Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1182

Bakıda “Sənədlərlə Osmanlı dövləti və Azərbaycan xanlıqlarının münasibətləri” adlı sərgi açılıb

Oktyabrın 8-də Azərbaycan Milli İncəsənət Muzeyində “Sənədlərlə Osmanlı dövləti və Azərbaycan xanlıqlarının münasibətləri” adlı sərginin açılışı olub.

Sərgi Mədəniyyət Nazirliyi, Türkiyə Respublikası Prezident Aparatı yanında Dövlət Arxivləri Baş İdarəsi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Azərbaycan Milli İncəsənət Muzeyi və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.

Sərginin açılışından öncə Milli İncəsənət Muzeyinin direktor müavini Xədicə Əsədova çıxış edərək sərginin əhəmiyyətindən söz açıb. Sərginin Azərbaycanın dövlətçilik tarixi ilə bağlı olduğunu deyən X.Əsədova bildirib ki, dünyanın bir sıra ölkələrinin arxivlərində tariximizlə bağlı sənədlər yer almaqdadır. Bugünkü sərgidə isə Türkiyə Respublikası Prezident Aparatı yanında Dövlət Arxivləri Baş İdarəsində qorunan Osmanlı dövləti ilə Azərbaycanın xanlıqları arasındakı münasibətləri əks etdirən məktub, əmr, fərman və hədiyyə təqdimatlarının yer aldığı 30 rəsmi sənədin surəti nümayiş olunur. 1713-cü ildən başlayaraq XIX əsrin ortalarına qədərki bir dövrü əks etdirən sənədlər bu gün Azərbaycana gətirilib.

Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Cahan Özdemir sərginin heç də asan ərsəyə gəlmədiyini söyləyib: “Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan və qardaş Türkiyə əlaqələrinin tarixi qədimdir. İnanıram ki, sərgi əsrlərdən gələn dostluq və qardaşlıq münasibətlərinin daha da inkişafına öz layiqli töhfəsini verəcək”.

TİKA-nın rəhbəri Teoman Tiryaki Azərbaycanda göstərdikləri fəaliyyətdən bəhs edib. O, ölkəmizlə Türkiyə arasındakı dostluq münasibətlərinin inkişafında rəhbəri olduğu qurumun töhfəsindən məmnun olduğunu qeyd edib. Belə bir tədbirin təşkilindən məmnunluğunu ifadə dib.

Türkiyə Respublikası Prezident Aparatı yanında Dövlət Arxivləri Baş İdarəsinin rəhbəri Uğur Ünal isə arxivlərdə son dərəcə əhəmiyyətli məlumatların olduğunu söyləyib: “Azərbaycanla Türkiyə arasındakı əlaqələr tarix ərzində ən önəmli şəkildə arxivlərdə qeyd edilib. İstər Azərbaycan, istər Türkiyə arxivlərində bu iki dövlət arasında münasibətlərdən bəhs edən çox vacib sənədlər yer alır. Türkiyədə xüsusilə Osmanlı dövlətindən qalma arxivlər təkcə Anadolu coğrafiyasını deyil, dünyanın 40-dan çox dövlətinin arxivini özündə birləşdirir. Bizim arxivlərdə Azərbaycan ilə Osmanlı dövləti arasında münasibətləri əks etdirən minlərlə sənəd yer alır. Bugünkü sərgidə onlardan yalnız 30-u nümayiş olunur. Bu sənədlər Osmanlı dövləti ilə Azərbaycan xanlıqları arasındakı isti münasibətləri əks etdirir. Biz bu əlaqələri daha da dərinləşdirməliyik, çünki arxivlərimizdə hələ öyrənilməmiş minlərlə sənəd vardır. Sərginin tarixi əlaqələrimizi anlamaq məsələsində faydalı olacağına inanıram”.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral nümayiş olunan sənədlərin Azərbaycan xanlıqlarının Osmanlı dövləti ilə sıx əlaqələrin əyani sübutu olduğunu vurğulayıb. Deyib ki, İrəvan xanlığı və Qarabağ tarixən türklərin yaşadıqları torpaqlar olub: “Əlimizdəki sənədlər keçmişdə də Türkiyə ilə Azərbaycan arasında çox yaxın münasibətlərin olduğunu göstərir”.

Sonra qonaqlar sərgi ilə tanış olublar.

XƏBƏRLƏR

22.02.2020 10:50
Muğam Mərkəzində Xalq artisti Rübabə Muradovanın xatirəsi anılıb
22.02.2020 10:47
Musiqili Teatrda “Beş manatlıq gəlin” komediyasının premyerası olacaq
21.02.2020 17:28
Muzey Mərkəzində “Xocalıda can qaldı” adlı tədbir keçirildi
21.02.2020 16:28
Teatr Muzeyində " 21 Fevral -Ana Dili Günü" nə həsr olunmuş tədbir keçirildi
21.02.2020 15:56
Gənclər Kitabxanasında “Xocalı harayı” adlı tədbir keçirilib
21.02.2020 11:26
Mədəniyyət nazirinin müavinləri regionlarda vətəndaşlarla görüşüb
21.02.2020 11:18
İrəvan Dövlət Azərbaycan Dram Teatrı qastrol səfərinə yola düşür
21.02.2020 11:14
Özbəkistanın Gənc Tamaşaçılar Teatrı Bakıda çıxış edəcək
21.02.2020 11:07
“Ən böyük sərvətimiz - Ana dili” adlı tədbir keçirilib
21.02.2020 10:01
“Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda Respublika Müşavirəsi keçiriləcək
21.02.2020 09:37
Mariinski Teatrı “Məhəbbət əfsanəsi” tamaşasını Arif Məlikova həsr edib
21.02.2020 09:06
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib
20.02.2020 17:27
Ağsuda Əlibaba Məmmədovun 90 illiyi qeyd olunub
20.02.2020 16:32
Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın geniş tərkibdə görüşü olub
20.02.2020 15:48
“Türkologiya” jurnalı və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi arasında memorandum imzalanıb
20.02.2020 15:13
Sahənin inkişafı naminə elmi metodların inteqrasiyası
20.02.2020 11:09
“Doğma dilim, ana dilim” adlı tədbir keçirildi
20.02.2020 10:46
Gənc fotoqrafın fərdi sərgisi
20.02.2020 10:44
Gənc pianoçu Estoniyada Qran-pri mükafatına layiq görülüb
20.02.2020 10:41
Xocalı faciəsi bəşəriyyətə qarşı yönəlmiş ən dəhşətli vandalizm aktıdır