Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
292

Turizm biznesi peşəkarları üçün “B2B Luxury & MICE Workshop” adlı ənənəvi illik tədbir keçiriləcək

15 fevral 2018-ci il tarixində saat 09:30-da  JW Marriott Absheron hotelində turizm biznesi peşəkarları üçün "B2B Luxury & MICE Workshop" adlı ənənəvi illik tədbir keçiriləcəkdir. Tədbirin təşkilatçıları Britaniyanın TMI Consultancy konsaltinq şirkəti və onun Azərbaycandan olan tərəfdarları olacaqlar. Vorkşopun iştirakçıları bir tərəfdən Azərbaycan turizminin lüks seqmentindən olan  aparıcı şirkətlər, digər tərəfdən isə dünyanın müxtəlif ölkələri və regionlarından  olan xarici beşulduzlu otellər, turoperaperatorlar və turizm ofislərinin nümayəndələri olacaqlar. B2B Luxury & MICE Workshop layihəsi çərçivəsində habelə 13 fevralda  Qazaxıstanda (Almatı)  və 17 fevralda Gürcüstanda (Tbilisi)  vorkşoplar keçiriləcək.

Bu il  ilk dəfə olaraq tədbirin rəsmi tərəfdaş ölkəsi qismində Sloveniya  çıxış edir. Vorkşopun açılışında bu ölkənin Turizm ofisinin nümayəndələri Bakının turizm şirkətləri üçün təqdimat keçirəcək, turizm istiqaməti olaraq ölkənin unikal cahətləri haqda söhbət açacaqlar, habelə Turkish Airlines hava yolları şirkətindən olan onların həmkarları 2016-cı ildə Avropanın Yaşıl paytaxtı adını qazanan Sloveniyanın paytaxtına Bakı-İstanbul-Lyublyana təyyarə reyslərinin əlverişli proqramını təqdim edəcəklər. Bu il vorkşopda iştirak etmək məqsədilə Sloveniyanın habelə Grand Hotel Sava Rogaška, LifeClass Portorož otellərilə yanaşı, gəlmə turizm üzrə ixtisalaşan Palma DMC və Renee Tours şirkətlərinin nümayəndələri Azərbaycanı ziyarət ediblər. Bu il ilk dəfə olaraq  B2B Luxury & MICE Workshop-da Monakonun turizm üzrə Ofisi, Lüks dərəcəli Italian Hospitality Collection birliyinin otelləri, Paris şəhərinin hava limanı, habelə Avropanın bir sıra gəlmə turizm şirkəti iştirak edir. Vorkşopun digər iştirakçıları olan Belmond, Grecotel, Relais & Chateaux kimi dünya şöhrətli otel qrupları Azərbaycan turizm bazarını bizneslərinin inkişafı baxımından çox önəmli saydıqlarına görə Bakını əvvəllər də ziyarət etmişlər.

 Tədbir haqqında ətraflı məlumat və xarici iştirakçıların tam siyahısı ilə www.B2Btravelworkshop.com saytında və yaxud Facebook səhifəsində tanış olmaq olar.

XƏBƏRLƏR

21.02.2018 12:26
Sumqayıt şəhər Poeziya evində millət vəkili Flora Qasımova ilə görüş keçirilib
20.02.2018 12:46
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Böyük Britaniyanın Koventri şəhərində səfərdədir
19.02.2018 17:51
Rusiyanın Nijni Novqorod şəhərində Qara Qarayevin 100 illiyi münasibətilə konsert keçirilib
19.02.2018 16:10
Şəkidə Bəxtiyar Vahabzadənin vəfatının 9-cu ildönümü ilə əlaqədar “Hara gedir sabahımız” adlı dəyirmi masa keçirildi
19.02.2018 16:06
"Misir dunya uşaqların gözü ilə" adlı beynəlxalq rəsm müsabiqəsində ölkəmizi təmsil edən şagirdlər mükafata layiq görüldü
19.02.2018 16:01
Azərbaycan-Özbəkistan dostluğuna həsr olunmuş “Əzəli dostluq riştələri” adlı sənədli film hazırlanıb
19.02.2018 15:59
Elza İbrahimovanın anadan olmasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirildi
19.02.2018 15:15
“Yurdumuza Bahar Gəlir” adlı respublika uşaq rəsm müsabiqəsi
19.02.2018 15:13
“Şəhid Şəhər” adlı respublika uşaq rəsm müsabiqəsi elan edilmişdir
19.02.2018 12:36
“Testene Art Baku” II Beynəlxalq İncəsənət festival-müsabiqəsi keçiriləcək
19.02.2018 12:31
Azərbaycan Aşıqlar Birliyinin Bakı Beynəlxalq Muğam Mərkəzi ilə birlikdə “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir
16.02.2018 18:15
Azərbaycan Dövlət Kukla Teatrı premyeraya hazırlaşır
16.02.2018 15:50
Gənc Tamaşaçılar Teatrında həftəsonu maraqlı repertuar
16.02.2018 12:45
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlığı Daimi Komitəsinin (COMCEC) Turizm üzrə İşçi Qrupunun 11-ci görüşü keçirilmişdir
15.02.2018 18:19
Qəbələ rayonunda “Fəaliyyətin yeni formatları” adlı təlim təşkil olunmuşdur
15.02.2018 18:17
Azərbaycan nümayəndə heyəti Türkiyə mədəniyyət və turizm nazirinin müavini Hüseyin Yayman tərəfindən qəbul edilmişdir
15.02.2018 18:05
Azərbaycan Xalça Muzeyində “Xalçalar və əfsanələr. Çin təqvimi üzrə Yeni il” sərgisi açıldı
15.02.2018 16:07
Lüks turizm peşəkarlarının növbəti görüşü
15.02.2018 12:42
Ankarada TÜRKSOY tərəfindən elan olunmuş “Qara Qarayev ili”nin açılış mərasimi olmuşdur
14.02.2018 18:02
“Hərəyə bir kitab” adlı tədbir keçirildi
13.02.2018 18:39
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Almaniyanın “Wieseconsult” şirkətinin rəhbəri Xayno Vize ilə görüşüb
13.02.2018 17:21
Sumqayıtda mədəniyyət müəssisələrinin kollektivləri ilə görüşlər keçirilib