Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
717

Rus və azərbaycanlı ifaçılar eyni səhnəni bölüşəcək

Xalq artisti, dirijor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Q. Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert proqramı ilə çıxış edəcək.

Sentyabrın 23-də təşkil olunacaq konsertdə Xalq artisti, pianoçu Murad Adıgözəlzadə bəstəkar Azər Dadaşovun Fortepiano və orkestr üçün konsertini, tanınmış rusiyalı violin ifaçısı Alyona Bayeva isə dünya şöhrətli bəstəkar, SSRİ Xalq artisti Rodion Şedrinin “Concerto Cantabile” violin və simli orkestr üçün konsertini ifa edəcəklər.

Bundan başqa, konsertin proqramına görkəmli bəstəkarlar Karl Yenkinsin simli orkestr üçün “Palladio” və Paul Hindemitin simli kvartet üçün “Minimax” əsərləri də daxildir.

Qeyd edək ki, konsert proqramı Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq.

XƏBƏRLƏR

19.02.2020 16:43
Mədəniyyət naziri Əbülfəs Qarayevin Böyük Britaniyada görüşləri davam edir
19.02.2020 11:27
Sumqayıt şəhər Mərkəzi Uşaq Kitabxanasında bir qrup könüllülərlə görüş keçirilib
19.02.2020 10:30
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü təsdiq edilib
19.02.2020 09:14
Əməkdar incəsənət xadimi Aydın Kazımzadənin 80 illiyinə həsr olunmuş tədbir keçirilib
19.02.2020 09:02
Görkəmli bəstəkar Vasif Adıgözəlovun yaşadığı evin qarşısında barelyefi açılıb
19.02.2020 08:59
İstiqlal Muzeyində “Xocalıda can qaldı” adlı tədbir təşkil olunacaq
18.02.2020 17:18
Beşinci Buktreyler Festivalının tələbləri açıqlanıb
18.02.2020 16:45
Kukla Teatrında “Bahar“ tamaşasının premyerası olub
18.02.2020 13:59
Mədəniyyət naziri Əbülfəs Qarayev Londonda Britaniya Şurasının (British Council) baş ofisində görüş keçirib
18.02.2020 09:15
Sudan mətbuatı Azərbaycan əsilli məşhur müğənni Sami Yusuf haqqında məqalə yayımlayıb
18.02.2020 09:12
Beynəlxalq Muğam Mərkəzində uşaqlar üçün musiqili proqram təqdim edilib