Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1501

XI Beynəlxalq Uşaq Muğam Festivalının qalibləri mükafatlandırılıb

Oktyabrın 9-da Beynəlxalq Muğam Mərkəzində ölkəmiz də daxil olmaqla 9 ölkə (Türkiyə, İran, İraq, Misir, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Qırğızıstan) təmsilçisinin iştirakı ilə 11-ci Beynəlxalq Uşaq Muğam Festivalı finalçılarının çıxışları və qaliblərin mükafatlandırma mərasimi keçirilib.

Beynəlxalq Muğam Mərkəzində reallaşan tədbir Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi, Mədəniyyət Nazirliyinin iştirakı, “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı ilə gerçəkləşib.

Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış edərək festivalla bağlı fikirlərini bölüşüb. Bildirib ki, artıq ənənə halını alan festival getdikcə öz əhatəsini genişləndirir. Burada hər bir ölkə öz vətəninin mədəniyyətini nümayiş etdirir. Festivalda iştirak edən ölkələr, həm də mədəniyyət körpüsü rolunu oynayır.

Qeyd edilib ki, bu festival Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi ilə əlaqədar təşkil olunub.

“Muğamın əsasını qəzəllər, rübailər təşkil edir. Dövlət başçısı gənclərlə hər görüşündə onların elmli, bilikli olmaları ilə yanaşı, həm də vətənpərvər olmalarını xüsusi qeyd edir. Muğamın inkişafı, ona yeni həyatın verilməsi Birinci vitse-prezident Mehriban Əliyevanın müstəsna xidmətləri sayəsində mümkün olub. Görülən işlərin nəticəsində muğamlarımız beynəlxalq arenada tanınıb. Festival da bu mədəniyyətin bir hissəsidir”, - deyə İ.Babayev söyləyib.

“Kainat” Gənclik Mərkəzinin rəhbəri Rahib Rəsulzadə festivalın əhəmiyyəti haqqında danışıb.

Vurğulanıb ki, festivalın məqsədi muğam ənənələrini yaşatmaq, tarixi köklərə nüfuz etmək, şeiriyyəti, poeziyanı dərk etmək, milli dəyərlərimizi bu orijinal musiqi forması ilə dünyaya çatdırmaqdır. Sonra “Araz “ ansamblının müşayiəti ilə festivalda iştirak edən uşaqlar çıxış ediblər.

Təşkilat Komitəsinin qərarı ilə bir nəfər Qran-Pri, digər üç nəfər isə nominasiya üzrə mükafatlandırılıb.

Qeyd edək ki, festivalın münsiflər heyətinin sədri Xalq artisti, professor, tarzən Ağasəlim Abdullayev olub.

XƏBƏRLƏR

09.07.2020 12:36
“Səma” rəqs ansamblı beynəlxalq virtual yarışmada uğur qazanıb
08.07.2020 12:29
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
08.07.2020 10:37
“ Mənim yay tətilim-2020” uşaq rəsm müsabiqəsi davam edir
07.07.2020 11:58
Beynəlxalq mədəni əlaqələrin qurulmasında muzeylərin rolu
06.07.2020 14:19
Əməkdar artist Tofiq Hüseynov vəfat edib
06.07.2020 11:11
Beynəlxalq Muğam Mərkəzindən canlı yayım opera sənətimizin yaranmasına həsr olunub
03.07.2020 16:57
Dəyişən reallığa uyğunlaşan mədəniyyət
03.07.2020 16:52
Murad Hüseynov: Virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına ciddi riayət etməkdir
02.07.2020 14:38
Mədəniyyət müəssisələrinin fəaliyyətinə həsr olunmuş iclas keçirilib
02.07.2020 13:27
Vikipediyada Mikayıl Müşfiq haqqında özbək dilində bölmə istifadəyə verilib
01.07.2020 15:43
Beynəlxalq Muğam Mərkəzindən canlı yayımlar davam edir
01.07.2020 11:50
Avropa Şurasının Mədəniyyət, irs və landşaft məsələləri üzrə Rəhbər Komitəsinin növbəti iclası videokonfrans formatında keçirilib
30.06.2020 15:51
Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə uşaqlar üçün nəzərdə tutulan rəsm müsabiqəsi davam edir
30.06.2020 15:48
Azərbaycan və Özbəkistan məktəbliləri arasında beynəlxalq onlayn festival təşkil ediləcək
30.06.2020 15:08
Peşəkar kitabxanaçılar arasında debat keçirilib
30.06.2020 15:02
Beynəlxalq Muğam Mərkəzi tərəfindən unudulmaz xanəndənin irsi ilə bağlı tədqiqatlar davam etdirilir
30.06.2020 11:42
Əməkdar artist Emin Əliyevin rəhbərliyi ilə onlayn rəqs kursları davam edir
29.06.2020 13:22
“Tərəfdaşlarla görüş” layihəsi çərçivəsində növbəti onlayn videokonfrans təşkil olunub
26.06.2020 17:32
Respublika Gənclər Kitabxanası Silahlı Qüvvələr Günü münasibətilə videoçarxlar hazırlayıb
25.06.2020 17:09
“Birgə mütaliə” layihəsinin növbəti kitab müzakirəsi narkomaniyanın törətdiyi fəlakətlər və onlarla mübarizəyə həsr olunub
25.06.2020 11:10
“Mənim yay tətilim-2020” Respublika Uşaq Rəsm Müsabiqəsi davam edir
25.06.2020 11:09
Bölgələrdəki mədəniyyət müəssisələrinin fəaliyyəti onlayn formada davam edir