Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
497

Sessiyada Dünya İrs Komitəsinin fəaliyyəti ilə bağlı müxtəlif sənədlər və hesabatlar müzakirə olunub

İyulun 8-də günün ikinci yarısında sessiyada üzv dövlətlər ilə Ümumdünya İrs Komitəsi, məşvərətçi orqanlar arasında əməkdaşlıq protokolu, prosessual qaydalarına dair yeni qərar layihəsi geniş müzakirə edildi. Əsas müzakirə mövzusu komitənin növbəti sessiyasında müzakirəyə çıxarılacaq nominasiya ilə bağlı son məlumatların məşvərətçi orqanlarına fevralın 28-dək çatdırılması tələbi oldu. Nümayəndə heyətləri qərar layihəsinə əlavə edilmək üçün təkliflər irəli sürdülər. Bənd-bənd müzakirə edilən qərar qəbul edildi.

İkinci müzakirə edilən layihə Asiya, Afrika, ərəb dövlətləri qrupu, Karib dənizi ölkələri, Avropa və Şimali Amerika üzrə hesabatların dinlənilməsi oldu. İlk hesabatı Çin təqdim etdi. Məruzəçi Asiya və Sakit okean regionunda təhlükə altında olan məkanları ziyarət etmələri, seminarlar keçirmələri barədə ətraflı məlumat verdi.

Ardınca da Afrika və ərəb dövlətləri qrupunun hesabatları dinlənildi və iradsız qəbul edildi. Ərəb qrupu üzrə məruzəçi hərbi münaqişələrdən əziyyət çəkmiş Liviya, Suriya və İraqda abidələr ilə bağlı xüsusi monitorinqlər keçirildiyini vurğuladı. Karib və Latın Amerikası ölkələri üzrə məruzədə regionda baş vermiş təbii fəlakətlərin nəticələri öyrənilmiş, mədəni risk qrupuna daxil olan məkanlar nəzərdən keçirilmişdi.

Avropa və Şimali Amerika regionu üzrə hesabat məruzəsində vurğulandı ki, onlar 39-cu sessiyada qəbul edilmiş tədbirlər planı üzrə öz fəaliyyətlərini davam etdiriblər. Sonra katiblik bir il ərzində görülmüş işlər, mühüm sənədlərin alt-regionların işlək dilinə tərcümə edildiyi barədə məlumat verildi. Hesabatlara əlavələr olmadığı üçün müzakirəsiz qəbul edildi.

Ümumdünya İrs Komitəsi və məşvərətçi orqanların hazırladıqları növbəti sənəd mədəni sahələrin siyahıdan çıxarılması prosedurlarının təkmilləşdirilməsinə həsr olunmuşdu. Hesabat dinlənildikdən sonra Norveç, Burkina Faso, Azərbaycan öz fikirlərini bildirdilər. Sənəd qeyd şərtsiz qəbul edildi.

Sonra iclasın sədri – Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev növbəti məsələni elan etdi: qarışıq nominasiyaların siyahıya daxil edilməsi üzrə proseslərdə irəliləyiş haqqında Ümumdünya İrs Komitəsi ilə İCOMOS-un birgə təqdimatı dinlənildi. Təkliflər nəzərə alınmaqla sənəd qəbul edildi.

Sonuncu təqdim edilən sənəd Ümumdünyav İrs Komitəsinin siyasi sənədlər toplusu oldu. Bildirildi ki, toplunun elektron variantı Koreya Respublikası hökumətinin maliyyə dəstəyi ilə hazırlanıb. İki variantda hazırlamış sənəd toplusu getdikcə daha da təkmilləşdiriləcək. Sənəd təsdiq edildi.

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası iyulun 9-da işini davam etdirəcək.

XƏBƏRLƏR

19.09.2019 16:07
Qobustan qoruğunda "Avropa İrs Günləri" qeyd olunub
19.09.2019 15:10
Nizami Kino Mərkəzində “Azərbaycanda Rusiya filmləri həftəsi”nin açılış mərasimi keçiriləcək
19.09.2019 12:53
Ölkəmiz MDB ölkələri Mədəni Əməkdaşlıq Şurasının iclasında təmsil olunur
19.09.2019 10:18
Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi
19.09.2019 10:03
Qarabağ Muğam Mərkəzində Üzeyir Hacıbəylinin əsərlərindən ibarət konsert proqramı təqdim olunub
19.09.2019 09:02
Bakıda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olub
18.09.2019 19:29
Üzeyir Hacıbəyli dühası: "Xəlqilik, millilik, beynəlmiləllik”
18.09.2019 16:36
Özbəkistanda “Azərbaycan kinosu günləri” keçiriləcək
18.09.2019 15:50
Milli Musiqi Gününə həsr edilmiş növbəti tədbir Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil edilib
18.09.2019 15:45
Milli Kitabxanada “Üzeyir Hacıbəyli – milli mədəniyyət mücahidi” adlı tədbir təşkil edilib
18.09.2019 14:31
Bakı Musiqi Akademiyasında Milli musiqi günü ilə bağlı mərasim keçirilib
18.09.2019 13:33
Ölkəmizdə Milli musiqi günü qeyd olunur
18.09.2019 10:12
Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb
18.09.2019 09:56
“Azərbaycanfilm" kinostudiyasına yeni direktor təyin edilib
17.09.2019 18:21
Azərbaycan peşəkar milli teatrının 147-ci mövsümü başlandı
17.09.2019 15:30
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq festivalda ali mükafata layiq görülüb
16.09.2019 18:07
33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi