Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
329

YUĞ Teatrında İbsenin “Vahimə” əsəri tamaşaya qoyulub

22 iyun 2019-cu il tarixində saat 19.00-da YUĞ Dövlət Teatrında məşhur Norveç yazarı Henrik İbsenin “Vahimə” əsəri əsasında hazırlanmış “Vəsvəsə” tamaşasının premyarası olacaq.

Tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, geyim üzrə rəssamı Elnarə Bəkirova, musiqi tərtibatçısı Səbinə Süleymanova, rejissor assistenti Səidə Süleymanovadır. Tamaşada Əməkdar artist Elxan Abbasov (Keşiş Manders), aktyorlar Mətanət Abbaslı, Zümrüd Qasımova (Frü Alvinq), Amid Qasımov (Keşiş Manders), Vüqar Hacıyev, Oqtay Mehtiyev (Enqstrand), Elgün Həmidov (Osvald), Ləman Mərrih və Günel Səfərova (Regina) çıxış edirlər.

Skandinaviyalı dramaturqunun əsəri əsasında hazırlanan tamaşanın süjet xətti belədir. Ərinin xatirəsini əbədiləşdirmək üçün tikilən yetimlər evinin açılış mərasiminə, bu işdə ona yardımçı olan keşiş şəhərdən dəvət olunur. Açılış mərasiminin müzakirəsi zamanı qadın keşişə etiraf edir ki, onun əri ömrünü əyyaşlıq və pozğunluqla yaşayıb. Evlərindəki qulluqçu ilə münasibətdən bir qız dünyaya gətirib. Xanımın uşaqlıqdan uzaqda yaşayan oğlu isə bilmədən bacısı ilə evlənmək niyyətindədir. Mərhumə qulluqçu ilə pul müqabilində nigahda olan dülgər isə, qızı buradan uzaqlaşdırıb, açmaq istədiyi əxlaqsızlıq yuvasında işlətmək niyyətindədir. Sığortalanmamış yetimlər evinin gözlənilmədən yanmasının səbəbkarının keşiş olduğunu iddia edən dülgər, sirrin açılmaması müqabilində keşişi gələcək planlarının həyata keçirilməsinə dəsək olmağa məcbur edir. Qadının xəstə oğluna baxmaqdan imtina edən qız, xoş güzaran arzusu ilə dülgərin təklifinə razı olub, keşiş və dülgərə qoşularaq şəhərə yollanır. Hamı öz gələcək planlarının dalınca gedir. Hər şeyini itirmiş xanım vahimə, qorxu və ümidsizlik içində qalsa da, çirkaba bulaşmış saxta dəyərlərdən imtina edərək mənəvi azadlığına qovuşur.

“Mənəviyyatını itirən hər şeyini itirir!” – ideyasından çıxış edən rejissorun fikrincə, “Azadlığını itirən mənəvi əzabdan başqa heç nə qazanmır”. Tamaşanın növbəti nümayişi iyun ayının 26-da baş tutacaq.

XƏBƏRLƏR

19.09.2019 16:07
Qobustan qoruğunda "Avropa İrs Günləri" qeyd olunub
19.09.2019 15:10
Nizami Kino Mərkəzində “Azərbaycanda Rusiya filmləri həftəsi”nin açılış mərasimi keçiriləcək
19.09.2019 12:53
Ölkəmiz MDB ölkələri Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olunur
19.09.2019 10:18
Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi
19.09.2019 10:03
Qarabağ Muğam Mərkəzində Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub
19.09.2019 09:02
Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
18.09.2019 19:29
Üzeyir Hacıbəyli dühası: "Xəlqilik, millilik, beynəlmiləllik”
18.09.2019 16:36
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019 15:50
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18.09.2019 15:45
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18.09.2019 14:31
Bakı Musiqi Akademiyasında Milli musiqi günü ilə bağlı mərasim keçirilib
18.09.2019 13:33
Ölkəmizdə Milli musiqi günü qeyd olunur
18.09.2019 10:12
Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb
18.09.2019 09:56
“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib
17.09.2019 18:21
Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü başlandı
17.09.2019 15:30
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda ali mükafata layiq görülüb
16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi
16.09.2019 17:50
Yeni tədris ilinə böyük inamla