Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1899

Mədəniyyət kanalı ilə əməkdaşlıq çərçivəsində yeni layihə

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin və Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının birgə təşkilatçılığı ilə və müəssisələrin əməkdaşlıq çərçivəsində  2019-ci ilin 8-13 oktyabr tarixində yeni layihə “II Azərbaycan Xalq Mahnıları Festivalı” keçirilir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Akademik Filarmoniyası, AMEA Folklor İnstitutunun iştirakı ilə keçirilən xalq mahnıları festivalı bizim milli-mənəvi dəyərlərimizin təbliğinə, o cümlədən qədim və zəngin tarixə malik xalq mahnılarımızın yeni nəsilə çatdırılmasına xidmət edir.

Oktyabr ayının 9-da isə  Azərbaycanımızın dilbər guşələrindən biri olan qədim Gəncə şəhərində “II Azərbaycan Xalq Mahnıları Festivalı”nın 2-ci günü artıq öz işinə başlamışdır. Gəncə Dövlət Filarmoniyasında Göygöl Dövlət Mahnı və Rəqs ansanbılının “Qədim Ozan” adlı kollektivin və digər  sənətkarlar ibarət konsert təşkil olunub. Festivalda Mərkəzin əməkdaşları Nurəddin Babazadə, Səadət Təhmirazqızı iştirak ediblər.

Seadət Təhmirazqızı çıxış edərək, təşkilatçılarına və iştirakçılarına öz təşəkkürlərini bildirdi, qeyd etdi ki,  xalq musiqisi hər bir xalqın özünəməxsus sərvətidir.

Bu günkü konsertdə çıxış edən sənətkarlar Azərbaycan Xalq Musiqisinin keşiyində duran və Azərbaycan Xalq Musiqisini böyük məmnuniyyətlə təbliğ edən sənətkarlarımızdır və həmin sənətkarların sırasında Respublikamızın Xalq artisti Şahnaz Haşımovada iştirak edib. Konsert tamaşaçılarına və Gəncə şəhərinin ictimaiyyətinə xoş təəsüratları bağışlayıb.

Qeyd edək ki, Festivalın bədii rəhbəri Ramil Qasımov, baş koordinator Bəhruz Niftəliyev, koordinatoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı, musiqi redaktoru Riad Quliyev, redaktor Nuray Əliyevadır.

XƏBƏRLƏR

17.02.2020 09:24
Nəsir İmanquliyevin ömür yolundan bəhs edən “Mətbuat fədaisi” kitabının təqdimatı olub
17.02.2020 09:19
Azərbaycan Televiziyasının 64, “Mədəniyyət” kanalının isə 9 illiyinə həsr olunmuş tədbir keçirilib
17.02.2020 09:07
“Balaca Şahzadə” yenidən səhnədə
14.02.2020 18:10
Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
14.02.2020 16:35
“SUNLIGHT WAY” Beynəlxalq Musiqi Müsabiqəsinə qeydiyyat davam edir
14.02.2020 16:29
Musiqi məktəbinin şagirdi Cenevrə Konservatoriyasının tələbəsi olub
14.02.2020 16:13
Milli Kitabxanada Beynəlxalq Kitab Bağışlama Günü ilə bağlı tədbir keçirilib
14.02.2020 14:17
Musiqili Teatrın yaradıcı heyəti görkəmli yazıçı Çingiz Aytmatovun əsərini səhnələşdirir
14.02.2020 11:00
Respublikanın Əməkdar artisti Xudayət Əsgərov mükafatlandırılıb
14.02.2020 10:16
Beynəlxalq kitab bağışlama günüdür
13.02.2020 16:52
Şəkidə Xalq şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb
13.02.2020 16:50
Kukla Teatrının hazırladığı yeni tamaşa - “Qızıl balıq”
13.02.2020 15:14
Özbəkistanda “Qarabağ-Azərbaycan mədəniyyətinin beşiyi” adlı layihə çərçivəsində tədbirlərə start verilib
13.02.2020 09:38
UNESKO-nun sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyətinin görüşü olub