Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
845

“Müstəqil vətənin memarı” videofilminin təqdimat mərasimi keçirilib

İyulun 30-da Nizami Kino Mərkəzində ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr edilmiş “Müstəqil vətənin memarı” adlı videofilmin təqdimat mərasimi keçirildi.

Tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, mədəniyyət, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyevin müəllifi olduğu ekran əsəri ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif anlarını əks etdirir.

Təqdimat mərasimində mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək tədbirin əhəmiyyətini vurğuladı. Nazir ulu öndər Heydər Əliyevin ölkəmizin taleyində və inkişafında böyük rolu və müstəsna xidmətləri haqqında danışdı.

Qeyd etdi ki, görkəmli dövlət xadimi Heydər Əliyevin 14 iyul 1969-cu il tarixində Azərbaycan Respublikasında dövlət rəhbərliyinə gəlməsi tarixi hadisə idi. Heydər Əliyev Azərbaycan xalqının əbədiyaşar ümummilli lideri və müstəqil dövlətçiliyinin rəmzidir: “Bu film ulu öndərin əziz xatirəsinə həsr olunub. Ötən 50 ilin parlaq və şanlı səhifələri ümummilli liderin mənalı və şərəfli ömür yolu ilə bağlıdır. Onun hakimiyyətə gəlişi ilə Azərbaycan tarixinin yeni dövrü başlandı. Heydər Əliyevin dövlətimizin tarixində tutduğu yer xüsusi məna kəsb edir. Zaman keçəcək, illər sonra tarixçilər, siyasətçilər onun hakimiyyəti dövrünə nəzər salmaqla nə qədər  böyük şəxsiyyət olduğunu bir daha görəcəklər. Çünki uzaqdan hər şey daha yaxşı müşahidə olunur. Heydər Əliyevin Azərbaycan tarixində qoyduğu iz, gördüyü işlər danılmazdır. Onun müdrik siyasəti ölkə həyatının bütün sahələrinin inkişafına təsir edib. Bu gün ulu öndərin siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Cənab Prezidentin həyata keçirdiyi siyasət tərəqqi, inkişaf siyasətidir”.

Filmlə bağlı fikirlərini bölüşən nazir onun Milli Kino Günü ərəfəsində təqdim olunmasını əlamətdar hadisə kimi dəyərləndirdi, ekran işinin ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkür etdi.

Sonra “Müstəqil vətənin memarı” videofilmi nümayiş olundu.

XƏBƏRLƏR

15.11.2019 19:00
“İslam sivilizasiyalarının mədəniyyət və irsi" sərgisinin açılışı keçirildi
15.11.2019 18:30
Dövlət Xidmətinin rəisi UNESCO-nun Beynəlxalq Mərkəzi Asiya Tədqiqatları İnstitutunun direktoru ilə görüşüb
15.11.2019 17:18
Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda Azərbaycanın mədəniyyət siyasətindən bəhs edilib
15.11.2019 16:36
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir
15.11.2019 15:41
BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq müzakirə olunub
15.11.2019 14:14
Milli Kitabxananın direktoru Rusiyada beynəlxalq forumda çıxış edib
15.11.2019 13:22
Mədəniyyət naziri və müavinlərinin vətəndaşlarla növbəti görüşü keçirilib
15.11.2019 11:20
VIII Sankt-Peterburq Mədəniyyət Forumunda ölkəmiz də təmsil edilib
15.11.2019 09:21
Milli Xalça Muzeyində “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” adlı konfransın açılışı olub
15.11.2019 09:20
Ölkəmiz "Özbəkistan bizim ümumi evimizdir" adlı konsertdə təmsil olunub
15.11.2019 09:16
Mədəniyyətin səyyar briqadaları növbəti təlimi Sabirabadda keçiriblər
15.11.2019 09:14
Musiqili Teatrda “Paris Notr-Dama ithaf” tamaşası təqdim olunub
15.11.2019 09:04
Azərbaycan təmsilçiləri beynəlxalq müsabiqədə mükafatlara layiq görülüblər
14.11.2019 18:02
Nazir Əbülfəs Qarayev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşdü
14.11.2019 14:28
Mərkəzi İncəsənət məktəbində “Uşaqlar gələcəyimizdir!” adlı tədbir keçirilib
14.11.2019 09:09
Polşanın Lodz şəhərində Azərbaycan cizgi filmləri nümayiş olunub
14.11.2019 09:07
“Haqq mənəm” tamaşasının premyerası olacaq
13.11.2019 16:52
Prezident İlham Əliyev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13.11.2019 15:33
Mədəniyyət sahəsinin könüllüləri sırasına Azərbaycan Turizm və Menecment Universiteti də qoşulub
13.11.2019 15:29
Özbəkistanın Urgənc şəhərində Azərbaycan milli rəqslərinin təqdimatı keçirilib
13.11.2019 12:25
Milli Kitabxanada əlillər gününə aid sərgi açılıb
13.11.2019 11:22
Bakıda tanınmış bolqarıstanlı fotoqrafın sərgisi açılıb
13.11.2019 10:04
Azərbaycan komandası “Liqa smexa” mövsümünün ən yaxşı nömrəsinə görə kubok qazanıb
13.11.2019 09:03
Bakıda “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” mövzusunda konfrans təşkil ediləcək