Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2565

Üzeyir Hacıbəyli dühası: "Xəlqilik, millilik, beynəlmiləllik”

Sentyabrın 18-də Beynəlxalq Muğam Mərkəzində Milli musiqi gününə həsr olunmuş "Xəlqilik, millilik, beynəlmiləllik” adlı tədbir keçirildi.

Tədbirdə ilk olaraq sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızının Üzeyir Hacıbəyliyə həsr olunan “Akademik Üzeyir Hacıbəylinin elmi fəaliyyətindən səhifələr” adlı kitabı təqdim olundu.

Təqdimatda iştirak edən Mədəniyyət naziri Əbülfəs Qarayev yeni nəşrlə tanış oldu. Daha sonra nazir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim musiqi alətləri ansamblının ifalarını dinlədi. Nazir Milli musiqi günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzuladı. Daha sonra tədbir ədəbi-bədii gecə ilə davam etdi.

Konsertdən əvvəl bildirildi ki, 18 sentyabr xalqımız üçün böyük bayramdır. Dahi Üzeyir Hacıbəylinin doğum gününü xalqımız Milli musiqi günü kimi qeyd edir. Çünki milli musiqimiz, mədəniyyətimiz öz inkişaf zirvəsinə görə Üzeyir bəyə borcludur. Üzeyir Hacıbəyli Azərbaycan mədəniyyəti tarixinə böyük bəstəkar, opera sənətinin banisi kimi daxil olub. Azərbaycan, rus və dünya klassik incəsənətinin ənənələrini dərindən qavrayan bəstəkar doğma xalqının mədəniyyətini yüksəklərə qaldırmaq məqsədilə yorulmadan yazıb-yaradıb.

1908-ci ilin yanvarında tamaşaya qoyulmuş ilk Azərbaycan operası «Leyli və Məcnun»un müəllifi yeddi il ərzində bir-birinin ardınca beş opera, üç operetta yaradıb. «Leyli və Məcnun», «Əsli və Kərəm», «O olmasın, bu olsun», «Arşın mal alan» xalq arasında tezliklə geniş şöhrət qazanıb və indiyə qədər səhnəmizdə müvəffəqiyyətlə tamaşaya qoyulur. Bu əsərlərin uğurlu davamı olaraq dahi bəstəkar Azərbaycan operasının şah əsəri olan «Koroğlu»nu yaratdı.

Bu dövrdə Ü.Hacıbəyli respublikamızda musiqi təhsilini inkişaf etdirməyə, gənc kadrların təhsil almasına, klassik və xalq musiqisini öyrənib bədii xüsusiyyətlərini meydana çıxarmağa, müasir musiqi formalarını yaymağa, müxtəlif musiqi kollektivlərini yaratmağa müvəffəq olub.

Bildirildi ki, təqdim edilən "Xəlqilik, millilik , beynəlmiləllik" adlı konsert proqramında Üzeyir bəyin məhz bu mövzularda ərsəyə gətirdiyi əsərlərdən nümunələr öz əksini tapıb.

Konsert proqramında əməkdar artistlər Səbuhi İbayev, Bəyimxanım Vəliyeva, Nərgiz Kərimova, Anar Şuşalı və xanəndələr Rəvanə Qurbanova, Səbinə Ərəblinin  ifasında bəstəkarın şah əsərlərindən nümunələr səsləndirildi. Solistləri tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə “Buta” instrumental ansamblı müşayiət edirdi. Konsertdə “Koroğlu” operasından “Cəngi” rəqsi, “Arşın mal alan” operettasından Tellinin nəğməsi “Sən o yanda, Yar bu yanda”, “Bənd oldum”, Əsgərin ariyası və s. nümunələr alqışlarla qarşılandı.

Tədbirdə musiqi ictimaiyyətinin nümayəndələri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları, məcburi köçkün ailələrinin üzvləri iştirak edirdi.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi