Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4861

Nazir Əbülfəs Qarayev “Real” televiziyasına müsahibə verib

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev “Real” televiziya kanalına müsahibə verib.  Müsahibədə Prezident İlham Əliyevin  himayəsi və iştirakı ilə cari ilin 2-3 may tarixində Bakı şəhərində “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında UNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESKO-nun tərəfdaşlığı ilə keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən söz açılıb. Bildirilib ki, Forumda bəşəriyyəti narahat edən problemlərin həlli ilə bağlı mühüm təşəbbüslər irəli sürülüb.

Müsahibədə iyunun 30-dan iyulun 10-dək Bakıda keçirilən UNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyasından da söz açılıb. Qeyd olunub ki, dünyanın 180-dək ölkəsindən 3 minə yaxın nümayəndənin qatıldığı sessiyada Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bununla da ölkəmizin Dünya irs siyahısında yer alan irs nümunələrinin sayı üçə çatıb. 

Bu il mart ayının 1-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünün əhəmiyyəti vurğulanıb. Bildirilib ki, bu əlamətdar görüşdə qaldırılan məsələlərin həlli istiqamətdə bir sıra işlər görülüb, hazırda bu proses davam etdirilir.

Müsahibədə dövlət başçısının “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 yanvar 2019-cu il tarixli fərmanında da toxunulub. Qeyd edilib ki, fərmanın icrası ilə əlaqədar Mədəniyyət Nazirliyində müvafiq işçi qrupları yaradılıb. İşçi qrupları tərəfindən tabelikdə olan, şəhər və rayonlarda yerləşən bütün mədəniyyət müəssisələri haqqında ətraflı məlumatlar toplanılıb, təhlillər aparılıb və tanınmış mütəxəssislərin rəyi nəzərə alınmaqla beynəlxalq təcrübənin tətbiqi yolları araşdırılıb.

Qeyd: Müsahibənin tam versiyasını bu linkə daxil olmaqla izləmək mümkündür.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb