Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2833

33 nömrəli Uşaq musiqi məktəbi əsaslı təmirdən sonra istifadəyə verildi

Sentyabrın 16-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən 33 nömrəli Uşaq musiqi məktəbinin binasının əsaslı təmirdən sonra açılış mərasimi keçirildi.

Mərasimdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev dərs ilinin başlanması münasibətilə kollektivi təbrik etdi, yeni uğurlar arzuladı. Nazir Prezident İlham Əliyevin diqqət və qayğısı ilə mədəniyyət sahəsinin inkişaflı istiqamətində əhəmiyyətli layihələrin gerçəkləşdiyini qeyd etdi: “Son illər dövlət başçısının müvafiq sərəncamlarına əsasən, mədəniyyət müəssisələri bərpa olunur, maddi-texniki bazası möhkəmləndirilir. Bu istiqamətdə həyata keçirilən işlərə Heydər Əliyev Fondu da böyük dəstək verir. Biz də öz növbəmizdə paytaxtda və regionlarda fəaliyyət göstərən onlarla məktəbdə lazımi şəraitin yaradılması üçün addımlar atırıq. 7 illik musiqi məktəbində 330-dan çox şagird təhsil alır. Burada 80-dən çox müəllim 11 fənni tədris edir. İnanıram ki, Nizami rayonunun mərkəzində yerləşən bu təhsil ocağı musiqiyə meyilli gənclərimizin yaradıcılıq potensialının üzə çıxarılmasına təkan verəcək”.

Nazir vurğuladı ki, həm nazirlik, həm də Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr dünyada Azərbaycan musiqisinə marağı artırır: “Odur ki, xüsusi ifaları, dərsləri, musiqi parçalarını “YouTube” vasitəsilə beynəlxalq daha geniş ictimaiyyətə çatdırmağı qarşımıza məqsəd qoymuşuq. Təəssüf ki Azərbaycan musiqiçilərinin əsərləri virtual şəbəkəyə çox az daxil olur. Bəstəkarlarımızın notlarına əlçatanlığı təmin etməliyik. Musiqiçilərimiz dərslərini, ifalarını virtual şəbəkəyə yerləşdirməlidirlər".

Pedaqoji kadrların musiqi məktəblərinə işə qəbuluna toxunan nazir bildirdi ki, bu prosesin şəffaf şəkildə həyata keçirildiyini dedi: "Bu il müəllimlərin işə qəbulu üçün respublika üzrə 230, Bakı şəhəri üzrə 130 vakant yer elan etmişdik.  500-dən çox müraciət qəbul olundu. Əfsus ki, yalnız 130 nəfər imtahanlardan keçə bildi”.

Əbülfəs Qarayev həm kadr, həm texniki islahatlar, həm də müəllimlərin maaşlarının artırılması ilə bağlı ciddi işlərin həyata keçirildiyini diqqətə çatdırdı: "Üzümü musiqi məktəblərinin müəllimlərinə tutaraq deyirəm ki, hər bir şagirdin üzərində ciddi iş aparılmasa, o uşağın potensialı heç vaxt üzə çıxmayacaq. Ona görə sizin üzərinizə böyük məsuliyyət düşür. Fəaliyyətinizi gücləndirib Azərbaycanın musiqi tarixinə yeni adlar, yeni imzalar bəxş etməyinizi arzulayıram".

Sonda Əbülfəs Qarayev məktəbin yenidənqurma işində iştirak edən, zəhməti olan hər kəsə təşəkkür etdi.

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov çıxış edərək təhsil ocağının təmirində əziyyəti olan hər kəsə təşəkkürünü bildirdi, Kollektivə uğurlar arzuladı.

Sonra qonaqlar məktəbdə yaradılan şəraitlə tanış oldular.

Daha sonra məktəbin şagirdlərinin ifasında konsert proqramı təqdim edildi.

Qeyd edək ki, bu il 33 nömrəli Uşaq musiqi məktəbi 35 illik yubileyidir. Nizami rayon R.Rüstəmov küçəsi 35 ünvanında fəaliyyətə başlayıbməktəbdə ötən müddətdə təmir işləri aparılmayıb. Qeyri-yaşayış sahəsində 2018-ci ilin noyabr ayından əsaslı təmir işlərinə başlanılıb. 6 sinif otağı və kitabxana yaradılıb, 9 sinif otağında havalandırma sistemi quraşdırılıb. Məktəbin bütün inventar və avadanlıqları yenilənib. Hazırda təhsil ocağında 21 sinif otağı, 50 nəfərlik zal, kitabxana, qəbul otağı (dəftərxana), direktor otağı mövcuddur.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi