16.08.2019 09:29
Sentyabrın 22-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 110-cu teatr mövsümündə dahi bəstəkar Ü. Hacıbəylinin “Arşın mal alan” operettası ilə tamaşaçıların görüşünə gələcək.
Sənət ocağının repertuarında özünəməxsus yer tutan səhnə əsəri axşam saat 19.00-da teatrsevərlərin ixtiyarına veriləcək.
Tamaşa Üzeyir Hacıbəyliyə həsr edilmiş XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim ediləcək.