Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1065

Azərbaycan UNESKO ilə əməkdaşlıqla beynəlxalq səviyyədə dünya irsinin qorunmasına dəstək verir

Beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi məkana çevrilən, qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycan bir neçə gündür ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına uğurla ev sahibliyi edir. Bu dəfə ölkəmiz ümumdünya mədəni və təbii irsin qorunması sahəsində ən yaxşı təcrübələri bir araya gətirməklə dünya ictimaiyyətinə sülh, əmin-amanlıq çağırışları səsləndirilməsinə, elm, təhsil və mədəniyyət sahələrində yeni əməkdaşlıq körpülərinin salınmasına vasitəçi olub. Qarşılıqlı inam və etimada söykənən Azərbaycan-UNESKO əməkdaşlığı nəticəsində ölkəmiz, həmçinin milli-mənəvi dəyərlərinin, tarixi-mədəni mirasının qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə də dəstək verir.

Bu fikirləri Milli Məclisin deputatı, Gəncə Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadə AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində deyib.

Pərvin Kərimzadə bildirib ki, tarixi-mədəni abidələrin Ümumdünya İrs Siyahısına salınması üçün təkliflərin dəyərləndirilməsində, müzakirələrin aparılmasında 2500-dən çox nümayəndənin iştirakı ilə keçən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iştirakçı ölkələrə həm də bir-birinin tarixi, mədəniyyəti ilə yaxından tanış olmaq imkanı yaradıb.

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən mötəbər qonaqlar da sessiyanın tribunasından Azərbaycanın beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi üçün böyük təcrübəyə malik olduğunu səsləndirib, multikultural sahədə təcrübəsinin digər dövlətlərə nümunə olduğunu qeyd ediblər. Bütün bunlar sülhün, dayanıqlı inkişafın, qlobal və regional sabitliyin ölkəmizin əsasi hədəflərindən olduğunu bir daha təsdiqləyir. Azərbaycan dövləti milli mədəniyyətimizin, tarixi irsimizin nadir incilərini qoruyub saxlayaraq dünyada tanıdılması və təbliği istiqamətində ardıcıl və sistemli siyasət aparıb. Bu siyasətin nəticəsi olaraq Şəki şəhərinin tarixi hissəsi və Şəki Xan Sarayı UNESKO-nun Ümumdünya İrs Siyahısına salınıb.

“Təsadüfi deyil ki, tarixən beynəlxalq karvan - ticarət yolları üzərində yerləşən Azərbaycan, xüsusən də onun unikal təbii gözəlliklərə və tarixi-mədəni xüsusiyyətlərə malik, qədim ipəkçilik mərkəzi olan Şəki şəhəri mədəni müxtəlifliyin yaradılmasında və qorunub saxlanmasında bəşəri sivilizasiyanın inkişafına öz töhfəsini verib. Bu gün isə UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin Ümumdünya İrs Siyahısına daxil edilməsi minillərlə bu coğrafiyada yaşayan, etnik milli xüsusiyyətlər çərçivəsində özlərinin yaradıcılıq və sənətkarlıq qabiliyyətlərini yaradan və inkişaf etdirən, dünyanın həm mənəvi, həm də maddi irsinə bənzərsiz nailiyyətlər bəxş etmiş bu diyarın sakinlərinə və onların bu bacarıqlarına verilmiş ali qiymətdir”, – deyə Pərvin Kərimzadə qeyd edib.

Milli Məclisin deputatı bildirib ki, müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz UNESKO ilə sıx əməkdaşlıq münasibətləri qurub, milli-mənəvi dəyərlərinin, tarixi-mədəni irsinin qorunması və təbliği ilə yanaşı, beynəlxalq səviyyədə dünya irsinin müdafiəsi və mühafizəsinə də dəstək verib. 2013-cü ildə UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir UNESKO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir. Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən, Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına ev sahibliyi etmək hüququ əldə edib. Azərbaycan üçün mühüm əhəmiyyətə malik belə bir qərarın qəbul olunması ölkəmizin UNESKO ilə tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sessiyanın açılışında çıxış edərək ölkəmizlə bu təşkilat arasında ötən 27 ildə bir sıra sahələrdə uğurlu əlaqələrin qurulduğunu, ümumdünya və milli irsin qorunmasının Azərbaycanda dövlət siyasətinin mərkəzində dayandığını qeyd edib.

