Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1262

“Aşıq musiqisi axşamları” layihəsinin budəfəki təqdimatları Azərbaycan Qərb aşıq məktəbinə həsr olunub

Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” layihəsi davam edir. AMEA-nın Folklor İnstitutunun dəstəyi ilə reallaşan layihənin növbəti konserti oktyabrın 7-də Muğam Mərkəzində reallaşıb.

Layihənin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir. “Aşıq musiqisi axşamları”nın budəfəki təqdimatları Azərbaycan Qərb aşıq məktəbinə həsr olunub.

Musiqili gecədə Gədəbəy aşıqlarından Aşıq Cahangir, Aşıq Altay, Aşıq Təbriz, Tovuz aşıqlarından Aşıq Lətifə Çeşməli, Aşıq Şəhriyar Qaraxanlı, Aşıq Elməddin Məmmədli, Borçalı aşıqlarından Aşıq Ramin, Aşıq Əşrəf, Aşıq Qabil, Göyçə aşıqlarından Aşıq Səlim, Aşıq Bəhmən Ardanışlı, Qazax aşıqlarından Aşıq Şaiq İncəli, Aşıq İlham Aslanbəyli, Kəlbəcər aşıqlarından Aşıq Qalib, Aşıq Gözəl Kəlbəcərli çıxış ediblər.

Aşıq sənətinin hörmət və nüfuz qazanması nəticəsində yaradıcılıq və ifaçılıq baxımından üç əsas məktəb yaranıb ki, bu məktəblər Qərb aşıq məktəbi, Şərq aşıq məktəbi, Cənub aşıq məktəbidir. Aşıq sənəti qərb regionlarında (Göyçə, Şəmkir, Tovuz, Qazax, Gəncə, İrəvan, Gədəbəy, Naxçıvan, Borçalı və başqa yerlər) inkişaf edib, həm də ozan ənənəsini qoruyub yaşadıb. Zəngin musiqili saz havaları bəstələmək, heca vəzninin müxtəlif şəkil və növlərində lirik və epik mövzuda şeirlər qoşmaq, zəngin mündəricəli məhəbbət və qəhrəmanlıq dastanları yaratmaq Qərb aşıq məktəbinin başlıca xüsusiyyətini təşkil edir. Saz havalarında isə aşiqanə gözəlləmələrin ifasında lirik melodiyalardan, dastan yaradıcılığında isə epik melodiyalardan istifadə olunur.

Aşıq sənəti xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsidir. Sənətin bu növündə poeziya, musiqi, rəqs, ifaçılıq kimi sahələr sintez olunub. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib. 

XƏBƏRLƏR

03.07.2020 16:57
Dəyişən reallığa uyğunlaşan mədəniyyət
03.07.2020 16:52
Murad Hüseynov: Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına ciddi riayət etməkdir
02.07.2020 14:38
Mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilib
02.07.2020 13:27
Vikipediyada Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verilib
01.07.2020 15:43
Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir
01.07.2020 11:50
Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin növbəti iclası videokonfrans formatında keçirilib
30.06.2020 15:51
Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaqlar üçün nəzərdə tutulan rəsm müsabiqəsi davam edir
30.06.2020 15:48
Azərbaycan və Özbəkistan məktəbliləri arasında beynəlxalq onlayn festival təşkil ediləcək
30.06.2020 15:08
Peşəkar kitabxanaçılar arasında debat keçirilib
30.06.2020 15:02
Beynəlxalq Muğam Mərkəzi tərəfindən unudulmaz xanəndənin irsi ilə bağlı tədqiqatlar davam etdirilir
30.06.2020 11:42
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
29.06.2020 13:22
“Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində növbəti onlayn videokonfrans təşkil olunub
26.06.2020 17:32
Respublika Gənclər Kitabxanası Silahlı Qüvvələr Günü münasibətilə videoçarxlar hazırlayıb
25.06.2020 17:09
“Birgə mütaliə” layihəsinin növbəti kitab müzakirəsi narkomaniyanın törətdiyi fəlakətlər və onlarla mübarizəyə həsr olunub
25.06.2020 11:10
“Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
25.06.2020 11:09
Bölgələrdəki mədəniyyət müəssisələrinin fəaliyyəti onlayn formada davam edir
24.06.2020 17:03
Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksi bərpadan sonra istifadəyə verilib
24.06.2020 11:16
Açıq xarakterli mədəni konsaltinq xidmətləri davam edir
23.06.2020 12:32
“Minnətdarıq” adlı respublika rəsm müsabiqəsinin onlayn sərgisi açılıb
23.06.2020 10:11
“Birgə mütaliə” adlı layihə davam edir
22.06.2020 11:02
INTERACT layihəsi çərçivəsində Andrey Zvyaqintsevlə onlayn ustad dərsi baş tutub
22.06.2020 10:43
Beynəlxalq Muğam Mərkəzinin direktoru Murad Hüseynov beynəlxalq onlayn konfransda iştirak edəcək
22.06.2020 10:35
Bədii təhsilin perspektivliyi müzakirə edilib