Koreya Respublikasının nümayəndə heyəti Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyini ziyarət edib
1799
09.07.2019
09.07.2019 02:28
UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak edən Koreya Respublikasının nümayəndə heyəti Bakıda Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyini ziyarət edib.
Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Şeyla Heydərova qonaqlara M.Rostropoviçin həyat və yaradıcılığı barədə məlumat verib.
Qonaqlar, həmçinin Azərbaycan violonçel məktəbi haqqında məlumatlandırılıb, 2012-ci ildə muzeyin direktoru Ş.Heydərovanın redaktorluğu ilə ərsəyə gələn “Azərbaycan bəstəkarlarının violonçel və fortepiano üçün əsərləri” toplusu ilə maraqlanıblar.
Nümayəndə heyəti muzeyin ekspozisiyasının zənginliyindən məmnun qalıb.