Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1031

Muzey Mərkəzində rəssam Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi açılıb

Oktyabrın 4-də Muzey Mərkəzinin sərgi qalereyasında rəssam Vüqar Əlinin “Rənglərin ritmi” adlı fərdi sərgisi açılıb.

Mədəniyyət Nazirliyi və Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə reallaşan sərgidə nümayiş edilən əsərlərin əksəriyyəti son iki il ərzində ərsəyə gəlib və caz musiqisinə həsr olunub.

Sərginin açılışından öncə Mədəniyyət Nazirliyinin rəsmisi Qalib Qasımov çıxış edərək rəssamın yaradıcılığından, onun əsərlərinin məna və məzmun baxımından gözəlliyindən söz açıb. Bildirilib ki, hazırkı sərginin konsepsiyası vəhdət şəklində birləşərək özündə geniş caz obrazlarının qalereyasını əks etdirir və dünyaca məşhur musiqi janrına Azərbaycanın verdiyi töhfələri nümayiş etdirir.

Qeyd edilib ki, müəllifin ifaçı və bəstəkarlardan tutmuş şlyagerlərin portretlərinə qədər, bədii dillə bizə çatdırdığı bütün yaradıcılıq nümunələrində musiqi mövzusu xüsusi yer tutur. Musiqiyə xas olan duyğuları sənətkar rəng və cizgilərin dili ilə mükəmməl ifadə edir.

Onun 2016-cı ildə Bakıda Beynəlxalq Caz Festivalı çərçivəsində keçirilən fərdi sərgisinə gələn qonaqlara milli və xarici cazmenlərin portretləri, onlardan - Emma Fidcerald, Lui Armstrong, Rafiq Babayev, Pərviz Rüstəmbəyov, Vaqif Mustafazadə, İsfar Sarabski, Rain Sultanov, Şahin Növrəsli və caz musiqisinə həsr olunmuş kompozisiyaları təqdim olunub.

Sərginin ideyası həmin festivalın davamı olaraq yarandığına görə ekspozisiyanın “ürəyi” olan caz musiqisinin yerli və xaricdən olan 30-dan çox korifeyinə həsr olunmuş əsərlərdən ibarətdir. Vaqif və Əzizə Mustafazadələr, Ennio Morrikone, Henri Mancini, maestro Niyazi, Nina Simon, BB Kinq, Natiq Şirinov, Dilarə Kazımova və başqaları bu sırada yer alır.

Həmin mövzu bu sərgidə Azərbaycan folklor musiqisinə həsr olunmuş bəzi işlərlə səsləşir. Vüqar Əlinin bahar təravətli çiçək açmış gənc gözəllərə həsr etdiyi əsərlərinin bir hissəsini tamaşaçılara nümayiş etdirdi.

Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova və Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov rəssamın yaradıcılıq axtarışlarından danışıb, onu növbəti sərgisinin açılışı münasibətilə təbrik ediblər.

Bildirilib ki, qalereyada rəssamın yaradıcılığının erkən dövrünə aid digər silsilələrindən olan əsərləri də nümayiş olunub. Bunlardan biri kristalloqrafiya bilikləri əsasında yaradılıb. O, bu əsəri tanınmış mineralogiya üzrə mütəxəssis, akademik Xudu Məmmədovun rəhbərliyi altında bir neçə həvəskar entuziast rəssamla birgə yaratmışdır. Kristalloqrafiya işləri xalça ornamentlərini xatırladan riyazi kompozisiyası ilə fərqlənir.

Rəssamın digər silsiləsi öz adını mif qəhrəmanı olan nar pərisindən götürmüş Nargilədir. Bu sərgidə müəllifin nara həsr olunmuş bir çox əsərlərini görmək olar.

Vurğulanıb ki, Vüqar Əli Gənc Tamaşaçılar Teatrında baş rəssam vəzifəsində çalışıb. Həmçinin o, 8 il əsərləri daimi ekspozisiyada sərgiləndiyi Muzey Mərkəzində işləyib. Muzey Mərkəzində çalışdığı müddətdə məşhur sərgi layihələri olan Bakı Beynəlxalq Müəllif Kuklaları Bienalesi, “Gözəllik nuru”, “Kofe rəngi” və bir sıra digər layihələrin dizaynını hazırlayıb.

Son illərdə Vüqar Əli yaradıcılıq fəaliyyəti ilə yanaşı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunda pedaqoji fəaliyyət ilə də məşğul olur.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

XƏBƏRLƏR

24.01.2020 18:05
Rusiya ilə mədəni əlaqələr xüsusi əhəmiyyət kəsb edir
24.01.2020 17:52
“Bakı-Moskva: mədəniyyətlərin dialoqu” konfransının iştirakçıları Prezident Kitabxanasında olublar
24.01.2020 16:19
“Mədəniyyətlərin dialoqu – xalqların dialoqunun əsasıdır” mövzusunda dəyirmi masa keçirildi
24.01.2020 13:12
Rusiya nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
24.01.2020 13:09
UNESKO-da Daimi Nümayəndələr Dərnəyinin tədbiri keçirilib
24.01.2020 11:21
Əfsanəvi caz müğənnisi Dayan Rivs Heydər Əliyev Mərkəzində çıxış edəcək
24.01.2020 11:08
Milli Dram Teatrında Səməndər Rzayevin 75 illik yubileyi qeyd ediləcək
24.01.2020 10:31
Lənkəranda Həzi Aslanovun 110 illik yubileyi qeyd edilib
24.01.2020 09:42
Muğam Mərkəzində Xalq artisti Vəli Qədimovun xatirəsi yad edilib
24.01.2020 09:09
Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının mütəxəssisləri Milli Kitabxanada olublar
23.01.2020 14:55
Qəbələ Dövlət Tarix-Bədii Qoruğu turistlərin ən çox səfər etdiyi tarixi məkanlardandır
23.01.2020 14:20
“Azərbaycan toyu” Ginnesin Rekordlar Kitabına daxil edilə bilər
23.01.2020 14:19
Mədəniyyət nazirinin müavini Xırdalan şəhərində vətəndaşlarla görüşüb
23.01.2020 12:15
Moskvada Polad Bülbüloğlunun 75 illik yubileyi təntənəli şəkildə qeyd olunub
23.01.2020 10:04
Azər Paşa Nemətov: Akademik Milli Dram Teatrının 2020-ci il üçün çoxsaylı planları var
23.01.2020 09:06
Horadizdə general-mayor Həzi Aslanovun anadan olmasının 110 illiyi qeyd edilib
22.01.2020 17:17
Nazir Əbüfəs Qarayev Bruklin-Bakı Dostluq Assosiasiyasının rəhbəri Marietta Rozentalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
22.01.2020 17:09
“Mədəniyyət.AZ” jurnalı - ötən ilin son sayı
22.01.2020 15:29
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin ədəbi layihələri davam edir