Tomas Veitzel: "Azərbaycan Şərqlə Qərb arasında təkcə coğrafi deyil, həm də mədəni körpü rolunu oynayır"
Azərbaycan əsrlərboyu müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu məkan olub. Ölkəniz Şərqlə Qərb arasında təkcə coğrafi deyil, həm də mədəni körpü rolunu oynayır, digər mədəniyyətlərə açıqdır. Azərbaycan dünya arenasında yüksək nüfuza malik ölkə kimi qəbul edilir.
Bu sözləri UNESKO-nun Bakı sessiyasının almaniyalı nümayəndəsi Tomas Veitzel söyləyib.
Qonaqpərvərliyə və səmimi qəbula görə Azərbaycan hökumətinə, xüsusən də Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirən Tomas Veitzel Bakıda olmasından məmnunluğunu ifadə edib.
Qonaq Bakı sessiyasının yüksək səviyyədə təşkil olunduğunu və burada ölkəsinin yeddi əsrdən çox yaşı olan “Auqsburq su idarəetmə sistemi” nominasiyasının UNESKO-nun Dünya İrs Siyahısına salındığını qeyd edib.