Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
780

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Ümumdünya Turizm Günü və “Turizm işçiləri günü” peşə bayramı münasibətilə seminar keçirilib

ATMU-da “Turizm işçiləri gününün qeyd olunması və turizm təhsilinə başlayan tələbələrə tövsiyyələr” mövzusuna həsr olunan seminarda ali təhsil müəssisəsinin professor -müəllim heyəti, 2017/2018-ci tədris ilində Turizm və qonaqpərvərlik fakültəsinə qəbul olan tələbələr, Bakı Turizm Peşə Məktəbinin rəhbərliyi və müvafiq ixtisas üzrə oxuyan şagirdlər  iştirak ediblər.

ATMU-nun rektoru İlham Mədətov açılış nitqində 1979-cu ildən etibarən 27 sentyabr  bütün dünyada “Ümumdünya Turizm günü” kimi, 2016-cı ildən başlayaraq ölkə prezidenti cənab İlham Əliyevin müvafiq  sərancamı ilə Azərbaycanda bu gün həm də turizm işçilərinin peşə bayramı kimi qeyd olunduğunu diqqətə çatdırıb. Son dövrlərdə ölkəmizdə turizm sahəsində aparılan islahatlar, beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi, dünyanın müxtəlif yerlərində təşkil olunan sərgi və tanıtım mərasimləri Azərbaycanın yüksək səviyyədə təbliğinə və turizmin inkişafına səbəb olduğunu deyib.

Rektor daha sonra qeyd edib ki, ölkənin sürətli iqtisadi inkişafının davamlılığının təmin olunması strategiyası çərçivəsində "Qara qızılı insan qızılına çevirmək" ideyası ölkədə təhsilin bütün pillələrində ciddi və köklü dəyişikliklərin həyata keçirilməsini zərurətə çevirib. Deməli, qeyri neft sektorunda xüsusi çəkiyə malik turizmin dinamik inkişafına təkan verə bilən yüksək ixtisaslı, peşəkar kadrlar ordusu hazırlamaq tələbi ATMU ailəsinin ümdə vəzifəsi olaraq qalır. Təhsil, təlim, təcrübə, tədqiqat modelinə əsaslanmaqla bu günün tələbəsi olan siz gənclərdən yaxşı oxumaq, nüfuzlu otel və turizm sənayesi müəssisələrində peşəkarların təcrübəsindən səmərəli faydalanmaq tələb olunur. İnanırıq ki, tələbələrimiz həm valideynlərinin, həm də professor-müəllim heyətinin sizlərə olan inamını layiqincə doğruldacaq.

Tədbirdə ATMU-nun müvafiq struktur rəhbərləri və BTPM-nin direktoru Neylüfər Kərimova tələbə və şagirdlərə öz tövsiyyələrini bildiriblər.

XƏBƏRLƏR

22.02.2018 17:03
Gənc Tamaşaçılar Teatrı həftəsonu 9 tamaşa təqdim edəcək
22.02.2018 16:59
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında detektiv yazıçı Elxan Elatlı ilə görüş keçirildi
22.02.2018 16:56
Musiqili Teatr 8 Martda “Açıq qapı” günü keçirəcək
22.02.2018 15:17
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası "Global Healthcare Travel Forum"-unda təmsil olunub
22.02.2018 14:55
İran nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib
22.02.2018 12:43
Zaqatala rayon Heydər Əliyev Mərkəzində “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsi keçirilmişdir
21.02.2018 16:06
Musiqili Teatrda həftəsonu tamaşaları
21.02.2018 16:04
Turizm və Menecment Universitetində “Ana dilimiz-mənəvi sərvətimiz” mövzusunda tədbir keçirilib
21.02.2018 16:01
İstiqlal Muzeyinin ekspozisiyasında “Sönmüş ocaqlar” adlı tədbir-sərgi keçiriləcək
21.02.2018 12:54
Bakı prosesinin 10 illiyinin qeyd olunması ilə bağlı Koventridə təqdimatlar keçirildi
21.02.2018 12:45
F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “Hər millətin ən qiymətli, sərvətidir ana dili!” adlı tədbir keçirildi
21.02.2018 12:26
Sumqayıt şəhər Poeziya evində millət vəkili Flora Qasımova ilə görüş keçirilib
20.02.2018 12:46
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Böyük Britaniyanın Koventri şəhərində səfərdədir
19.02.2018 17:51
Rusiyanın Nijni Novqorod şəhərində Qara Qarayevin 100 illiyi münasibətilə konsert keçirilib
19.02.2018 16:10
Şəkidə Bəxtiyar Vahabzadənin vəfatının 9-cu ildönümü ilə əlaqədar “Hara gedir sabahımız” adlı dəyirmi masa keçirildi
19.02.2018 16:06
"Misir dunya uşaqların gözü ilə" adlı beynəlxalq rəsm müsabiqəsində ölkəmizi təmsil edən şagirdlər mükafata layiq görüldü
19.02.2018 16:01
Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş “Əzəli dostluq riştələri” adlı sənədli film hazırlanıb
19.02.2018 15:59
Elza İbrahimovanın anadan olmasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
19.02.2018 15:15
“Yurdumuza Bahar Gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi
19.02.2018 15:13
“Şəhid Şəhər” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilmişdir
19.02.2018 12:36
“Testene Art Baku” II Beynəlxalq İncəsənət festival-müsabiqəsi keçiriləcək