Azərbaycan-UNESKO münasibətlərinin inkişaf etdirilməsi sahəsində UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın gördüyü işlər xüsusi əhəmiyyət kəsb edir. Mehriban Əliyevanın uğurlu fəaliyyəti nəticəsində İçərişəhər, Qız qalası, Şirvanşahlar saray kompleksi, Qobustan qaya sənəti mədəni landşaftı, milli-mənəvi dəyərlərimizdən olan muğam sənəti, Novruz ənənələrimiz, aşıq, misgərlik, kəlağayı və xalça sənəti UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bir çox tədbirlər UNESKO çərçivəsində qeyd edilib. Bütün bunlar Azərbaycan-UNESKO əlaqələrinin yüksələn xətlə inkişafda olduğunu göstərir.

Mehriban Əliyevanın fəaliyyəti sayəsində Heydər Əliyev Fondu və UNESKO arasında əməkdaşlıq çərçivəsində imzalanmış sazişlər də yüksək səviyyədə həyata keçirilir. UNESKO-nun sabiq baş direktoru İrina Bokovanın Mehriban Əliyeva haqqında söylədiyi "Siz UNESKO-nun humanist dəyərlərinin əsl bayraqdarısınız" sözləri isə UNESKO-nun xoşməramlı səfirinin bəşəriyyətin maddi və qeyri-maddi mədəni irsinin işinə sədaqətinə, mədəniyyətlərarası dialoqun inkişafı naminə göstərdiyi səylərə, mədəni müxtəlifliyin möhkəmləndirilməsinə sanballı töhfələrinə verilən qiymətdir.

Bu il ölkəmizdə keçirilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası xalqımızın zəngin mədəni irsinin qorunmasına, ölkəmizdə mədəni və turizm imkanlarının təşviq olunmasına öz töhfəsini verdi.

XƏBƏRLƏR

13.07.2020 13:52
Azərbaycan peşəkar milli teatrı 147-ci mövsümə yekun vurub
13.07.2020 11:42
Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
09.07.2020 12:36
“Səma” rəqs ansamblı beynəlxalq virtual yarışmada uğur qazanıb
08.07.2020 12:29
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
08.07.2020 10:37
“ Mənim yay tətilim-2020” uşaq rəsm müsabiqəsi davam edir
07.07.2020 11:58
Beynəlxalq mədəni əlaqələrin qurulmasında muzeylərin rolu
06.07.2020 14:19
Əməkdar artist Tofiq Hüseynov vəfat edib
06.07.2020 11:11
Beynəlxalq Muğam Mərkəzindən canlı yayım opera sənətimizin yaranmasına həsr olunub
03.07.2020 16:57
Dəyişən reallığa uyğunlaşan mədəniyyət
03.07.2020 16:52
Murad Hüseynov: Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına ciddi riayət etməkdir
02.07.2020 14:38
Mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilib
02.07.2020 13:27
Vikipediyada Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verilib
01.07.2020 15:43
Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir
01.07.2020 11:50
Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin növbəti iclası videokonfrans formatında keçirilib
30.06.2020 15:51
Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaqlar üçün nəzərdə tutulan rəsm müsabiqəsi davam edir
30.06.2020 15:48
Azərbaycan və Özbəkistan məktəbliləri arasında beynəlxalq onlayn festival təşkil ediləcək
30.06.2020 15:08
Peşəkar kitabxanaçılar arasında debat keçirilib
30.06.2020 15:02
Beynəlxalq Muğam Mərkəzi tərəfindən unudulmaz xanəndənin irsi ilə bağlı tədqiqatlar davam etdirilir
30.06.2020 11:42
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
29.06.2020 13:22
“Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində növbəti onlayn videokonfrans təşkil olunub
26.06.2020 17:32
Respublika Gənclər Kitabxanası Silahlı Qüvvələr Günü münasibətilə videoçarxlar hazırlayıb
25.06.2020 17:09
“Birgə mütaliə” layihəsinin növbəti kitab müzakirəsi narkomaniyanın törətdiyi fəlakətlər və onlarla mübarizəyə həsr olunub