Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
260

“YARAT”da tanınmış gürcü rəssamın fərdi sərgisi üçün press-tur təşkil edilib

Dekabrın 13-də “YARAT” Müasir İncəsənət Mərkəzində Gürcüstanın tanınmış rəssamı Vaciko Çaçxianinin “Milçəklər dişləyir, yağış yağacaq” adlı fərdi sərgisinə press-tur təşkil edilib.

“YARAT” Müasir İncəsənət Məkanının bədii direktoru Suad Qarayeva sərgi haqqında məlumat verib. Bildirib ki, rəssamın müxtəlif təsviri texnikaların sintezini özündə birləşdirən tamamilə yeni əsərləri təqdim edir. Bu texnikalardan sənətkar əvvəllər də miflər, ənənələr və mənəvi irsin əsaslı şəkildə marağı üzərində qurulmuş öz immersiv dünyasını yaratmaq üçün istifadə edib.

Qurumuş ağaclardan quraşdırılmış monumental meşə instalyasiyası özündə antik dövrdən və digər tarixi keçmişdən olan heykəlləri cəmləşdirir. Taxta pyedestallarda yerləşdirilmiş köhnə, sınıq-salxaq heykəllər pazlarla bərkidilib və onlar heykəlləri birtəhər tutub saxlayır. Eyni zamanda, bu, onların paralanmasına, bir-birindən aralanmasına təhlükə yaradır. Bu heykəllər rəvayət şəklində təqdim edilən tarixin dağılıb-itən mahiyyətinə istinad edir. Burada Gürcüstan sanki öz qədim mifologiyası (Prometeyin Qafqaz dağlarında qayalara zəncirlə bənd edilməsi haqqında əfsanə) və nisbətən yaxın, daha çox ağrılı-acılı keçmişi arasında ilişib qalıb.

Bu “keçilməz” meşədən azca aralıda taxtadan hazırlanmış üç anbar var və onlar Gürcüstanın kənd tikililəri kimi təqdim edilir. Onlardan ikisi, daha iriləri, öz donuq və tutqun şüşəli pəncərələri ilə Gürcüstanın verandalarını xatırladır. Forma baxımından onlar V.Çaçxianinin 2017-ci ildə Venesiya Biennalesinin pavilyonunda istifadə etdiyi tikili ilə eynidir. Bu tikililər də insanı nostalji hisslərə qapadan istirahət məkanları, ailə ilə keçirilən gözəl vaxtlar, insanın öz fərdi səviyyəsində yaşatdığı xatirələri, onun mədəni irsi ilə çətin və mürəkkəb əlaqəsinə istinad edir.

Ölçüsü nisbətən kiçik anbarda isə "Milçəklər dişləyir, yağış yağacaq” adlı yenicə işıq üzü görən film nümayiş etdirilir. Sərginin adı da məhz bu filmdən götürülüb. Məşhur gürcü nağılında oğul öz anasının ürəyini gerçək olmayan sevgisinə qurban verir. Bu nağılı tutqun və cəsarətli müasir interpretasiyada təqdim edən film əsrlərboyu mifologiya və folklorun köməyi ilə arzu, həyat və ölüm arasındakı incə əlaqəni, məşhur Jak Lakanın psixoanalitik nəzəriyyəsini vurğulayır. Rəssam özünün hər şeyi bilmək istəyi və cəsarətli üslubu ilə, bir qayda olaraq, “identiklik”, yəni, ailə, milli mənsubiyyət və “kimlik” anlayışımıza yoxlanılmadan daxil olan nağılları dərindən araşdırır. Rəssama görə, sərgi tarix və mifologiya, habelə onların müasir psixologiyanı necə formalaşdırması haqqındadır.

2019-cu il aprelin 14-dək ziyarətçilər üçün açıq qalacaq sərginin kuratoru Suad Qarayeva-Malekidir.

Qeyd edək ki, sərgi dekabrın 14-dən etibarən ictimaiyyət üçün açıq elan olunacaq.

 

XƏBƏRLƏR

22.01.2019 11:10
Bakıda ilk dəfə İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı keçiriləcək
22.01.2019 09:55
Azərbaycan Respublikasının mədəniyyət naziri Xızı şəhərində vətəndaşları qəbul edəcək
21.01.2019 16:44
Ofeliya Aslan Musiqili Teatrda yad ediləcək
21.01.2019 12:31
Şərqdə ilk opera yazan qadın bəstəkar
21.01.2019 11:43
Avey qoruğundakı Damcılı mağara düşərgəsinə yeni yol çəkilir
20.01.2019 17:36
20 yanvar faciəsinə həsr olunmuş “Əsir qadın” tamaşası nümayiş olundu
20.01.2019 17:34
Xalq artisti Firəngiz Əlizadənin “İntizar” operası nümayiş olunub
20.01.2019 13:51
Mədəniyyət Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
20.01.2019 12:20
Sumqayıt Regional Mədəniyyət İdarəsinin tabe müəssisələrində 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibətilə tədbirlər keçirilib
19.01.2019 19:49
Filarmoniyada hüzn və qürur gününə həsr olunmuş anım tədbiri keçirildi
19.01.2019 16:57
Milli Dram Teatrında “Açıq qapı” günü keçiriləcək
19.01.2019 16:33
Sumqayıtda “20 Yanvar” faciəsinin 29-cu ildönümü münasibətilə tədbirlər keçirildi
19.01.2019 15:26
Azərbaycan xalqının qəhrəmanlıq və vətənpərvərlik günü - 20 yanvar hadisələri Özbəkistanda anıldı
18.01.2019 17:30
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib
18.01.2019 17:04
Sabirabaddda vətənpərvərlik mövzusunda tədbirlər keçirildi
18.01.2019 16:32
20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr edilmiş “Tarixiləşən Yaddaşımız” adlı tədbir keçirilmişdir.
18.01.2019 11:01
Daşkənddəki “Məhəllə” televiziya kanalında Azərbaycan mədəniyyətinə dair proqram yayımlanıb
18.01.2019 10:51
“Azadlıq aşiqləri günü-20 Yanvar” rəsm müsabiqənin yekun sərgisi açılıb
17.01.2019 18:13
Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.01.2019 16:42
Respublika Gənclər Kitabxanası tərəfindən “20 yanvar” faciəsinə həsr edilmiş tədbirlər keçirildi
17.01.2019 15:18
Milli Kitabxanada “20 yanvar – Ümumxalq hüzn və qürur günüdür” mövzusunda kitab sərgisi və filmin nümayişi keçirildi
17.01.2019 14:56
"Boqema" operasının tamaşasında opera ulduzları iştirak edəcəklər
17.01.2019 14:49
Milli Qəhrəman Alı Mustafayevin xatirəsinə həsr olunmuş filmin təqdimatı olub