16.08.2019 05:30
Sentyabrın 30-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri konsert proqramı ilə çıxış edəcək.
Konsertin solistləri beynəlxalq müsabiqələr laureatları Elnarə Məmmədova (Azərbaycan-Rusiya), Regina Rüstəmova (Rusiya), İlham Nəzərov və Mahir Tağızadə (Azərbaycan), Cəbrayıl İdrisov və Ümid İsrailov (Özbəkistan), Giorgi Çelidze (Gürcüstan) və başqaları olacaq.
Ü. Hacıbəyli adına XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim ediləcək konsertdə dünya bəstəkarlarının əsərlərinə müraciət olunacaq.