:06
“Muzey əşyalarının daimi mühafizə portalı”na həsr olunan təqdimat – treninqin üçüncü mərhələsi keçirildi
23.07.2019 15:59
XI Qəbələ Beynəlxalq Musiqi Festivalında 11 ölkədən musiqiçilər çıxış edəcək
23.07.2019 15:16
Gədəbəydə metodiki tövsiyyələrin təqdimatı keçililib
23.07.2019 14:16
Mədəniyyət mərkəzləri filiallarının müdirlərinin peşə səriştələri artırılır
23.07.2019 14:15
Amerikada Firəngiz Əlizadənin yeni əsərinin dünya premyerası keçirilib
23.07.2019 12:20
Azərbaycan-Yaponiya ekspedisiyası tərəfindən Damcılı mağarasında tədqiqatlar davam etdirilir
23.07.2019 10:42
Sumqayıtın 70 illiyi münasibətilə Ağsaqqallar Şurasının üzvləri ilə görüş keçirilib
23.07.2019 10:36
Şəki Dövlət Dram Teatrı 139-cu mövsümə yekun vurub
22.07.2019 16:31
Musiqili Teatrda keçirilən müsabiqənin nəticələri açıqlanıb
22.07.2019 14:15
Azərbaycan Avropa Şurasının “Zeytun ağacları” beynəlxalq mədəni marşrutuna daxil edildi
22.07.2019 12:20
Nazir Əbülfəs Qarayev “Real” televiziyasına müsahibə verib
22.07.2019 11:30
Qəbələ Beynəlxalq Musiqi Festivalı yenidən sənətsevərlərin görüşünə gələcək
22.07.2019 11:02
Mədəniyyət naziri Milli Mətbuat Günü münasibətilə jurnalistləri təbrik edib
22.07.2019 10:32
Sumqayıt Dövlət Dram Teatrı 50-ci mövsümü başa vurdu
19.07.2019 16:10
Qubada keçiriləcək mətbəx festivalına azsaylı günlər qalıb
19.07.2019 16:10
“Grand Tourisme” qəzeti Şəki Xan Sarayından yazır
19.07.2019 15:11
“Sumqayıt Tələbələri” Ictimai Birliyi yeni layihəyə start verdi
19.07.2019 13:17
Əməkdar incəsənət xadimi Kəmalə Ağa qızı Ağayeva vəfat edib
18.07.2019 14:48
Bakı Uşaq Teatrı mövsümə yekun vurdu
18.07.2019 12:42
“Nəsimi poeziyasının nurunda” adlı dəyirmi masa təşkil olunub
18.07.2019 10:43
BMT təsisatlarına Azərbaycan haqqında kitablar hədiyyə olunub
18.07.2019 10:35
“Mortimer Reisemagazin” jurnalı Şəki Xan Sarayından yazır
17.07.2019 14:42
İrəvan Teatrı mövsümü “Ürəyində arzu tut” tamaşası ilə bağlayıb
17.07.2019 10:31
Ulu öndərin hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə Ağcəbədidə dəyirmi masa təşkil olunub
17.07.2019 08:34
Lənkəran teatrı 128-ci mövsümə yekun vurub