Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
915

“Günay” teatr-studiyası beynəlxalq müsabiqənin Qran-Pri mükafatını qazanıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən “Günay” teatr-studiyası “AMBERSTAR 2019” Beynəlxalq İncəsənət Müsabiqəsində ölkəmizi uğurla təmsil edib.

Müxtəlif ölkələrdən gənc istedadların iştirakı ilə Latviyanın paytaxtı Riqada keçirilən müsabiqədə “Günay” studiyası “Kitabi-Dədə Qorqud” dastanı əsasında hazırlanmış “Üç ocaq” tamaşasını nümayiş etdirib.

Müsabiqənin nəticələri Qala-konsertdə açıqlanıb. Festival-müsabiqənin Qran-Pri mükafatı ölkəmizi layiqincə təmsil edən “Günay” studiyasına təqdim olunub.

Teatr-studiyasının kollektivi festivalın medalı və sertifikatı ilə təltif olunub. Gənc aktyorlardan Leyla Əliyeva, Leyla Qədimli, Təyyar Cəbrayılbəyov və Tuncay Həmidli ən yaxşı rola görə diploma layiq görülüb. Studiyanın bədii rəhbəri, ssenari müəllifi və quruluşçu rejissoru Larisa Tarusova festivalın İdarə Heyəti tərəfindən münsif seçilib, gənc istedadların inkişafındakı fəaliyyətinə və beynəlxalq mədəni əlaqələrin möhkəmlənməsinə göstərdiyi köməkliyə görə beynəlxalq diplom-sertifikatla təltif olunub.

XƏBƏRLƏR

17.02.2020 09:24
Nəsir İmanquliyevin ömür yolundan bəhs edən “Mətbuat fədaisi” kitabının təqdimatı olub
17.02.2020 09:19
Azərbaycan Televiziyasının 64, “Mədəniyyət” kanalının isə 9 illiyinə həsr olunmuş tədbir keçirilib
17.02.2020 09:07
“Balaca Şahzadə” yenidən səhnədə
14.02.2020 18:10
Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
14.02.2020 16:35
“SUNLIGHT WAY” Beynəlxalq Musiqi Müsabiqəsinə qeydiyyat davam edir
14.02.2020 16:29
Musiqi məktəbinin şagirdi Cenevrə Konservatoriyasının tələbəsi olub
14.02.2020 16:13
Milli Kitabxanada Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı tədbir keçirilib
14.02.2020 14:17
Musiqili Teatrın yaradıcı heyəti görkəmli yazıçı Çingiz Aytmatovun əsərini səhnələşdirir
14.02.2020 11:00
Respublikanın Əməkdar artisti Xudayət Əsgərov mükafatlandırılıb
14.02.2020 10:16
Beynəlxalq kitab bağışlama günüdür
13.02.2020 16:52
Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb
13.02.2020 16:50
Kukla Teatrının hazırladığı yeni tamaşa - “Qızıl balıq”
13.02.2020 15:14
Özbəkistanda “Qarabağ-Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihə çərçivəsində tədbirlərə start verilib
13.02.2020 09:38
UNESKO-nun sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin görüşü olub