Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1082

Mingəçevir Turizm Kollecinin kollektivi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə coşqulu bayram şənliyi keçirib

“Minqo-Park” İstirahət Mərkəzində təşkil olunan  bayram şənliyində  kollecin pedaqoji heyəti və istedadlı tələbələri iştirak edib. Bayram süfrəsi arxasında saatlarla sevinc  dolu anlar yaşayan  şənlik iştirakçıları  arxada qalan 2017-ci tədris ilinin yorğunluğundan qurtularaq yeni uğurlara köklənmək üçün əla fürsət  qazanıb. Əslində Mingəçevir Turizm Kollecinin kollektivi bu sayaq təntənəli şadyanalığı  yaradıcı əməyi və təhsildə qazandığı davamlı uğurları sayəsində haqq edib. Doğma kollektivinə bayram təbriki ilə üz tutan Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov da  qeyd olunan məqama xüsusi diqqət yetirib. O,  ölkədə  prezident cənab İlham Əliyevin  rəhbərliyi ilə həyata keçirilən  dinamik və uğurlu siyasi kursun davamlı sabitliyə və hərtərəfli inkişafa zəmin yaratdığını vurğulayıb:

“Çalışmaq, pedaqoji fəaliyyətə yaradıcı yanaşmaq, ixtisaslı kadr hazırlığı prosesində ən müasir  tədris metodları tətbiq etmək və  digər çalışmalar sayəsində uğurları sıralamaq üçün  üzərimizdə  hər zaman dövlətimizin və prezidentimizin dəstək və qayğısını hiss edirik. Cəmiyyətimizdə sabitlik və firəvanlıq hökm sürür, bundan böyük xoşbəxtlik ola bilərmi. Bu qayğı daima  məsuliyyətimizi artırır və hesab edirəm ki, 2017-ci tədris ili ərzində əldə etiyimiz  naliyyətlər  işgüzar fəaliyyətimizin və məsuliyyətimizin  təzahürüdür. Açığı sadalanası çox məqamlar olub. İstər təhsildə, istər ictimai fəallıqda, istər beynəlxalq əlaqələr coğrafiyamızın genişləndirilməsində, istərsə də  mədəni-kütləvi tədbirlərin təşkilində yetərincə qürurla ifadə edə biləcəyimiz  uğurlara imza atmışıq. İl ərzində növbəti 600-dən artıq məzunumuzu ixtisaslı kadrlar olaraq istehsalata yola salmışıq, 700-ə qədər  yeni  gənc Mingəçevir Turizm Kollecinin tələbəsi adını qazanaraq şərəflənib, 50 yüksək səviyyəli mədəni-kütləvi tədbirə, konfransa ev sahibliyi etmişik, istedadlı tələbələrimiz çoxsaylı müsabiqə, sərgi və idman yarışlarında kollecimizi uğurla təmsil edib. Bütün bunlar onu göstərir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il təqvimində  ürək dolusu sevinib, şadlanmağa haqqı olan  böyük kollektivlərdən biriyik. Əminəm ki, 2018-ci il kollektivimiz üçün yeni naliyyətlərlə tarixləşəcək.”

Daha sonra bayram iştirakçıları biri-birindən şux mahnı və rəqslərin müşayəti ilə unudulmaz anlar yaşayıb. Kollec tələbə özfəaliyyət qrupunun istedadlı üzvləri saatlar  ərzində maraqlı  və zəngin bədii proqramla çıxış edərək iştirakçıların qəlbində xoş təəssüratlara yol açıb. Tədbir boyu keçirilən əyləncəli musiqi və poeziya  viktorinaları  təəssüratları daha da zənginləşdirib. Yeni  ilin rəmzləri olan Şaxta baba və Qarqızın şənlikdə iştirakı, kollektivin onlarla bərabər  şux rəqsləri  hafizərdə unudulmaz izlər buraxıb.

Tədbirin təşkilində xüsusi təşəbbüskarlıq göstərmiş kollec Həmkarlar İttifaqı Komitəsinin sədri İbrahim Əyyubovun  bayram təbriki  kollektivi iki qat sevindirib. O  ənənəyə sadiq qalaraq bu dəfə də hər kəsi bayram hədiyyələri ilə sevindirəcəklərini vəd edib.

Bayram şənliyinin ən unudulmaz  anlarından biri də bayram tortunun kəsildiyi  məqamla əlamətdar olub. Çünki,  bu  unudulmaz xoş an kollektivin say-seçmə pedaqoqlarının birgə iştirakı ilə gerçəkləşib. Eyni zamanda onların hər biri  bayram təbriklərini  doğma həmkarları ilə paylaşmaq fürsəti qazanıb.

Növbəti dəfə düşüncələrini paylaşan professor Əyyub Əyyubov ulu öndər Heydər Əliyevin əziz xatirəsini anaraq dünya Azərbaycanlılarının  həmrəyliyinin yaranması üçün  göstərmiş olduğu  fədakarlıqdan danışıb:

“Belə bir təqvimin xalqımıza  ərmağan edilməsi  dahi şəxsiyyət Heydər Əliyevin adı və xidmətləri ilə bağlıdır. Bu gün  yaşadığımız sevinc dolu anlar o böyük şəxsiyyətin arzularının təcəssümdür. Kollektiv olaraq  biz Azərbaycanın əksər regionlarını  və fərqli mədəniyyətlərini təmsil edirik. Fəaliyyətdə  və bərabər olduğumuz ötən illər ərzində bu həmrəyliyin bizə və ümumən xalqımıza nə qədər gərəkli olduğunu hər birimiz çox gözəl anlaya bilmişik. Biz daim bizləri bir araya gətirən bu ideyanın arxasında dayanmağa  borcluyuq.”

Bayram tədbiri bundan sonra  da saatlar ərzində sevin dolu anlarla davam edib. Şənlik həmrəylik rəmzi olan möhtəşəm Yallı rəqsi ilə başa çatıb.

XƏBƏRLƏR

20.04.2018 18:02
Sənaye – Universitet əməkdaşlığı çərçivəsində “Virtual Azərbaycan Turizm və Menecment Universiteti-Onbranch” layihəsi
20.04.2018 17:40
Lüksemburqda keçirilən Avropa Şurası Mədəni Marşrutları üzrə Hissəvi Sazişin İdarə Heyətinin iclasında “Bakı Prosesi”nin təqdimatı keçirilib
20.04.2018 17:38
Sənaye-ATMU əməkdaşlığına həsr olunan seminar keçirilib
20.04.2018 17:27
Şəmkir hərbi birliyinin hərbi şəhərciyində “İsgəndərin sorağında” sənədli filminin nümayişi olub
20.04.2018 14:46
Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar nümayiş olunacaq
20.04.2018 14:44
"Turizm müəssisələrində nağdsız hesablaşmalar" mövzusunda təlim keçrilmişdir
19.04.2018 18:25
YUNESKO-nun “Mədəniyyətlərin Yaxınlaşması naminə Beynəlxalq Onillik layihə” nin həyata keçirilməsi ilə bağlı iclası keçirilmişdir
19.04.2018 17:52
Azərbaycan Xalça Muzeyində “İlmələnmiş zaman” sərgisi açıldı
19.04.2018 17:51
“Sərhədkeçmə prosedurlarının sadələşdirilməsi və turistlər üçün viza verilməsi prosedurlarının asanlaşdırılması üzrə” İşçi Qrupunun növbəti iclası keçirilmişdir
19.04.2018 16:31
“Beynəlxalq abidələr və tarixi yerlər” günü münasibətilə silsilə tədbirlər təşkil olunub
19.04.2018 16:27
Çinlilər Azərbaycana daha çox gələcək – Yeni saziş
19.04.2018 15:21
“EuropeSPA” Naftalan otellərindəki müalicənin Avropa standartlarına uyğun olduğunu beynəlxalq sertifikatla təsdiqləyib
18.04.2018 18:53
Beynəlxalq abidələr və tarixi yerlər günü ilə bağlı tədbir keçirildi
18.04.2018 18:09
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti səfərə hazırlaşır
18.04.2018 17:40
Məstan Günərin “Seçilmiş əsərləri”nin təqdimatı olub
18.04.2018 17:38
Qəbələ rayonunda “Kitabsevərlər klubu” nun növbəti toplantısı keçirilmişdir
18.04.2018 17:37
Musiqili Teatr müsabiqə elan etdi
18.04.2018 17:34
Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi ilə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı arasında əməkdaşlıq barədə niyyət protokolu imzalanmışdır
18.04.2018 17:23
“Zəng” Məşhəd festivalında “çalınacaq”
18.04.2018 12:07
Sumqayıtda Bülbül adına uşaq incəsənət məktəbində mədəniyyət işçiləri ilə görüş keçirilib
18.04.2018 12:06
Özbəkistanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə möhtəşəm Dostluq konserti keçiriləcəkdir
17.04.2018 18:59
Xalq Artisti Lütfiyar İmanovun xatirəsi anılıb
17.04.2018 17:51
Dahi bəstəkar Qara Qarayevin yubileyi ABŞ-da müxtəlif tədbirlərlə qeyd olunur
17.04.2018 17:43
Azərbaycan nümayəndələri Qətər Milli Kitabxanasının yeni binasının təntənəli açılış mərasimində olmuşlar