Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2525

Beynəlxalq Muğam Mərkəzində “Rast” dünyası” adlı konsert təqdim olunub

Sentyabrın 19-da Beynəlxalq Muğam Mərkəzində “Rast” dünyası” adlı konsert proqramı təqdim olunub. Musiqi gecəsi XI Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşıb.

Konsert proqramının aparıcısı, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi ölkəmizdə ənənəvi olaraq təşkil edilən musiqi bayramının əhəmiyyətindən söz açıb. Bildirib ki, hər bir insanın içində öz musiqisi var: “Bu musiqi fərqli olsa da, insanları birləşdirə bilir. Üzeyir festivalı da rəngarəng proqramı ilə məhz bu amala xidmət edir. Bugünkü konsert öz fərqliliyi ilə seçilir”.

İlqar Fəhmi deyib ki, tədbirdə Azərbaycan musiqisini, muğamını çox sevən, onu təbliğ edən ud ifaçısı və müğənni Fəraməz Gərmrudinin “Rast”: təsniflər və rənglər” kitabının təqdim olunur: “Rast” dünyası” adlı proqramın təqdimi bizə bədii təsir qüvvəsi etibarilə coşqunluq, çağırış ruhu, əzəmət, təntənə əhvalı yaradacaq.  “Rast”ın dərin fəlsəfəsindən zövq almağa imkanı qazanacağıq”.

Konsert boyunca çıxış edən Əməkdar incəsənət xadimi Cahangir Səlimxanov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Sənubər Bağırova, Xalq artisti, tarzən Möhlət Müslümov “Rast”: təsniflər və rənglər” kitabının əhəmiyyətini yüksək qiymətləndiriblər. Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunan nəşr milli musiqimizə töhfə kimi səciyyələndirilib.  

Tədbirdə “Könül” ansamblının müşayiəti ilə tamaşaçılar xalq artistləri Aygün Bayramova, Nəzakət Teymurova və Teyyub Aslanovun ifalarını dinləyiblər. Xanəndələrin hər birinin “Rast” muğamına özünəməxsus yanaşma nümayiş etdirməsi tamaşaçıların böyük alqışları ilə qarşılanıb.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib