Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
329

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Bakıxanovlar şöhrət zirvəsində” kitabının təqdimatı keçirilib

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında  17 mart  2018-ci il  tarixində  “Şöhrət” ordenlı, Azərbaycan Respublikasının xalq artisti Tofiq Bakıxanov və aktyor Həsən Cəbrayılovun birgə tərtib etdikləri Abbasqulu ağa Bakıxanovun vəfatının 170, Əhməd Bakıxanovun anadan olmasının 125, Tofiq Bakıxanovun yaradıcılıq fəaliyyətinin 70 illiyinə həsr olunmuş “Bakıxanovlar şöhrət  zirvəsində” kitabının  təqdimatı keçirildi.

       Tədbiri giriş sözü ilə kitabxananın direktoru Tahir Sadıqov açıb şair, yazıçı, alim, mütəfəkkir,  tərcüməçi Abbasqulu ağa Bakıxanovun həyatı və fəaliyyəti haqqında geniş məlumat verərək bildirdi  ki, "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını qoyan bu görkəmli alim  1835-ci ildə Qubada "Gülüstan" adlı elmi-ədəbi məclisin təşkilatçılarından biri olmuşdur. Çoxcəhətli bədii və elmi yaradıcılığa malik Abbasqulu ağa Bakıxanovun əsərləri arasında "Riyazül-Qüds", "Mişkatül-ənvar"adlı poeması, "Qüdsi" təxəllüsü ilə yazdığı qəsidə, qitə, qəzəl, rübai, məsnəviləri, avtobiorafik şerləri, mənzum hekayələri, təmsilləri geniş şəkildə öz əksini tapmışdır.

“Şöhrət” ordenli, Azərbaycan Respublikasının xalq artisti Tofiq Bakıxanov redaktoru və ön sözü millət vəkili, akademik Rafael Hüseynovun olan “Bakıxanovlar şöhrət zirvəsində” kitabının yazılıb oxuculara təqdim olunanadək müəllif kimi axtarışlarından danışdı.

Azərbaycan Respublikasının xalq artisti, Bakı Musiqi Akademiyasının professoru Telman Hacıyev Bakıxanovlar nəslinin həqiqətən də Azərbaycan ədəbiyyatına, mədəniyyətinə,  incəsənətinə böyük töhfələr bəxş etdiyini xüsusi vurğuladı.

Azərbaycan Milli Konservatoriyasının professoru Abbasqulu Nəcəfzadə bildirdi ki, Abbasqulu ağa Bakıxanov yurdunu, xalqını, dilini sevən vətənpərvər insan olmuşdur. Cəmi əlli iki il ömür yaşamasına baxmayaraq Abbasqulu ağa Bakıxanov tariximizdə təkcə hərbi xadim, diplomat kimi deyil, elm və mədəniyyət elçisi kimi də əbədiləşmişdir.

Aktyor Həsən Cəbrayılov kitabın yazılmasında xalq artisti Tofiq Bakıxanov ilə birgə axtarışlarından, Bakıxanovlar nəslinin tariximizə qoyduğu böyük irsdən danışdı.

Tədbirdə həmçinin, Respublika Qadınlar Cəmiyyəti Yasamal rayon şöbəsinin sədri Gülnarə Əmirquliyeva, İbrahim Əbilov adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri Məhərrəm Nəcəfzadə, Respublika Ağsaqqallar Şurasının ictimai və mədəni tədbirlər təşkilatçısı Vəfa Həbibzadə, Respublika Qadınlar Cəmiyyətinin dini şöbə üzrə rəhbəri Qönçə Zeynalova, Bakı Musiqi Akademiyasının professoru Tofiq Əhmədoğlu, “İrfan” şirkətinin direktoru İlqar Kərimov, “Dünya  Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyinə  Dəstək”  ictimai  birliyinin  sədri  Tofiq  Əlizadə, “Say” qəzetinin baş redaktoru, “Vahid” ədəbi məclisinin sədri Rafiq Əliyev də iştirak edirdilər.

      Tədbirin sonunda iştirakçılara “Bakıxanovlar şöhrət  zirvəsində” kitabından hədiyyə verildi.

XƏBƏRLƏR

19.04.2018 16:31
“Beynəlxalq abidələr və tarixi yerlər” günü münasibətilə silsilə tədbirlər təşkil olunub
19.04.2018 16:27
Çinlilər Azərbaycana daha çox gələcək – Yeni saziş
19.04.2018 15:21
“EuropeSPA” Naftalan otellərindəki müalicənin Avropa standartlarına uyğun olduğunu beynəlxalq sertifikatla təsdiqləyib
18.04.2018 18:53
Beynəlxalq abidələr və tarixi yerlər günü ilə bağlı tədbir keçirildi
18.04.2018 18:09
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti səfərə hazırlaşır
18.04.2018 17:40
Məstan Günərin “Seçilmiş əsərləri”nin təqdimatı olub
18.04.2018 17:38
Qəbələ rayonunda “Kitabsevərlər klubu” nun növbəti toplantısı keçirilmişdir
18.04.2018 17:37
Musiqili Teatr müsabiqə elan etdi
18.04.2018 17:34
Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi ilə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı arasında əməkdaşlıq barədə niyyət protokolu imzalanmışdır
18.04.2018 17:23
“Zəng” Məşhəd festivalında “çalınacaq”
18.04.2018 12:07
Sumqayıtda Bülbül adına uşaq incəsənət məktəbində mədəniyyət işçiləri ilə görüş keçirilib
18.04.2018 12:06
Özbəkistanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə möhtəşəm Dostluq konserti keçiriləcəkdir
17.04.2018 18:59
Xalq Artisti Lütfiyar İmanovun xatirəsi anılıb
17.04.2018 17:51
Dahi bəstəkar Qara Qarayevin yubileyi ABŞ-da müxtəlif tədbirlərlə qeyd olunur
17.04.2018 17:43
Azərbaycan nümayəndələri Qətər Milli Kitabxanasının yeni binasının təntənəli açılış mərasimində olmuşlar
17.04.2018 16:55
Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur
17.04.2018 15:11
18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
17.04.2018 15:08
Akademik Milli Dram Teatrı Azərbaycanı beynəlxalq festivalda təmsil edəcək
17.04.2018 14:50
Üçüncü Buktreyler Festivalının Münsiflər Heyətinin tərkibi açıqlandı
17.04.2018 10:16
Gənc mədəniyyət işçilərinin regional görüşü təşkil olunmuşdur
16.04.2018 18:19
“İslam Dünyası gənc Klassik musiqi ifaçılarının ənənəvi Beynəlxalq Müsabiqəsi” ni (20 yaşadək) keçiriləcək
16.04.2018 18:14
Alla Ariyetta Kordoves: “Biz Azərbaycanın turizm imicini yaratmağa nail olduq”
16.04.2018 16:24
Regionlarda aqroturizmin inkişafı ilə bağlı dəyirmi masa keçirildi
16.04.2018 16:17
Azərbaycan Musiqi Mədəniyəti Dövlət Muzeyində “GNAWA” (Mərakeş) qrupunun konserti olmuşdur
16.04.2018 09:42
UNESCO-nun Baş direktoru tərəfindən imzalanmış sertifikatlar Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub