Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1349

Mədəniyyət Nazirliyinin dəstəyi ilə yeni kitablar işıq üzü görüb

Dahi Azərbaycan bəstəkarı, musiqişünası, ictimai xadimi Üzeyir Hacıbəylinin “Azərbaycan xalq musiqisinin əsasları” adlı elmi-fundamental əsəri Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə işıq üzü görmüşdür.

Kitabda Ü.Hacıbəylinin adı çəkilən əsəri ilə yanaşı, elmi və publisistik məqalələri, ümummilli lider Heydər Əliyevin, həmçinin görkəmli musiqi xadimlərinin dahi bəstəkar haqqında çıxışları, məqalələri də toplanmışdır. Kitabın tərtibçisi Tariyel Məmmədovdur.

* * *

Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlının “Azərbaycan aşıq ədəbiyyatı” kitabı Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə işıq üzü görmüşdür.

Aşıq sənətinin milli tarixi səciyyəsi, ustad aşıqların ömür və sənət yolu barədə çoxsaylı elmi oçerklərdən ibarət kitab elmi ictimaiyyət, söz-sənət mühiti və tədris sistemi üçün nəzərdə tutulur.

* * *

Filologiya elmləri doktoru, nəzəriyyəçi ədəbiyyatşünas, Dövlət mükafatı laureatı, professor Nizaməddin Şəmsizadənin “İdrakın üfüqləri” kitabı Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Şərq-Qərb” nəşriyyatında nəfis şəkildə işıq üzü görmüşdür.

Kitabda türkçülük məfkurəsi haqqında “Türkçülük”, mütəfəkkir tənqidçi, ədəbiyyatşünas Yaşar Qarayevin ədəbi tarixi mövqeyi və nəzəri görüşləri barəsində “İdrakın üfüqləri”, müasir ədəbi tənqidin estetik problemlərinə həsr olunmuş “Tənqiddə meyarsızlıq sindromu” araşdırmaları və müxtəlif mövzularda ədəbi-fəlsəfi yazılar yer almışdır.

XƏBƏRLƏR

23.05.2020 17:48
"15 İyun - Milli Qurtuluş Günü"nə həsr olunmuş müsabiqə elan edilib
23.05.2020 17:33
Peşə etikasının yeni prinsipləri
23.05.2020 17:02
Beynəlxalq Muğam Mərkəzində gənc ifaçıların konserti təqdim edilib
23.05.2020 16:18
“Global message” adlı virtual sərgi keçirilib
23.05.2020 16:13
Beynəlxalq Muğam Mərkəzi "Qədim alətlərimiz" rubrikasından Şahrud aləti haqqında mühazirəni təqdim edib
22.05.2020 14:56
Seyid Əzim Şirvaninin qəzəllərinin özbək dilinə tərcüməsi başa çatıb
22.05.2020 14:32
“Koronavirus: yeni mədəni paradiqmalar” beynəlxalq videokonfrans
22.05.2020 10:31
“Qədim alətlərimiz” rubrikasından şahrud aləti haqqında mühazirə təqdim edilib
20.05.2020 18:56
Mədəni konsaltinq xidmətləri davam edir
20.05.2020 18:48
“Müsyo Jordan və dərviş Məstəli şah” tamaşası bu dəfə onlayn göstəriləcək
20.05.2020 15:10
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Kino Şurası yaradılıb
20.05.2020 14:42
“AZƏRBAYCANIM” III Respublika Uşaq Rəsm Festivalı çərçivəsində elan olunmuş müsabiqə üçün qeydiyyat başa çatıb
20.05.2020 10:53
Səsi və ifası ilə yaddaşlarda yaşayan Həqiqət Rzayeva
19.05.2020 17:49
Mədəniyyət Nazirliyində videokonfrans keçirilib
19.05.2020 12:37
Beynəlxalq Muğam Mərkəzindən növbəti canlı efir Xalq artisti Arif Babayevə həsr olunub
19.05.2020 11:26
“Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinə qeydiyyat yekunlaşıb
19.05.2020 11:19
Xalq şairi Rəsul Rza haqqında “Azərbaycanın novator şairi” adlı videoçarx təqdim edilib
18.05.2020 18:56
“Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” mövzusunda onlayn beynəlxalq konfrans keçirildi
18.05.2020 18:11
Vikipediyada Laçın rayonu haqqında özbək dilində bölmə istifadəyə verilib
18.05.2020 18:07
Azərbaycan Dövlət Rəsm Qalereyası növbəti videokonfrans keçirib
18.05.2020 10:35
18 may - Beynəlxalq Muzeylər Günüdür
17.05.2020 15:37
Milli Kitabxana “Əbdürrəhim Bəy Haqverdiyev -150” adlı daycesti virtual rejimdə təqdim edib
15.05.2020 18:01
Quba rayon Tarix-Diyarşünaslıq Muzeyinin 85 yaşı tamam olur
15.05.2020 17:18
“Muzeylər bərabərlik üçün: müxtəliflik və inklüzivlik” adlı onlayn beynəlxalq konfrans təşkil olunacaq