Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
20.06.2017 17:20
Turizm yeniyetmələr arasında təbliğ ediləcəkAzərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Yeniyetmələr arasında bölgə turizminin inkişafının təbliği və onlarda turizm yönümlü peşələrə həvəsin stimallaşdırılması” layihəsinə iyunun 1-dən start verilib. Layihəyə ilkin mərhələdə Sumqayıt şəhəri İH və təhsil şöbəsinin dəstəyi ilə əlaçı və fərqlənən şagirdlərdən ibarət 30 nəfərlik heyət cəlb olunub. Qeyd edək ki, layihənin əsas məqsədi qeyri-neft sektorunun ən prioritet sahəsi olan turizmin inkişafına, o cümlədən Azərbaycan üçün vacib sayılan alternativ turizm növlərinin (ekoturizm, kənd turizmi, sağlamlıq) inkişafına dəstək vermək, yeniyetmələrə turizm peşəsini sevdirmək, Azərbaycanın bölgələrini, tarixini, mədəniyyətini, qonaqpərvərliyini, milli mətbəxini, qan yaddaşını daha da dərindən öyrənməyi aşılamaq, xarici və yerli turistlərə bunların təqdimatı texnologiyalarını öyrətmək və seçilmiş bölgələr üzrə turizm marşrutlarının təbliği və öyrənilməsidir. Layihənin sonrakı mərhələsinə Lerik rayonundakı orta məktəblərdən birində təhsil alan 9-11-ci sinif şagirdlərindən ibarət 50 nəfərlik qrup cəlb olunacaq. Bu məqsədlə iyulun 6-7-də Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin nümayəndələri adıçəkilən bölgəyə səfər edəcək. ..
20.06.2017 16:52
Liberal hava nəqliyyatının əldə edilməsi üzrə İşçi Qrupunun ilk iclası keçirilmişdirAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli, 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq Azərbaycan Respublikasının Turizm Şurası yanında Liberal hava nəqliyyatının əldə edilməsi üzrə İşçi Qrupu yaradılmışdır. İşçi qrupunun yaradılmasında əsas məqsəd hədəf ölkələrlə gediş-dönüş hava nəqliyyatı xidmətləri üzrə müxtəlif liberallaşdırma mexanizmlərinin təhlil olunması, ölkənin aviasiya qanunvericiliyinin zəruri hallarda Avropanın aviasiya qanunvericiliyinə uyğunlaşdırılması, Bakı şəhərinin marketinq və kommunikasiya planı əsasında hədəf ölkələrdən turistlərin həftəsonu Bakıya daha rahat səfərinin təşkili və gözləntilərinin daha yaxşı qarşılanması üçün mövcud uçuş cədvəllərinin optimallaşdırılması, ölkə və regionların liberallaşdırılmış hava xidməti sazişinə daxil edilməsi məsələsinə dair təkliflərin hazırlanması və bu sahə üzrə digər mühüm məsələlərin həllidir. Bununla əlaqədar olaraq, 19 iyun 2017-ci il tarixində İşçi Qrupunun ilk toplantısı keçirilmiş, baş tutmuş tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Mülki Aviasiya Administrasiyasının, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, “Azərbaycan Hava Yolları” QSC-nin və Azərbaycan Konqreslər Bürosunun Şuraya üzv nümayəndələri iştirak etmişlər. İclası giriş sözü ilə açan Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirlinin müavini Nazim Səmədov hava nəqliyyatı sahəsində inkişafın ölkəmizə turist axının davamlılığının təmin edilməsindəki vacib rolunu qeyd edərək, bu sahənin inkişafı ilə əlaqədar təşkilatların birgə fəaliyyəti və məlumat mübadiləsinin əhəmiyyətindən söz açmışdır. Görüşdə ölkəmizdə mövcud hava limanlarına yerli və xarici aviadaşıyıcılar tərəfindən edilən uçuşlar, yaxın gələcəkdə fəaliyyətə başlayacaq yeni hava əlaqələri, Avropa İttifaqı  ilə Azərbaycan arasında ortaq hava məkanı sazişinin layihəsinin mövcud vəziyyəti və digər məsələlər müzakirə edilmişdir. ..
20.06.2017 16:16
Qalaaltı suyunun müalicəvi əhəmiyyəti ilə bağlı seminar keçirilibİyunun 18-də “Qalaaltı“ müalicəvi istirahət kompleksində Qalaaltı suyunun müalicəvi əhəmiyyəti ilə bağlı seminar keçirilib. Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasından (AHİSTA) verilən xəbərə görə, kompleksin rəhbərliyinin dəvəti ilə baş tutan seminarda Milli Məclisin Sosial siyasət və tibb komitəsinin üzvü İlham Məmmədov, AHİSTA-nın rəhbəri Ruslan Quliyev, Azərbaycan Tibb Universitetinin tələbələri iştirak edib. Seminarda Qalaaltı suyunun müalicəvi xüsusiyyətləri barədə məlumat verilib, eyni zamanda xarici ölkələrdə bu termal mənbənin Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası çərçivəsində təbliği məsələsi müzakirə edilib. Seminarın gedişində Azərbaycanın təbii sərvəti olan bu suyun dövlət və özəl sektorun nümayəndələrinin birgə fəaliyyəti ilə tanıdılması, buraya çoxsaylı turistlərin cəlb edilməsi üçün müvafiq işlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. ..
19.06.2017 17:42
“Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq elmi jurnalının 2017-ci ilin I sayı işıq üzü gördüAzərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əsas nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq elmi jurnalının 2017-ci ilin I sayı çapdan çıxmışdır. Bu nömrədə Azərbaycan Turizm və Menecment Universitetində kadr hazırlığı aparılan ixtisasların rəqabət mühiti, Azərbaycan turizminin iqtisadi inkişaf perspektivləri, yeni turların yaradılma texnologiyaları, turizm sahəsinin inkişafında təhsilin əhəmiyyəti, sosial sahibkarlıq və sosial maliyyə bazarlarının qiymətləndirilməsi və mədəniyyətlərarası əlaqələrin formalaşmasınının tədqiqi kimi araşdırma nəticələri yer almışdır. Jurnalın elektron versiyası ilə universitetin veb saytında(www.atmu.edu.az), həmçinin Kitabxana İnformasiya Mərkəzində (KİM) tanış olmaq olar. ..
14.06.2017 17:46
“Şahdağ” Turizm Mərkəzi iyun ayının 15-dən etibarən 2017-ci il yay mövsümünü açıq elan edir“Şahdağ” Turizm Mərkəzi iyun ayının 15-dən etibarən 2017-ci il yay mövsümünü açıq elan edir. Hər il olduğu kimi, bu il də yerli və xarici turistlərin istirahətini daha mükəmməl etmək məqsədilə mərkəz tərəfindən çoxsaylı yay əyləncələri, müxtəlif əyləncə və maraq dolu tədbirlər təqdim olunacaqdır. Bu ildən etibarən kanat yolları və yay əyləncələri 10:30-dan 19:00-dək fəaliyyətdə olacaq. Daha bir yenilik isə bütün əyləncələrdən istifadə edən hər bir qonağın sığortalanması olacaqdır. İstənilən halda, turistlər daim bələdçilərin nəzarəti altında olaraq, hər cür təhlükəsizlik ləvazimatları ilə təmin ediləcəklər. Məlumat üçün bildirək ki, kanat yolları 6 yaşdan kiçik uşaqlar, 70 yaşdan böyük vətəndaşlar, veteranlar və fiziki məhdudiyyətli insanlar üçün pulsuz olaraq fəaliyyət göstərəcək. Azərbaycanın ən gözəl regionlarından birində, Şahdağ Milli parkının yaxınlığında yerləşən mərkəzin füsunkar təbiəti yay aylarında xüsusilə göz oxşayır. Yamyaşıl dağ yamacları həm aktiv istirahəti sevən, həm də sadəcə təmiz dağ havası və ruhu dinləndirən sakitlikdən zövq almaq istəyən hər kəsin ixtiyarındadır. İyun ayının 18-dən etibarən isə Azərbaycanda ilk dəfə fəaliyyətə düşəcək beynəlxalq “Şahdağ” Yay Düşərgəsi layihəsi isə uşaqların yay tətilinin unudulmaz xatirələrə çevrilməsinə vəsilə olacaqdır. Bundan əlavə, “Şahdağ Hotel və Spa” hoteli və Detoks müalicəvi – bərpaedici proqramı alternativ istirahət sevənlər üçün uğurlu seçimlərdən olacaqdır. Məlumat üçün bildirək ki, Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzinə sayca beşinci olacaq yay mövsümündə də ərəb ölkələrindən, Rusiya, İran və digər xarici dövlətlərdən çoxsaylı qonaqların gəlməsi proqnozlaşdırılır.   ..
13.06.2017 16:18
Bakı sakinləri və şəhərimizin qonaqlarının nəzərinə!Bakı Turizm İnformasiya Mərkəzi 12 iyun-05 iyul tarixlərində Formula 1 yarışlarının keçirilməsi dövründə əsas şəhər istiqaməti olan magistral yolların baglanmasını nəzərə alaraq “Baku City Tour” turistik avtobuslarının müvəqqəti fəaliyyəti dayandırılır.Eynı zamanda Sprinter turistik mikroavtobuslarla Bakı şəhər sakinləri, turist və qonaqları üçün “Qobustan Dövlət Tarixi-Bədii Qoruğu”, “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu, “Yanardağ”, “Qala Tarix Etnoqrafiya Qoruğu”-na ekskursiyalar təşkil ediləcək. Fərdi və qrup şəklində tur sifarişləri üçün (+994 12)498 12 44  və yaxud (+99455) 746 99 46 nömrəli telefonlarla əlaqə saxlaya bilərsiniz. ..
12.06.2017 11:05
Mingəçevir Turizm Kollecində “Regional Turizm: mövcud vəziyyət və inkişaf tendensiyaları” mövzusunda elmi-nəzəri konfrans keçirilibMingəçevir Turizm Kollecində “Regional Turizm: mövcud vəziyyət və inkişaf   tendensiyaları” mövzusunda elmi-nəzəri konfrans keçirilib. Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin, Mingəçevir, Qəbələ və Bərdə Turizm İnformasiya mərkəzlərinin, Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin məsul işçiləri, bölgədə fəaliyyət göstərən otellərin rəhbəri iştirak edib. Mingəçevir Turizm Kollecinin direktoru, professor Əyyub Əyyubov çıxış edərək Azərbaycanın turizm potensialı, turizm bazarı, perspektivlər və turizm sahəsi üçün peşəkar kadr hazırlığı barədə ətraflı məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən turizm sahəsinin prioritet elan edilməsi yeni perspektivlərə yol açıb. Hazırda ixtisaslaşmış turizm sənayesinin inkişafına dair strateji yol xəritəsi icra edilməkdədir. Bu gün keçirilən konfrans da onun icra prosesinə kömək məqsədi daşıyır. Ə.Əyyubov qeyd edib ki, turizm dünya iqtisadiyyatında ən gəlirli sahələrdən biridir. Ona görə də Azərbaycanda bu sahənin inkişaf etdirilməsi qarşıya məqsəd qoyulub. Azərbaycanın dünyada turizm ölkəsi kimi tanınması üçün geniş imkanlar mövcuddur. Qeyd olunub ki, hazırda ölkəmizdə 530 otel fəaliyyət göstərir. Ötən il Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayı 2 milyon 242 min nəfər olub ki, bu da 2015-ci illə müqayisədə 11,7 faiz çoxdur. Mingəçevir Şəhər İcra Hakimiyyətinin məsul işçisi Sahib Əliyev Mingəçevirin turizm şəhərinə çevrildiyini, hər il minlərlə yerli və xarici qonağın bura səfər etdiyini bildirib. Sonra turizm sahəsi üzrə mütəxəssislər məruzələrlə çıxış ediblər. Tədbirdə turizmin daha da inkişaf etdirilməsi üçün müzakirələr aparılıb, maraqlı təkliflər səsləndirilib. Konfrans kollecin tələbələri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatıb. ..
12.06.2017 11:03
“Şahdağ” Yay Düşərgəsinin açılış mərasimi baş tutmuşdur10 iyun 2017-ci il tarixində Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan “Şahdağ” Turizm Mərkəzinin  təqdim etdiyi “Şahdağ” Yay Düşərgəsinin qeyri-rəsmi açılış mərasimi baş tutmuşdur. “ASAN könüllüləri”, “ASAN Məktub” və “Paşa Sığorta” şirkətinin təşkilati dəstəyi ilə hazırlanmış yay düşərgəsinin açılış mərasimində – “Açıq qapılar” günündə xeyli sayda valideyn, uşaq və qonaq iştirak etmişdir. Tədbir “Şahdağ” Turizm Mərkəzi QSC-nin sədri Rüstəm Nəcəfovun salamlama nitqi ilə başlamış, daha sonra uşaqlar arasında şahmat və rəsm yarışması təşkil olunmuş, qaliblərə xüsusi hədiyyələr təqdim edilmişdir. Müvafiq olaraq birinci yerin sahibinə yay düşərgəsinin ilk həftəsi üçün 50%, ikinci yerin sahibinə 30%, üçüncü yerin sahibinə isə 20% endirim kuponu təqdim olunmuşdur. Qeyd edək ki, uşaqlararası şahmat turnirində şahmat üzrə 20 yaşadək şahmatçılar arasında ikiqat dünya çempionu tituluna sahib olmuş yeganə şahmatçı və dünyanın ən güclü 20 şahmatçısı sırasında yer alan Şəhriyar Məmmədyarov şəxsən iştirak etmişdir. “Açıq qapılar” günündə iştirak edən valideynlər düşərgə boyunca uşaqlarla ünsiyyətdə olacaq xaricdən dəvət olunmuş beynəlxalq dərəcəli yüksək ixtisaslı təlimçilərlə, eyni zamanda düşərgədə təşkil ediləcək şərait və xidmətlərlə əyani surətdə tanış olmuş, müxtəlif oyun və əyləncələr üzərində qurulacaq dərs otağından kənarda ingilis dili mühitinə tam daxil olmağa imkan verən dərs proqramları haqqında ətraflı məlumat almışdırlar. Tədbir simvolik olaraq Rüstəm Nəcəfovun iştirakı ilə uşaqlar tərəfindən ağac əkilmə mərasimi ilə sonlandırılmışdır. Qeyd edək ki,  9-14 yaşlı uşaqlar üçün 18 iyun – 10 sentyabr tarixləri arasında keçiriləcək beynəlxalq eko “Şahdağ” Yay Düşərgəsi uşaqlara öyrətmə, inkişaf və istirahətin mükəmməl balansını təklif etməklə Azərbaycanda ilk dəfə olaraq təşkil olunur. ..
08.06.2017 15:59
Azərbaycan turizm sektorunun inkişafında sağlamlıq-müalicə turizminin rolu mövzusunda konfrans keçiriləcəkAzərbaycan Turizm Assosiasiyası və Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının birgə təşkilatçılığı ilə “Azərbaycan turizm sektorunun inkişafında sağlamlıq-müalicə turizminin rolu və turizm məhsulu kimi turizm şirkətləri şəbəkəsində satış təcrübələri“ mövzusunda konfrans keçiriləcək. Tədbir iyunun 9-da saat 15:00-da Azərbaycan Turizm Assosiasiyasının mənzil qərargahında reallaşdırılacaq. KİV nümayəndələri dəvətlidir. ..