Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
841

Nazir Novruz bayramı münasibətilə mədəniyyət və turizm ictimaiyyətini təbrik edib

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Novruz bayramı münasibətilə ölkəmizin mədəniyyət və turizm sahələrində fəaliyyət göstərən insanları təbrik edib.

Təbrikdə bildirilir ki, Novruz bayramı Azərbaycan xalqının humanist, mütərəqqi dəyərlərinin, minillik adət-ənənələrinin məcmusudur. Novruz insan və təbiətin möhkəm bağlılığına əsaslanır. Fəsil dəyişikliyi insanların düşüncəsində böyük fəlsəfi mahiyyət kəsb edərək müxtəlif rituallarda özünü göstərmişdir. Dörd əsas təbiət ünsürü – su, od, hava və torpağın kainatın əsasını təşkil etməsi insanlar tərəfindən ta qədim zamanlardan dərk və qəbul olunmuşdur. Novruz öncəsi xalqımız bu dörd ünsürün mahiyyətini əks etdirən ilaxır çərşənbələri də qeyd edir. Bu il baharın müjdəçisi sayılan ilaxır çərşənbələrdən sonuncusunun –  Torpaq çərşənbəsinin Novruz bayramı ilə eyni günə təsadüf etməsi ənənəvi bayram əhvalına daha bir rəng qatır.

“Novruz bayramı xalqımız üçün ona görə əzizdir ki, o, insanları birliyə, bərabərliyə, paylaşmaya, saflığa və fəaliyyətə səsləyir. Novruzun aşıladığı humanist dəyərlər çağdaş insanlığın da ehtiyac duyduğu əhəmiyyətli çağırışlardır. Ölkəmizdə yaşayan azsaylı xalqlar, etnik qruplar da bu bayramın mütərəqqi ideyalarını qəbul edir, ildən-ilə onu daha mütəşəkkilliklə qarşılayırlar. Azərbaycanda Bahar bayramının xüsusi təmtəraqla qeyd olunması, onun gətirdiyi mənəvi zənginlik, həmçinin müxtəlif ölkələrdən minlərlə insanı ölkəmizə cəlb edir. Bayram günlərində paytaxtda və bölgələrdə fəaliyyət göstərən bütün teatr və konsert müəssisələri tərəfindən xüsusi proqram hazırlanır, Novruzun əsas atributlarının iştirakı ilə maraqlı şənliklər təşkil olunur. Turizm şirkətlərimiz yerli və xarici turistlər üçün müxtəlif turlar təşkil edirlər. Deməli, bu bayram minillik dəyərlərimizi yaşatmaqla yanaşı, mədəniyyət və turizm sahələrinin də inkişafına öz töhfələrini verir”, - deyə təbrikdə vurğulanır. 

Təbrikin sonunda nazir bir daha respublikamızın mədəniyyət və turizm ictimaiyyətinə Novruz bayramı münasibətilə xoş əhval, cansağlığı, ruzi-bərəkət və yeni uğurlar arzulayıb.

XƏBƏRLƏR

19.04.2018 16:31
“Beynəlxalq abidələr və tarixi yerlər” günü münasibətilə silsilə tədbirlər təşkil olunub
19.04.2018 16:27
Çinlilər Azərbaycana daha çox gələcək – Yeni saziş
19.04.2018 15:21
“EuropeSPA” Naftalan otellərindəki müalicənin Avropa standartlarına uyğun olduğunu beynəlxalq sertifikatla təsdiqləyib
18.04.2018 18:53
Beynəlxalq abidələr və tarixi yerlər günü ilə bağlı tədbir keçirildi
18.04.2018 18:09
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti səfərə hazırlaşır
18.04.2018 17:40
Məstan Günərin “Seçilmiş əsərləri”nin təqdimatı olub
18.04.2018 17:38
Qəbələ rayonunda “Kitabsevərlər klubu” nun növbəti toplantısı keçirilmişdir
18.04.2018 17:37
Musiqili Teatr müsabiqə elan etdi
18.04.2018 17:34
Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi ilə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı arasında əməkdaşlıq barədə niyyət protokolu imzalanmışdır
18.04.2018 17:23
“Zəng” Məşhəd festivalında “çalınacaq”
18.04.2018 12:07
Sumqayıtda Bülbül adına uşaq incəsənət məktəbində mədəniyyət işçiləri ilə görüş keçirilib
18.04.2018 12:06
Özbəkistanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə möhtəşəm Dostluq konserti keçiriləcəkdir
17.04.2018 18:59
Xalq Artisti Lütfiyar İmanovun xatirəsi anılıb
17.04.2018 17:51
Dahi bəstəkar Qara Qarayevin yubileyi ABŞ-da müxtəlif tədbirlərlə qeyd olunur
17.04.2018 17:43
Azərbaycan nümayəndələri Qətər Milli Kitabxanasının yeni binasının təntənəli açılış mərasimində olmuşlar
17.04.2018 16:55
Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur
17.04.2018 15:11
18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür
17.04.2018 15:08
Akademik Milli Dram Teatrı Azərbaycanı beynəlxalq festivalda təmsil edəcək
17.04.2018 14:50
Üçüncü Buktreyler Festivalının Münsiflər Heyətinin tərkibi açıqlandı
17.04.2018 10:16
Gənc mədəniyyət işçilərinin regional görüşü təşkil olunmuşdur
16.04.2018 18:19
“İslam Dünyası gənc Klassik musiqi ifaçılarının ənənəvi Beynəlxalq Müsabiqəsi” ni (20 yaşadək) keçiriləcək
16.04.2018 18:14
Alla Ariyetta Kordoves: “Biz Azərbaycanın turizm imicini yaratmağa nail olduq”
16.04.2018 16:24
Regionlarda aqroturizmin inkişafı ilə bağlı dəyirmi masa keçirildi
16.04.2018 16:17
Azərbaycan Musiqi Mədəniyəti Dövlət Muzeyində “GNAWA” (Mərakeş) qrupunun konserti olmuşdur
16.04.2018 09:42
UNESCO-nun Baş direktoru tərəfindən imzalanmış sertifikatlar Mədəniyyət və Turizm Nazirliyinə təqdim olunub